08 Noyabr 2025 09:56
587
SİYASƏT
A- A+
Xalqımızın yenilməz ruhu qarşısında heç bir qüvvə dayana bilməz  

Xalqımızın yenilməz ruhu qarşısında heç bir qüvvə dayana bilməz  


Xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış, milli kimliyimizin, dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün rəmzinə çevrilmiş 8 Noyabr Şuşa Şəhər Gününü və Şuşanın azad olunmasının beşinci ildönümünü böyük fəxr və qürur hissi ilə qeyd edirik.

 2020-ci ilin məhz bu günündə 44 günlük Vətən müharibəsinin həlledici anında Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhəri qəhrəman Ordumuzun misilsiz igidliyi, Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti və xalqımızın birliyi ilə işğaldan azad edildi. Bu Qələbə təkcə hərbi deyil, siyasi, mənəvi və tarixi baxımdan da böyük dönüş nöqtəsi oldu.

Qarabağ Zəfərinə gedən yol hələ ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Məhz onun müəyyən etdiyi siyasi kurs, dövlətçiliyin möhkəm əsaslar üzərində qurulması, ordunun formalaşması və milli birliyin təmin olunması gələcək Zəfərin ideoloji və siyasi təməlini yaratdı. Ulu Öndərin qoyduğu bu möhkəm təməlin üzərində cənab Prezident İlham Əliyev siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli Azərbaycan dövlətini qurdu.

Şuşanın azad olunması Azərbaycanın illərlə davam edən haqlı mövqeyinin, güclü dövlət iradəsinin və möhkəm siyasi liderliyin nəticəsidir. Bu gün biz fəxrlə deyə bilərik ki, Zəfər bizimdir! Bu Zəfər şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və millətimizin səbirli, iradəli duruşu ilə mümkün oldu.

Son 5 il ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşada genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir. Şuşa artıq həm tarixi kimliyi ilə, həm də müasir siması ilə yenidən doğulur. Cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə şəhərimiz “Türk Dünyasının mədəniyyət paytaxtı”, “İslam mədəniyyətinin paytaxtı” elan olundu, beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrildi. Bu gün Şuşa təkcə Azərbaycanın deyil, regionun dirçələn mədəniyyət mərkəzidir.

Zəfərdən sonra regionda yaranan yeni reallıqlar, Azərbaycanın regionda formalaşdırdığı güc balansı və sülh təşəbbüsləri sübut edir ki, biz yalnız müharibədə deyil, quruculuqda da qalibik. Dövlətimizin bu siyasi iradəsi, xalqımızın yenilməz ruhu qarşısında heç bir qüvvə dayana bilməz. Milli Məclisin deputatı və parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini kimi dəfələrlə işğaldan azad olunmuş ərazilərdə olmuşam. Yerində görürəm ki, bu torpaqlarda həyat necə yenidən dirçəlir, necə sürətlə quruculuq gedir. Şuşanın simasında biz bir şəhərin deyil, bütöv bir xalqın iradəsinin ayağa qalxdığını görürük.

8 Noyabr münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirəm! Şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin ehtiramla baş əyir, qazilərimizə can sağlığı arzulayıram. Qarabağ Azərbaycandır! Şuşa Azərbaycandır! Zəfər bizimlədir! 


Fatma YILDIRIM,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!