İqtisadiyyatın elmi inkişafına sanballı töhfə
Müasir dövrün çağırışları innovativ inkişaf prosesində fundamental elmlərin artan əhəmiyyətini bir daha ön plana çəkir. Elmi tərəqqidə lokomotiv rolunu oynayan fundamental elmlərin uğurları sayəsində elmtutumlu yeni texnologiyaların və proseslərin yaradılması reallığa çevrilir.
Azərbaycan Respublikasının mühüm sərvətlərindən biri olan neftin çıxarılması, nəqli və emalı, eləcə də, neft emalı, neft-kimya və kimya sənayeləri üçün mühüm əhəmiyyətə malik olan müxtəlif proseslərin hesablanması, modelləşdirilməsi və layihələşdirilməsi, qarşıya çıxan problemlərin həlli yollarının axtarılması və digər məsələlər ölkə iqtisadiyyatının inkişafında fundamental tədqiqatların əhəmiyyətini önəmli edır.
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahəsində Dövlət mükafatına təqdim edilən işlər sırasında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə Dövlət Mükafatları komissiyasına təqdim edilən Qüdrət Kəlbəliyev, Dilqəm Tağıyev, Sakit Rəsulovun müəllifləri olduqları "Qeyri- Nyuton neftlərinin və neft dispers sistemlərinin reologiyası və mexanikası sahəsində fundamental tədqiqatlar" işi yuxarıda qeyd edilən problemlərin həlli istiqamətində aparılan fundamental tədqiqatlar kimi xüsusi diqqətə layiqdir.
Azərbaycanda böyük ehtiyatları olan ağır neftlərin çıxarılması, nəqli və emalı məsələlərini məhdudlaşdıran səbəblərdən biri də istifadə edilən texnologiyaların kifayət qədər effektiv olmamasıdır. Ağır, yüksək özlülüklü neftlər mahiyyətcə mürəkkəb neft dispers sistemləri olmaqla aspfalt-qətran maddələrinin və parafin birləşmələrinin kifayət qədər yüksək miqdarı ilə xarakterizə olunurlar. Bu, ağır neftlərin fiziki və reoloji xassələrinə, ilk növbədə, effektiv özlülüyünə və diffuziyasına təsir etməklə onların çıxarılması, nəqli və emalı proseslərini xeyli çətinləşdirir. Eyni zamanda nəzərə alınmalıdır ki, neftin reoloji xassələrini yaxşılaşdırmaq üçün müxtəlif imkanlar mövcuddur.
Dispers mühitlərdə neftin müxtəlif koaqulyasiya strukturlarının, aqreqatların və klasterlərin yaranma problemlərinə həsr olunan izotrop turbulent axında damcı və qabarcıqların koalesensiya və parçalanma nəzəriyyəsinin əsasları təklif olunmuşdur. Nəzəriyyənin mahiyyətini kütlə mübadiləsi və hidrodinamika tənliklərinin həlli əsasında hissəciklərin minimal və maksimal ölçülərinin, toqquşma tezliklərinin, damcı və qabarcıqların koalesensiya, deformasiya və parçalanma proseslərinin hesablanması təşkil edir.
Qeyri-Nyuton neftlərin məsaməli süxurlarda filtrasiyası üçün yeni reoloji tənlik alınmış və onun analitik həlli sayəsində filtrasiyanın sürəti, neftin debiti, effektiv özlülüyü və digər reoloji parametrlərini hesablamaq üçün praktiki formullar və yeni effektiv alqoritmlər işlənilmiş, yeni riyazi modellər təklif olunmuşdur. Neftin və qeyri-Nyuton mayelərin borularda və aparatlarda nəqli zamanı dispers faza hissəciklərinin çökməsinin qravitasion diffuziya modeli işlənib hazırlanmışdır. Bu modellər müxtəlif praktiki məsələlərin həllində, o cümlədən respublikada neft emulsiyalarının parçalanma prosesinin hesablanmasında və intensivləşdirilməsində və ağır neftlərin ilkin emalının intensivləşdirilməsində (resirkulyasıya nəzərə alınmaqla) istifadə olunmuşdur.
