23 Yanvar 2026 09:25
881
Mədəniyyət
A- A+
Xəttatlığın dili ilə danışan sənətkar

Xəttatlığın dili ilə danışan sənətkar


Minilliklər boyu formalaşan xəttatlıq təkcə yazı vasitəsi deyil, həm də mədəniyyətin ifadəsidir. Xəttatlıq hərflərin ahəngi, ölçüsü, ritmi və məna dərinliyi ilə insanı yalnız oxumağa deyil, düşünməyə də vadar edir. Məhz bu səbəbdən xəttatlıq sadəcə estetik yaradıcılıq deyil, eyni zamanda ibadət və mənəvi kamillik yolu kimi qəbul edilib.


Səbir, nizam və düşüncə fəlsəfəsi


Azərbaycan mədəni irsində də xəttatlıq sənəti xüsusi yer tutur. Orta əsrlərdən başlayaraq, ölkəmizin müxtəlif bölgələrində inkişaf edən bu sənət növü rəssamlıq, miniatür və kitab sənəti ilə bağlı şəkildə formalaşıb. Tarixi mənbələr sübut edir ki, Azərbaycan ərazisində fəaliyyət göstərən xəttatlar dini mətnləri, elmi əsərləri, klassik poeziya nümunələrini və dövlət sənədlərini yalnız yazmaqla kifayətlənməyib, onları bədii-estetik dəyərə malik sənət əsərlərinə çeviriblər. Xəttatlıq məktəbləri, dərgahlar və ustad-şagird ənənəsi vasitəsilə bu incə sənət nəsildən-nəsilə ötürülüb.

Xəttat təkcə yazan deyil, mətnin ruhunu anlayan, onu estetik formaya salan sənətkar olub. Bu baxımdan, xəttatlıq həm texniki ustalıq, həm də dərin mənəvi hazırlıq tələb edən yoldur.Yazının gözəlliyi oxucunun mətni qavramasını asanlaşdırmaqla yanaşı, onun ruhuna da təsir göstərib. Ona görə də xəttatlar yalnız sənətkar deyil, həm də maarifçi, qoruyucu və daşıyıcı rolunu oynayıblar. Bu gün muzeylərdə, kolleksiyalarda və sərgilərdə qorunan yüzlərlə xəttatlıq nümunəsi Azərbaycanın zəngin mədəni irsinin canlı şahidləridir.

Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq, xəttatlıq sənəti aktuallığını itirməyib. Əksinə, rəqəmsal dünyanın sürətli axını fonunda insanlar daha çox ruhani dərinliyə, səbir və diqqət tələb edən sənətlərə yönəlirlər. Bu sahədə fəaliyyət göstərən ustad sənətkarlar arasında təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınan Gülümxan Bəydəmir xüsusi yer tutur.


Rəssamlıqdan xəttatlığa aparan sənət yolu


1950-ci il mayın 15-də Şamaxı rayonunun Ərəbşalbaş kəndində - şairlər və sənətkarlar yurdunda dünyaya göz açan Gülümxan Bəydəmir erkən yaşlarından sənətə xüsusi maraq göstərib. Bu maraq onu 1970-ci ildə Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinə gətirib. Burada aldığı klassik rəssamlıq təhsili onun gələcək xəttatlıq üslubunun formalaşmasında mühüm rol oynayıb. Xəttat deyir ki, 1971-1973-cü illərdə hərbi xidmətdə olarkən Rusiyanın Xabarovsk vilayətində ilk fərdi sərgisini açması onun yaradıcılıq potensialını göstərən ilk addım olub. Akvarel mənzərəsi ilə iştirak etdiyi müsabiqədə ikinci yer qazanması sənətdə doğru yolda olduğunu sübut edib. Zaman keçdikcə sənətkarın diqqətini daha qədim və daha dərin bir sahə - xəttatlıq sənəti cəlb etməyə başlayıb.

"1976-cı ildə Rəssamlıq məktəbini bitirdikdən sonra bir çox sərgilərdə iştirak etmişəm. Azərbaycanda unudulmaqda olan daş üzərində oyma sənəti ilə məşğul olarkən məni ən çox cəzb edən yüz illərdən bəri daşlara həkk edilmiş xəttatlıq sənəti olub. Hərflərin düzülüşü, ritmi və estetik harmoniyası məndə xəttatlığın incəliklərini öyrənmək həvəsi yaradıb. Bu maraq məni onu daha dərindən araşdırmağa, öyrənməyə və ustad axtarışıma sövq edib. Bu məqsədlə 1995-ci ildə Türkiyənin İstanbul şəhərinə getdim və orada xətt sənətkarlarını axtarmağa başladım", - deyir ustad.

Gülümxan Bəydəmir 2003-cü ildə Kamil Nazik adlı xəttatdan ilk dərslərini almağa başlayıb. Daha sonra isə dünyaca məşhur xəttat Davud Bektaşdan təhsil alaraq sənətini daha da kamilləşdirib. Bu ustad dərsləri sənətkarın xəttatlıq dünyagörüşünü formalaşdırır, onun yazısına estetik dərinlik qatır. Zəhməti qısa zamanda bəhrəsini verir. 2006-cı ildə İstanbulda keçirilən beynəlxalq xətt yarışmasında "Ahmed-Muhammed" adlı əsəri ilə birinci yerə layiq görülür. Bu uğur sənətkarın yaradıcılıq yolunda yeni qapılar açır. 2007-ci ildə Almaniya və Avstriyada keçirilən sərgilərdə iştirak etməsi, eləcə də həmin il Hz. Mövlana Xətt Yarışmasında birincilik qazanması, eyni ildə Bakıda Hz. Mövlananın 500 illik yubileyinə həsr olunmuş sərgidə iki əsərlə təmsil olunması onun adını beynəlxalq sənət mühitində tanıdır.


