23 Avqust 2026 11:21
534
CƏMİYYƏT
A- A+
Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır

Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Özbəkistan Respublikasının Daşkənd şəhərində “Rəqəmsal transformasiya kontekstində insan hüquqları: müasir yanaşmalar” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, konfransda “Rəqəmsal dünyada qadın hüquqları və gender bərabərliyi: müdafiə və imkanlar” mövzusunda panel sessiyada çıxışı edən Səbinə Əliyeva ombudsman və milli insan hüquqları təsisatlarının süni intellektin təhlükəsiz və insan hüquqlarına uyğun şəkildə tətbiqinin təşviqində mühüm rol oynadığını deyib, rəqəmsal mühitdə qadınların hüquqlarının qorunması və təhlükəsiz rəqəmsal məkanın yaradılmasının dövlətlər üçün əsas prioritetlərdən biri kimi müəyyənləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Ombudsman informasiya texnologiyaları sahəsindəki inkişafın qadınların təhsilə, sahibkarlığa, dövlət xidmətlərinə çıxışını xeyli genişləndirdiyini vurğulayıb. O, rəqəmsal platformaların xüsusilə sosial və ya fiziki məhdudiyyətlərlə üzləşən qadınların ictimai həyatda fəal iştirakı və özünəinamının artırılması üçün vacib bir vasitəyə çevrildiyini qeyd edib.

Müvəkkil son illərdə ölkəmizdə aparılan islahatların rəqəmsal inkişafın təmininə və innovativ idarəetməyə əhəmiyyətli töhfələr verdiyini qeyd edib. O, son dövrdə qəbul olunmuş strateji sənədlərin süni intellektin təhlükəsiz, etik, şəffaf və insan hüquqlarına uyğun istifadəsinin təşviqini hədəflədiyini bildirib.

Ombudsman qadınların rəqəmsal mühitdə özlərini təhlükəsiz hiss etmələrini təmin edən etibarlı hüquqi və institusional mühitin yaradılmasının, süni intellekt və digər innovativ texnologiyaların inkişafına və tətbiqinə gender bərabərliyi prinsipinin inteqrasiyasının, milli insan hüquqları təsisatlarının bu istiqamətdə əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Müvəkkil konfrans çərçivəsində “Qərar qəbuletmədə qadın liderliyi” mövzusunda tədbirdə də iştirak edib. Həmin tədbirdə çıxışı zamanı Ombudsman qadınların qərar qəbuletmə proseslərində bərabər iştirakı üçün real imkanların yaradılmasının əhəmiyyətini vurğulayıb. O, qadınların qərar qəbuletmə prosesinə fərqli təcrübə və perspektivlər gətirməklə daha inklüziv və insan mərkəzli idarəetməyə töhfə verə biləcəklərini qeyd edib.

Səfər çərçivəsində, həmçinin Ombudsman Səbinə Əliyeva Özbəkistan Respublikası Ali Məclisinin Senatında, Ali Məclisin Qanunvericilik Palatasında və Konstitusiya Məhkəməsində rəsmi görüşlər keçirib. Görüşlər zamanı insan hüquq və azadlıqlarının müdafiəsi və qanunun aliliyinin təmin olunması istiqamətində ombudsman təsisatları ilə parlament və məhkəmə institutları arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb, qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb. Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib, Azərbaycan və Özbəkistanın dostluq və əməkdaşlıq münasibətlərinin insan hüquqları sahəsində də uğurla davam etdirildiyini deyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

23:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB

23:52
23 Avqust

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

23:49
23 Avqust

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23:49
23 Avqust

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar  

22:52
23 Avqust

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

22:51
23 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

21:47
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

21:39
23 Avqust

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir

21:27
23 Avqust

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli 

21:17
23 Avqust

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur  

21:12
23 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir  

21:07
23 Avqust

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub 

21:03
23 Avqust

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir  

20:57
23 Avqust

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli 

20:51
23 Avqust

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb  

20:50
23 Avqust

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

20:47
23 Avqust

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

20:45
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!