Tədqiqatlar əsasında nüfuzlu nəşriyyatlarda çap olunan monoqrafiyalar dispers sistemlərdə kütlə, istilik və impuls mübadiləsi kimi çox mühüm problemlərə, həmçinin bərk hissəciklərin koaqulyasiyası, maye damcılarının və qaz qabarcıqlarının koalesensiyası, parçalanması, çökməsi, reologiyası, hissəciklərin paylanma funksiyalarının tədqiqi, bir sözlə, nəzəri və praktik məsələlərin həllinə həsr olunmuşdur.
Aparılan fundamental tədqiqatların nəticələri neftçıxarma, neft emalı, neft-kimya və kimya sənayelərində, neftin nəqlində istifadə olunan müxtəlif proseslərin hesablanması, modelləşdirilməsi və layihələndirilməsi ilə əlaqədar olan mühüm problemlərin analizi və həlli məsələləri üçün mühüm əhəmiyyət kəsb etdiyindən bu tədqiqatlar 3 monoqrafiya şəklində mərkəzi ofisi Nyu Yorkda olan yuksək nüfuzlu Beynəlxalq Taylor and Francis Group, CRC Press akademik nəşriyyatında (ən nüfuzlu akademik nəşriyyatlar olan Elsevier və Springer ilə bir sırada durur) və Moskvada çap olunmuşlar. Onlardan başqa, xaricdə nüfuzlu jurnallarda çap olunmuş çoxsaylı məqalələr və Londonda İntechOpen nəşriyyatında 2021-2023-cü illərdə çap olunan 3 kollektiv monoqrafiyalarda fəsillər yuxarıda göstərilən problemlərin həllində Azərbaycan alimlərinin töhfəsini əks etdirir.
Təklif edilmiş modellərdən müxtəlif ölkələrdə, o cümlədən Amerika Aeronavtika və Astronavtika İnstitutunda (NASA) çəkisizlik şəraitində mayelərin qaynaması ilə bağlı məsələlərdə, Bergen (Norveç), Nottingham i Canterbury Universitetlərində (Böyük Britaniya) bir neçə dissertasiyaların əsasının qoyulmasında istifadə edilmişdir. Bu modellər respublikamızda neft emulsiyalarının ayrılması proseslərinin hesablanması və intensivləşdirilməsi, resirkulyasiyanı nəzərə almaqla ağır neftlərin ilkin emal prosesinin intensivləşdirilməsi üçün də hesablamalarda uğurla tətbiq olunmuşdur.
Qeyri-Nyuton neftlərinin emalını asanlaşdırmaq üçün onların reoloji xassələrini yaxşılaşdıran resirkulyasiya edən axınlara əsaslanan yeni texnologiya işlənilmişdir.
Ağır neft emulsiyalarının ayrılma prosesi üçün işlənilmiş model əsasında neft-su sistemində separasiyanı yaxşılaşdıran praktiki şərait müəyyən edilmişdir.
Müəlliflərin "Mexanika i reoloqiə neftənıx dispersnıx sistem" (Moskva, 2017) monoqrafiyası Kazan Federal Universitetinin (Rusiya Federasiyası) tədris planına yeni ixtisas kimi salınmış və bu haqda tətbiq arayışı təqdim olunmuşdur.
