03 Fevral 2026 08:40
385
Mədəniyyət
A- A+
Bərpaolunan abidələr, yaşayan tarix

Bərpaolunan abidələr, yaşayan tarix


Tarix bəzən daşlarda danışır, bəzən də unudulmuş, gözdən, könüldən uzaq bir binanın uçulub dağılmaqda olan divarlarının səssizliyində gizlənir. Min illərin yaddaşını oxumaq, zamanın yaralarını anlamaq və onları gələcəyə daşımaq isə tarixi bir zərurətdir.  Nə yaxşı ki, bu missiyanı öz ömrünün mənasına çevirən, memar-bərpaçılar var ki, onlar, sadəcə, abidələri bərpa etmirlər - keçmişlə gələcək arasında körpü qururlar. Bu yazımızda ömrünü tarixi abidələrin bərpasına həsr edən, daşın yaddaşına toxunan, zamanın izlərini qoruyaraq onları gələcək nəsillərə əmanət edən bir gənc xanımın peşəkar və mənalı ömür yolundan bəhs edəcəyik.

Günel Ənvər qızı Qafarova taleyi ilə peşəsini, yaddaşı ilə məsuliyyətini birləşdirən gənc memar-bərpaçılardandır. Atası hərbi qulluqçu olan Günel 1990-cı ildə Almaniya Federativ Respublikasının Noyştreviç şəhərində anadan olsa da, onun mənəvi kökü, dünyagörüşü və peşə yolu Azərbaycanla, bu torpağın tarixi və ağrıları ilə sıx bağlıdır. Orta təhsilini Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən E.Həsənov adına 139 saylı məktəbdə alan Günel Qafarovanın memar olmaq arzusu onu 2007-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə aparır.

Bakalavr və magistr təhsilini uğurla başa vuran gənc memar elmi axtarışlarını da bərpa sahəsinə yönəldir. 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda "Memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və rekonstruksiyası" ixtisası üzrə fəlsəfə doktoru hazırlığına qəbul olunması Günelin peşəyə təsadüfi deyil, düşünülmüş və məqsədli yanaşmasının göstəricisidir.

Günel Qafarovanın bərpa sahəsinə bağlılığı təkcə peşə marağından qaynaqlanmır. Bu yolun başlanğıcında ailə yaddaşı, Vətən ağrısı və Qarabağ həsrəti dayanır. Günelin  atası hərbçi olub. Almaniyada xidmət etdiyi dövrdə belə Vətənlə yaşayan, torpaqlarımıza qarşı erməni təcavüzü başlayanda Azərbaycana dönərək Birinci Qarabağ müharibəsində iştirak edən döyüşçülərdəndir. Atasının Qarabağın tarixi abidələri, erməni vandalizminin milli-mədəni irsimizə vurduğu yaralar haqqında etdiyi  söhbətlər gənc memarın yaddaşında silinməz izlər buraxıb. "Atamın ən böyük arzusu Qarabağın azadlığını görmək idi. Təəssüf ki, o, bu günü görmədi", - Günel xanım deyir.

Atanın  arzusu qızının peşə yolunda bir amala çevrilir. 2012-ci ildən etibarən bərpaçı-memar kimi fəaliyyət göstərən Günel Qafarova bu sahədə ardıcıl və məhsuldar işləri ilə fərqlənir. Gənc memarın adı bu gün Azərbaycanın müxtəlif bölgələrində yerləşən onlarca tarixi abidənin bərpası ilə birgə çəkilir. XII əsrə aid Qazaxdakı Sınıq körpüdən tutmuş, Şuşanın məscid və bulaqlarınadək, Ağdamın viran qoyulmuş ibadət məkanlarından Naxçıvanın möhtəşəm türbələrinə qədər uzanan bu siyahı təkcə layihələrin deyil, milli yaddaşın xəritəsidir.

Günel Qafarova, eyni zamanda yeni memarlıq layihələrində də fəal iştirak edir, tarix ilə müasirliyi uzlaşdırmağı bacaran mütəxəssis kimi tanınır. Onun elmi-publisistik fəaliyyəti də diqqətəlayiqdir.

