14 Avqust 2026 17:15
1300
CƏMİYYƏT
A- A+
“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib


Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Xudat” Sərhəd Dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Yalama” sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin uğurla icra etdirilməsi ilə yanaşı, ölkənin digər bölgələrində də müasir sərhəd infrastrukturunun qurulması və ən qabaqcıl maddi-texniki vasitələrlə təchiz olunması Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə və sərhədçilərə göstərdiyi ali diqqət və qayğının təzahürüdür.

Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili, sərhəd bölmələrinin müasir tələblərə uyğun infrastruktura malik olması, şəxsi heyətin xidmət və sosial-məişət şəraitinin davamlı şəkildə yaxşılaşdırılması DSX-nin fəaliyyətinin əsas istiqamətlərindəndir.

Qeyd olunub ki, yenilənmiş sərhəd komendantlığının istifadəyə verilməsi idarəetmənin çevikliyinin artırılmasına, sərhəd naryadlarının fəaliyyətinin daha səmərəli təşkilinə, qüvvə və vasitələrin operativ idarə olunmasına, eləcə də yarana biləcək təhdidlərə çevik reaksiya verilməsinə əlavə imkanlar yaradacaq.

Mərasimin sonunda şəxsi heyətə dövlət sərhədinin toxunulmazlığının təmin olunması, sərhəd təhlükəsizliyinin etibarlı mühafizəsi və xidməti vəzifələrin nümunəvi icrası istiqamətində uğurlar arzulanıb.

Tədbirin rəsmi hissəsindən sonra DSX-nin rəisinin müavini general-leytenant Cavid Abdullayev sərhəd komendantlığının inzibati binasında yaradılmış şəraitlə tanış olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

Fəlakət zonalarının kiborq xilasediciləri

11:05
05 Sentyabr

Bilmək istəyirəm

11:00
05 Sentyabr

Şirxanın son arzusu

10:55
05 Sentyabr

Vətən müharibəsi veteranı: "Hər kəs Şuşanın tarixi simasının qorunmasına öz töhfəsini verməlidir"

10:50
05 Sentyabr

Şəmkirin "sonbeşik" şəhidi 

10:45
05 Sentyabr

19 illik əbədi ömür

10:40
05 Sentyabr

Şuşanın daşları da bizə əmanətdir

10:30
05 Sentyabr

Şərqin Orta əsr filosofunun izi ilə

10:20
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!