"Xəttatlıq mənim üçün mənəvi yoldur"


Gülümxan Bəydəmir sonrakı illərdə ardıcıl olaraq fərdi sərgilər açıb. 2008-ci ildə ikinci, 2010-cu ildə üçüncü, 2013-cü ildə isə Seyid Yəhya Bakuvinin 550 illik yubileyinə həsr olunmuş dördüncü fərdi sərgisini Bakı Rəsm Qalereyasında keçirib. 2024-cü ildə Xalça Muzeyində Qənirə Paşayevaya həsr olunmuş sərgidə iştirak edib, 2025-ci ildə isə Şirvanşahlar Sarayında beşinci fərdi sərgisini açıb.

Xəttatın yaradıcılığında ən mühüm və məsuliyyətli işlərdən biri 2014-cü ildə başladığı Qurani-Kərimin yazılması olub. Bu çətin proses səkkiz il davam edib və 2022-ci ildə tamamlanıb. Sənətkar bu işi öz həyatının ən dərin mənəvi sınaqlarından biri kimi qiymətləndirir. Çünki bu əsər təkcə sənət nümunəsi deyil, böyük mənəvi zəhmətin, səbrin və inancın nəticəsidir. "Xəttatlıq mənim üçün təkcə sənət deyil, eyni zamanda mənəvi yoldur. Bu sənət yalnız gözəl yazı yox, həm də düşünməkdir. Hər yeni sözün gözəlliyi beynimdə yeni kompozisiya qurmağıma, onu necə yazacağıma, hansı növdən və rəngdən istifadə edəcəyimi düşünməyimə səbəb olur. Əsərlərimdə daha çox xəttatlığın Cəli-sülüs növünə üstünlük verirəm. Böyük ölçülü yazılar, güclü kompozisiya və rəng seçimi yazıya xüsusi təsir gücü qazandırır. Əsərin ərsəyə gəlmə müddəti bu sadaladıqlarımdan asılı olaraq dəyişir", - deyir xəttat.

Hazırda Qala kəndində yerləşən şəxsi muzeyində fəaliyyət göstərən Gülümxan Bəydəmir burada həm yaradır, həm də bu sənəti gənc nəslə sevdirməyə çalışır.  Xəttat deyir ki, bu sənəti öyrənmək son dərəcə çətin prosesdir və mütləq ustad müəllim tələb edir: "Mən rəssam olsam belə, xəttatlığı öyrənmək çox çətin oldu. Müəllimsiz yazılan hərf gözə xoş gələ bilər, lakin səhvləri yalnız peşəkar ustad görə bilər. Xəttatlıqda əsas alətlər qamış qələm, hiss mürəkkəb və aharlanmış kağızdır. Bu materiallar yazının həm texniki, həm də estetik keyfiyyətini artırır".

Rəqəmsal dövrdə xəttatlığa marağın artdığını deyən Gülümxan Bəydəmir bunu məlumat və materiallara çıxışın asanlaşması ilə əlaqələndirir. Lakin o vurğulayır ki, bu sənətə yalnız maraq deyil, həm də mənəvi bağlılıq, səbir və zəhmət lazımdır. İstedadın əhəmiyyətini inkar etməyən xəttat eyni zamanda daim öyrənməyin, yeni üsullara açıq olmağın vacibliyini də qeyd edir. Gülümxan Bəydəmirin yaradıcılığı həm də Azərbaycanın zəngin xəttatlıq irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi missiyasıdır. 


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

16:24
03 Fevral

Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5-də davam etdiriləcək  

16:22
03 Fevral

Geosiyasi proseslərə neft bazarı ucuzlaşma ilə reaksiya verir  

16:18
03 Fevral

“AnewZ” telekanalının yeni sənədli filmi - “Liviya Qəddafinin devrilməsindən 15 il sonra”  

16:16
03 Fevral

Baş prokuror İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:15
03 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

16:14
03 Fevral

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər  

16:12
03 Fevral

Cənubi Koreyada Afrika donuz taununa 6-cı yoluxma faktı təsdiqlənib

16:09
03 Fevral

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:05
03 Fevral

Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ-dan alınır  

16:05
03 Fevral

DSX: Xidmət zamanı fövqəladə hal yaranarsa, zəruri koordinasiya tədbirləri həyata keçirilir  

16:04
03 Fevral

“Azexport” portalı Yaxın Şərq bazarlarına ixrac imkanlarını genişləndirir  

16:01
03 Fevral

Əlcəzairdə 4 silahlı öldürülüb

16:00
03 Fevral

Gürcüstanın Baş naziri: Orta Dəhliz sabit, etibarlı tranzit marşrutudur  

15:59
03 Fevral

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşıb - STATİSTİKA 

15:56
03 Fevral

DSX: Cari ilin yanvarında dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

15:53
03 Fevral

Dövlət Agentliyi: Həkim və tibb personalı yeni tələblər barədə məlumatlandırılacaq

15:51
03 Fevral

Venesuela Vaşinqtona diplomatik missiya göndərəcək

15:50
03 Fevral

Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib  

15:49
03 Fevral

Sabah qar yağacaq, güclü külək əsəcək

15:47
03 Fevral

Rusiyada hərbi uçota düşməkdən imtina edən əcnəbi uşaqları vətəndaşlıqdan məhrum ola bilərlər  

15:46
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!