30 Yanvar 2026 18:17
1300
Mədəniyyət
A- A+
Türkiyənin Ordu şəhərindəki muzeydə Azərbaycan tarixi və Zəfərimizlə bağlı guşələr yaradılacaq  

Türkiyənin Ordu şəhərindəki muzeydə Azərbaycan tarixi və Zəfərimizlə bağlı guşələr yaradılacaq  


Türkiyənin Ordu şəhərində Böyükşəhər Bələdiyyəsinin mədəniyyət layihəsi çərçivəsində “Metehandan Mehmetçiyə” Türk Dövlətləri Muzeyi açılıb.

AZƏRTAC xəbər verir ki, muzeydə yaradılan stendlərdə Türk tarixi xronoloji ardıcıllıqla müxtəlif əsər və eksponatlarla təqdim olunur. Türk tarixində iz buraxmış şəxsiyyətlərin büstləri və tarixi dövrləri əks etdirən əşyalar nümayiş olunur.

Muzey binasının qarşısında tarixən mövcud olmuş 16 Türk dövlətinin qurucu şəxsiyyətlərinin büstləri və sözügedən dövlətlərin bayraqları, habelə Çanaqqala zəfərini əks etdirən Türk əsgərlərinin heykəlləri ucaldılıb.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Metehandan Mehmetçiyə” Türk Dövlətləri Muzeyini ziyarət edərək Ordu Böyükşəhər Bələdiyyəsinin idarə heyətinin sədri, eyni zamanda muzeyin rəhbəri Mimar Nihat Şenlə görüşüb.

Görüş zamanı Türk dünyasının ortaq tarixinə işıq salan muzeydə maraqlı bölmələrin təşkil olunması, tarixi dövrlər üzrə yüksək səviyyəli guşələrin, eksponatların və heykəllərin yaradılmasının əhəmiyyəti, həmçinin bu tarixin gələcək nəsillərə çatdırılmasında muzeyin mühüm rolu qeyd olunub.

Qeyd edək ki, muzeydə tarixin müxtəlif dövrləri xronoloji ardıcıllıqla əyani və rəqəmsal vasitələrlə ziyarətçilərə təqdim olunur.

Görüş çərçivəsində Türk dünyası dövlətçilik tarixində mühüm rol oynamış orta əsrlər Azərbaycan dövlətlərinə dair guşələrin yaradılması, ədəbiyyatımızın zirvəsi olan dahi Azərbaycan mütəfəkkirlərinin büstlərinin qoyulması, habelə Türk dünyası tarixində böyük iz buraxmış Azərbaycanın şanlı Qarabağ zəfərinə dair xüsusi guşənin yaradılması razılaşdırılıb.

İkitərəfli mədəni əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin reallaşdırılması, Ordu şəhərində Azərbaycan incəsənəti həftəsinin təşkili və Türk Dövlətləri Muzeyində Azərbaycanla bağlı guşələrin yaradılması Ordu Böyükşəhər Bələdiyyəsi və bölgə Mədəniyyət və Turizm idarəsi tərəfindən də təqdirlə qarşılanıb.

Görüş çərçivəsində muzeyin ayrı-ayrı bölmələri ziyarət olunub, müxtəlif rəqəmsal vasitələrə və hazırlanmış videomateriallara baxış keçirilib, təkliflər yerində dəyərləndirilib.

Sonda Azərbaycanın Qarabağ Zəfərinə həsr olunmuş “Böyük zəfər: 44 gün, 23 saat, 43 dəqiqə” adlı yeni nəşr muzeyə hədiyyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

16:24
03 Fevral

Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5-də davam etdiriləcək  

16:22
03 Fevral

Geosiyasi proseslərə neft bazarı ucuzlaşma ilə reaksiya verir  

16:18
03 Fevral

“AnewZ” telekanalının yeni sənədli filmi - “Liviya Qəddafinin devrilməsindən 15 il sonra”  

16:16
03 Fevral

Baş prokuror İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:15
03 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

16:14
03 Fevral

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər  

16:12
03 Fevral

Cənubi Koreyada Afrika donuz taununa 6-cı yoluxma faktı təsdiqlənib

16:09
03 Fevral

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:05
03 Fevral

Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ-dan alınır  

16:05
03 Fevral

DSX: Xidmət zamanı fövqəladə hal yaranarsa, zəruri koordinasiya tədbirləri həyata keçirilir  

16:04
03 Fevral

“Azexport” portalı Yaxın Şərq bazarlarına ixrac imkanlarını genişləndirir  

16:01
03 Fevral

Əlcəzairdə 4 silahlı öldürülüb

16:00
03 Fevral

Gürcüstanın Baş naziri: Orta Dəhliz sabit, etibarlı tranzit marşrutudur  

15:59
03 Fevral

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşıb - STATİSTİKA 

15:56
03 Fevral

DSX: Cari ilin yanvarında dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

15:53
03 Fevral

Dövlət Agentliyi: Həkim və tibb personalı yeni tələblər barədə məlumatlandırılacaq

15:51
03 Fevral

Venesuela Vaşinqtona diplomatik missiya göndərəcək

15:50
03 Fevral

Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib  

15:49
03 Fevral

Sabah qar yağacaq, güclü külək əsəcək

15:47
03 Fevral

Rusiyada hərbi uçota düşməkdən imtina edən əcnəbi uşaqları vətəndaşlıqdan məhrum ola bilərlər  

15:46
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!