Yetirmələrimlə qürur duyuram
Əsl müəllim üçün dərs dediyi tələbələrinin sevgisindən böyük mükafat yoxdur. Belə bir sevgini qazananlardan biri də "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı" ilə təltif edilən Ülviyyə Kərimovadır. Hər bir tədbirin sonunda tələbələri onu gül-çiçək yağışına qərq edirlər. Ətrafına toplaşan gənc oğlan və qızların üzlərindəki sevinc hissini təsəvvür etmək çətin olur. Bəs gənc müəllimi tələbələrinə bu qədər doğmalaşdıran, sevdirən görəsən nədir?
Redaksiyamızın budəfəki qonağı Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Riyazi iqtisadiyyat kafedrasının baş müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Ülviyyə Kərimova ilə söhbətə bu yöndən körpü saldıq. Ülviyyə müəllimə deyir ki, mənim qənaətimə görə, insanlar sonradan müəllim olmur. Əsl müəllimlər elə dünyaya gələndə müəllim kimi doğulurlar. Anamın ən böyük arzusu məni "ağ xalatlı həkim" görmək olsa da, öyrətmək həvəsim bu peşəyə qalib gəldi... Daim axtarışdayam. Elmi istiqamətdə inkişaf etməyə çalışıram. İş təcrübəmdə tələbələrimlə səmimi davranışa, hər birinə fərdi yanaşmaya üstünlük verirəm. Bu münasibət bizi daha da yaxınlaşdırır, doğmalaşdırır.
Ülviyyə Yasin qızı Kərimova Biləcəri qəsəbəsində dəmiryolçu ailəsində anadan olub. Binəqədi rayonu 300 saylı orta məktəbdə təhsil alıb. 2003-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin bakalavr pilləsini riyaziyyat istiqaməti üzrə fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin ehtimal nəzəriyyəsi və riyazi statistika istiqaməti üzrə magistr pilləsinə qəbul olunub. Ülviyyə Kərimova 2011-ci ildə AMEA-nın Kibernetika İnstitutunun həmin sahə üzrə doktorantura pilləsinə qəbul olunub. 2016-cı ildə "Müsbət axınlı, mənfi sıçrayışlı semimarkov dolaşma prosesinin tədqiqi" mövzusunda dissertasiyasını müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi adını alıb.
2012-ci ildən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Riyazi iqtisadiyyat kafedrasında "İnformasiya iqtisadiyyatı", "Riyazi statistika", "Ekonometrika", "İqtisadi informatika", "Statistika" istiqamətləri üzrə müəllimlik fəaliyyətinə başlayan Ülviyyə Kərimova hazırda BDU-da baş müəllim vəzifəsində çalışır.
Ülviyyə Kərimova ilə universitetdə olan görüşümüzü xatırladanda dedi ki, həyatda baş verən proseslərin çoxu təsadüfi xarakter daşıyır. Ehtimal nəzəriyyəsi riyazi elm olub, təsadüfi təzahürlərin qanunauyğunluqlarını öyrənir. Orta məktəb illərindən bu sahəyə böyük həvəsi olub. Ali təhsil aldığı müddətdə professor Tamilla Nəsirovanın rəhbərliyi ilə buraxılış işini bu istiqamət üzrə seçib... Və ehtimal nəzəriyyəsi üzrə tədqiqatlarını davam etdirmək istəyi qalib gəlib...
Ehtimal nəzəriyyəsi "Maliyyə riski", "Risk menecmenti", "Sığora məsələləri" və digər istiqamətlər üzrə dünyada uğurla tətbiq olunur. Təəssüf ki, bu sahədə mütəxəssislərin sayı azdır.
Ülviyyə Kərimova 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun "Elm-Təhsil İnteqrasiyası" məqsədli Qrant müsabiqəsində "Markov proseslərinin və xüsusi halda semi-Markov proseslərinin tətbiqi ilə tsiklik iqtisadi proseslərin enmə, artma nöqtələrinin müəyyən edilməsi, uyğun iqtisadi interpretasiyaların verilməsi" layihəsi üzrə qaliblərdən biridir. Onun müasir gəncliyə olan münasibətini öyrəndikdə dedi ki, təəssüf ki, müasir dövrdə bəzi gənclər milli-mənəvi dəyərlərimizə yad olan hərəkətlərə yol verirlər. İnformasiya bolluğu, texnologiyanın əlçatan olması gənclərin qarşısında geniş imkanlar açır. Bu gün dərs dediyim tələbələrin arasında ağlının, zəkasının nuru ilə gələcəyimizə işıq saça biləcək gəncləri görəndə Vətənimin xoşbəxt gələcəyinə olan inamım daha da artır.
Elşən QƏNİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Delimitasiya prosesinin uğurlu həlli Cənubi Qafqazda sülhə töhfələr verəcək
02 May
Azərbaycanın yaratdığı reallıqlar qlobal müstəvidə qəbul olunur
02 May
Qafqazda davamlı sülhə doğru
02 May
Elçin ƏMİRBƏYOV: "Ümid edirəm, ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi birgə yaşaya biləcə...
02 May
Beynəlxalq yollar Azərbaycanda kəsişir
02 May
Əsl dost həm də şad gündə tanınır
02 May
İqtisadiyyatın elmi inkişafına sanballı töhfə
02 May
Azərbaycan Heydər Əliyevin arzuladığı zirvəyə yüksəlib
02 May
Azərbaycan mədəniyyətlərarası dialoqa xüsusi önəm verir
02 May
Hörmət və ehtiramın əlaməti
02 May
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!