Müəlliflərin neft dispers sistemlər sahəsində fundamental tədqiqatlarının nəticələri nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarda (Chemical Engineering Science, Aerosol Science, Powder Technology, Journal of Dispersion Science and Technology, Colloid and Surface Science, Teoretiçeskie osnovı ximiçeskoy texnoloqii, İnjenerno-fiziçeskiy jurnal) çap olunmuş 30-dan çox məqalədə, Moskvada nəşr edilmiş 2 monoqrafiyada ("Mexanika i reoloqiya dispersnıx sistem", Moskva, 2017, - 462 str.; "Peoloqiya nenyutonovskix neftey", Moskva, 2022, - 601 str.) və beynəlxalq elm dünyasında ən nüfuzlu akademik nəşriyyatlardan biri olan və əsas ofisi ABŞ-də yerləşən "Taylor & Francis Group" şirkətində nəşr olunan irihəcmli "Transport Phenomena in Dispersed Media" (London - Nyu York, CRC Press, 2019, - 434 pages) monoqrafiyasında öz əksinin tapmış və dünyanın əsas bölgələrində, o cümlədən Şimali və Cənubi Amerikada, Avropada, Böyük Britaniyada, Avstraliya və Yeni Zelandiyada yayılmışdır.
Monoqrafiya haqqında ABŞ Miçiqan universitetinin professoru Natan Niemi, İsrailin Tel-Əviv Universitetinin professorları Lev Eppelbaum və Youri Kats, eləcə də, İnjenerno-fiziçeskiy Jurnal, Neftepromıslovoe delo, Nefteqazovoe delo jurnallarının redaksiyaları və müxtəlif internet səhifələri müsbət rəylər çap etmişlər. Monoqrafiya haqqında çap olunmuş rəylərdə qeyd edildiyi kimi, kimya texnologiyasının prosesləri və aparatları, qeyri-Nyuton neftlərin reologiyası, yeni texnoloji proseslərin işlənilməsi və layihələndirilməsi, mövcud qurğuların təkmilləşdirilməsi ilə məşğul olan mütəxəssislər və tədqiqatçılar üçün çox əhəmiyyətli olan "Transport Phenomena in Dispersed Media" monoqrafiyası və Moskvada nəşr olunan digər 2 monoqrafiya azərbaycanlı alimlərin bu sahədə dünya elminə töhfəsi sayıla bilər.
Dövlət mükafatına təqdim olunan işin müəllifəri - akademik Dilqəm Tağıyev (AMEA-nın vitse-prezidenti), AMEA-nın müxbir üzvü Qudrət Kəlbəliyev (Kataliz və Qeyri-üzvi Kimya İnstitunun şöbə müdiri) və professor Sakit Rəsulov (Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri) elmi ictimaiyyət tərəfindən kifayət qədər yaxşı tanınan və yüksək elmi göstəricilərə malik olan görkəmli alimlərdir.
Yekunda qeyd etmək lazımdır ki, nüfuzlu beynəlxalq nəşriyyatlarda çap edilən sanballı, irihəcmli monoqrafiyaların və beynəlxalq bazalarda indeksləşən jurnallarda ciddi ekspertizadan sonra çap olunan 30-dan çox elmi məqalənin məzmununda əks etdirilən qeyri- Nyuton neftlərinin və neft dispers sistemlərinin reologiyası və mexanikası sahəsində fundamental tədqiqatlar öz səviyyəsinə, həcminə, nəzəri və tətbiqi əhəmiyyətinə görə Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahəsində Dövlət mükafatına layiq görülə bilər.
Əli ABBASOV,
ETN İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri mü...
17 May
Azərbaycan nefti bahalaşıb
17 May
Ölkə ərazisində bəzi yerlərdə yağıntılar intensiv olub, dolu düşüb, qar yağıb – Faktiki hava...
17 May
Quba və Qusar rayonlarına qar yağır
17 May
Erməni diasporunun regionda sülhə təhdid yaradan fəaliyyəti Bolqarıstan mediasında işıqlandırılıb ...
17 May
“Anadolu Ankası – 2024” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib ...
17 May
Ərdoğan: Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsi region üçün tarixi fürsətdir...
17 May
leksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur ...
17 May
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
17 May
Aleksandr Lukaşenko: Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər...
17 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!