14 May 2026 14:34
215
İQTİSADİYYAT
A- A+
Xarici investorlar Qarabağa sərmayə yatırmağa maraq göstərirlər - 39 ölkədən müraciətlər daxil olub

Xarici investorlar Qarabağa sərmayə yatırmağa maraq göstərirlər - 39 ölkədən müraciətlər daxil olub


“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində dayanıqlı məskunlaşmanın təmin olunması, ərazilərin yerli və xarici dəyər zəncirinə inteqrasiyası, investisiyaların cəlb edilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, kənd təsərrüfatı və turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Bu məqsədlə sənaye parklarının fəaliyyəti genişləndirilir, vergi və gömrük güzəştləri tətbiq olunur, həmçinin sahibkarların maliyyə imkanlarının artırılması üçün müxtəlif dəstək mexanizmləri həyata keçirilir. Ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov deyib.

Ə.Məmmədov bildirib ki, Qarabağ bölgəsində xarici investisiyaların həcmi də genişlənir. Xarici şirkətlərdən daxil olmuş müraciətlər 39 ölkəni əhatə edir. Müraciətlər arasında Türkiyə, İran, Macarıstan, Qazaxıstan və Rusiyadan olan investorların payı daha yüksəkdir. Bu göstərici bölgəyə beynəlxalq marağın artdığını və Qarabağda yaradılan biznes mühitinin investorlar üçün cəlbedici olduğunu nümayiş etdirir. Hazırda xarici investorların iştirakı ilə bir sıra iri layihələr icra olunur. Həyata keçirilən təşəbbüslər çərçivəsində Türkiyənin “Dəmirörən” və “Dost Aqropark”, Özbəkistanın “Agro Sonuat İnnovator” şirkəti tərəfindən nar bağlarının salınması, Litvanın “Dominari” mebel klasteri, İsveçrənin “Holcim” sement anbarı, Rusiyanın “KamAZ” xidmət mərkəzi, Pakistanın “Azerbaijan Rice Processing Mill” MMC, eləcə də Belarusun “Agrokombinat Dzerjinski” ASC tərəfindən quşçuluq təsərrüfatının yaradılması kimi layihələr həyata keçirilir. Bu layihələr regionda istehsal və xidmət infrastrukturunun genişləndirilməsinə xidmət edir.

Baş İdarənin rəisi vurğulayıb ki, Qarabağ bölgəsində investisiya layihələrinin həyata keçirilməsi yalnız iqtisadi fəallığın artırılmasına deyil, həm də yeni iş yerlərinin yaradılmasına, yerli sahibkarlığın inkişafına və müasir texnologiyaların tətbiqinə şərait yaradır. Xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr bölgənin istehsal potensialının gücləndirilməsinə mühüm töhfə verir. Bölgədə müəyyən edilmiş prioritet istiqamətlərə uyğun olaraq kənd təsərrüfatı, turizm, emal sənayesi və xidmət sektoru əsas inkişaf sahələri kimi müəyyən edilib. Bu sahələr üzrə layihələrin icrası Qarabağın iqtisadi inteqrasiyasını sürətləndirir və dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət edir. Qarşıdakı dövrdə də xarici investorlarla əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin cəlb olunması istiqamətində işlər davam etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyada neft ehtiyatları azalır, qiymətlər isə artır

19:24
14 May

“FINCA Azerbaijan” innovativ məhsula görə mükafat alıb

19:13
14 May

Beyin hüceyrələri qorxulu xatirələrin silinməsinə necə kömək edir?

18:51
14 May

Pekində tarixi görüş

18:13
14 May

Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetlərindəndir  

18:11
14 May

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması imkanları nəzərdən keçirilib  

18:11
14 May

Sabahdan WUF13 ilə bağlı çəkilmiş avtobus zolaqlarına daxil olan nəqliyyat vasitələri cərimələnəcək  

18:10
14 May

Adil Kərimli ICESCO ilə mədəni irs üzrə yeni əməkdaşlıq təşəbbüslərini açıqlayıb

18:09
14 May

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 

18:08
14 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:07
14 May

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

18:03
14 May

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

17:58
14 May

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

17:57
14 May

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

17:56
14 May

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

17:54
14 May

"EFES - 2026” təlimi davam edir

17:53
14 May

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

17:52
14 May

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

17:51
14 May

Xətai rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub

17:46
14 May

Almaniyadan xəbərdarlıq: Süni intellekt kibercinayətkarlığı artırır

17:39
14 May

Körfəz ölkələri minlərlə yük maşını ilə quru yoluna keçir

17:31
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!