10 elmi məqalənin müəllifi olan gənc memarın bakalavr diplom işi kitab kimi çap olunub, magistr işi isə Sankt-Peterburqda keçirilən beynəlxalq müsabiqədə yüksək mükafata layiq görülüb.

Azad Qarabağa ilk səfəri isə onun üçün dərin mənəvi yaşantı olduğunu, Şuşanı gəzərkən hiss etdiyi qürur və kövrəkliyin bu torpaqlara atasının ruhu ilə birlikdə qayıtmaq hissinin təzahürü olduğunu düşünür. "Mənə elə gəlirdi ki, atamın ruhu başımın üstündə mənimlə birlikdə azad olunmuş torpaqlarımızda gəzirdi", - deyir Günel Qafarova.

Gənc memar gördüyü işləri yalnız bir peşə fəaliyyəti deyil, tarixi və mənəvi borc kimi dəyərləndirir. Onun üçün abidə, sadəcə, daş və divar deyil. Abidə xalqın tarixi kimliyini sübut edən pasport, min illərin yaddaşını daşıyan canlı varlıqdır. Bu baxış onu memarlığa fərqli məsuliyyətlə yanaşmağa vadar edir. Günel Qafarova deyir ki, memar öz işinə sevgi ilə yanaşmalıdır.

Tarixi qorumaq yalnız daşları bərpa etmək deyil, millətin yaddaşını unutdurmamaqdır. Günel Qafarova dağıdılmış abidələrə təkcə memar gözü ilə deyil, Vətəninə borclu bir övladın məsuliyyəti ilə yanaşır. Hər bərpaolunan divarda keçmişin nəfəsi, hər dirçəldilən abidədə gələcək nəsillərə ünvanlanan səssiz bir çağırışı var. Bu yol çətin, məsuliyyətli və səbir tələb edən yoldur. Amma bu yolun davamçıları olduğu müddətdə tarix susmayacaq, daşların yaddaşı itməyəcək. Gənc memar-bərpaçı Günel Qafarova məhz bu yaddaşı qoruyan, keçmişi gələcəyə daşıyan nadir peşə sahiblərindəndir.

 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

16:24
03 Fevral

Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5-də davam etdiriləcək  

16:22
03 Fevral

Geosiyasi proseslərə neft bazarı ucuzlaşma ilə reaksiya verir  

16:18
03 Fevral

“AnewZ” telekanalının yeni sənədli filmi - “Liviya Qəddafinin devrilməsindən 15 il sonra”  

16:16
03 Fevral

Baş prokuror İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:15
03 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

16:14
03 Fevral

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər  

16:12
03 Fevral

Cənubi Koreyada Afrika donuz taununa 6-cı yoluxma faktı təsdiqlənib

16:09
03 Fevral

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:05
03 Fevral

Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ-dan alınır  

16:05
03 Fevral

DSX: Xidmət zamanı fövqəladə hal yaranarsa, zəruri koordinasiya tədbirləri həyata keçirilir  

16:04
03 Fevral

“Azexport” portalı Yaxın Şərq bazarlarına ixrac imkanlarını genişləndirir  

16:01
03 Fevral

Əlcəzairdə 4 silahlı öldürülüb

16:00
03 Fevral

Gürcüstanın Baş naziri: Orta Dəhliz sabit, etibarlı tranzit marşrutudur  

15:59
03 Fevral

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşıb - STATİSTİKA 

15:56
03 Fevral

DSX: Cari ilin yanvarında dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

15:53
03 Fevral

Dövlət Agentliyi: Həkim və tibb personalı yeni tələblər barədə məlumatlandırılacaq

15:51
03 Fevral

Venesuela Vaşinqtona diplomatik missiya göndərəcək

15:50
03 Fevral

Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib  

15:49
03 Fevral

Sabah qar yağacaq, güclü külək əsəcək

15:47
03 Fevral

Rusiyada hərbi uçota düşməkdən imtina edən əcnəbi uşaqları vətəndaşlıqdan məhrum ola bilərlər  

15:46
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!