14 May 2026 14:53
202
İQTİSADİYYAT
A- A+
“MET Group”: Avropanın qaz gələcəyi Azərbaycan da daxil olmaqla daha çox mənbəyə əsaslanacaq  

“MET Group”: Avropanın qaz gələcəyi Azərbaycan da daxil olmaqla daha çox mənbəyə əsaslanacaq  


Avropanın qaz bazarı son illərdə daha çox şaxələnmiş və qlobal səviyyədə bir-biri ilə əlaqəli sistemə çevrilib.

AZƏRTAC xəbər verir ki, rumıniyalı iqtisadi jurnalist Boqdan Tudorake tərəfindən hazırlanan və “MET Group”un analizinə əsaslanan məqalədə bildirilir ki, yaxın illərdə Avropa Norveç, Şimali Afrika və Azərbaycan qazına, eləcə də əsasən ABŞ-dən idxal edilən mayeləşdirilmiş təbii qaza daha çox arxalanacaq.

Şirkət rəsmilərinin fikrincə, Avropanın enerji təhlükəsizliyi artıq tək bir marşrut və ya mənbədən asılı olmayacaq. Təhlildə vurğulanır ki, Avropada qazın gələcəyi daha çox mənbə və bazarlar arasında daha güclü əlaqələr deməkdir. Tək əsas təchizat marşrutundan asılılıq dövrü başa çatıb.

Məlumatda qeyd olunur ki, “MET Group” hazırda Avropanın ən iri qaz oyunçularından biridir və 2025-ci ildə 242 milyard kubmetr qaz ticarəti həyata keçirib. Bu həcm Avropanın ümumi təbii qaz və LNG istehlakının təxminən yarısına bərabərdir.

Təhlildə Norveçin Avropanın enerji sistemində oynadığı rol xüsusi vurğulanır. Bildirilir ki, Norveç hazırda Avropa İttifaqının ümumi qaz idxalının təxminən 30 faizini, boru kəmərləri ilə qaz idxalının isə 50 faizdən çoxunu təmin edir. Ölkənin 8 min 800 kilometrlik sualtı qaz kəməri şəbəkəsi Almaniya, Belçika, Fransa və Böyük Britaniyanın əsas qaz mərkəzlərini birləşdirir.

Məqalədə Şimali Afrika ölkələrinin – Əlcəzair, Liviya və Misirin də Avropanın enerji təhlükəsizliyi baxımından vacib rol oynadığı qeyd olunur. Xüsusilə Əlcəzairin “Medgaz” və “Transmed” infrastrukturu vasitəsilə İspaniya və İtaliyanın qaz təchizatında mühüm yer tutduğu vurğulanır.

Təhlildə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan strateji rolu ayrıca diqqət mərkəzindədir. Bildirilir ki, Azərbaycanı əsas təchizatçı kimi birləşdirən Cənub Qaz Dəhlizi təxminən 3 min 500 kilometrlik marşrut üzrə yeddi ölkədən keçir və genişlənməyə davam edir. Trans-Adriatik və Trans-Anadolu boru kəmərləri vasitəsilə Azərbaycan qazı artıq Cənubi və Mərkəzi Avropaya, o cümlədən Avstriya və Almaniyaya qədər çatdırılır.

Məqalədə qeyd olunur ki, Azərbaycan Avropa üçün yalnız alternativ qaz mənbəyi deyil, həm də geosiyasi baxımdan etibarlı enerji tərəfdaşı hesab olunur. Xüsusilə Ukraynadakı müharibədən sonra Avropanın Xəzər regionuna marağının əhəmiyyətli dərəcədə artdığı vurğulanır.

Məqalədə ABŞ-dən mayeləşdirilmiş təbii qaz idxalının sürətlə artdığı da qeyd olunur. Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutunun məlumatına görə, Avropa artıq LNG tələbatının 57 faizini ABŞ-dən təmin edir. Bu göstərici 2021-ci illə müqayisədə üç dəfə çoxdur.

Məlumatda vurğulanır ki, yaxın illərdə Avropada LNG infrastrukturu daha da genişlənəcək. Xüsusilə Almaniyanın 2022-ci ildən sonra sürətlə LNG terminalları və üzən qazlaşdırma qurğuları yaratması Avropanın enerji strategiyasında böyük dönüş kimi qiymətləndirilir.

Məqalədə qeyd olunur ki, 2027-ci ilin sonuna qədər ABŞ-də yeni LNG ixrac layihələrinin fəaliyyətə başlaması nəticəsində Avropaya qaz ixracının daha da artacağı gözlənilir. Bu prosesin Avropa qaz bazarını daha çevik və rəqabətli edəcəyi, eyni zamanda enerji təhlükəsizliyi baxımından riskləri azaltmağa kömək göstərəcəyi bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyada neft ehtiyatları azalır, qiymətlər isə artır

19:24
14 May

“FINCA Azerbaijan” innovativ məhsula görə mükafat alıb

19:13
14 May

Beyin hüceyrələri qorxulu xatirələrin silinməsinə necə kömək edir?

18:51
14 May

Pekində tarixi görüş

18:13
14 May

Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetlərindəndir  

18:11
14 May

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması imkanları nəzərdən keçirilib  

18:11
14 May

Sabahdan WUF13 ilə bağlı çəkilmiş avtobus zolaqlarına daxil olan nəqliyyat vasitələri cərimələnəcək  

18:10
14 May

Adil Kərimli ICESCO ilə mədəni irs üzrə yeni əməkdaşlıq təşəbbüslərini açıqlayıb

18:09
14 May

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 

18:08
14 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:07
14 May

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

18:03
14 May

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

17:58
14 May

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

17:57
14 May

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

17:56
14 May

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

17:54
14 May

"EFES - 2026” təlimi davam edir

17:53
14 May

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

17:52
14 May

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

17:51
14 May

Xətai rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub

17:46
14 May

Almaniyadan xəbərdarlıq: Süni intellekt kibercinayətkarlığı artırır

17:39
14 May

Körfəz ölkələri minlərlə yük maşını ilə quru yoluna keçir

17:31
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!