10 Sentyabr 2026 08:20
779
Mədəniyyət
A- A+
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb 

Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb 


Görkəmli teatr xadimi, rejissor, Xalq artisti Aleksandr Şarovski ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mərhumun cənazəsi teatrın matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulub. Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də dövlət və hökumət qurumları adından əklillər düzülüb.

Aleksandr Şarovskinin həmkarları, dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətinin pərəstişkarları teatrın binasına gələrək, görkəmli sənətkara son borclarını yerinə yetiriblər.

Vida mərasimində əvvəlcə Aleksandr Şarovskinin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Mədəniyyət Nazirliyinin kollektivi adından mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Nazir Aleksandr Şarovskinin ömrünün 60 ilə yaxın dövrünü teatr sənətinə həsr etdiyini bildirib: "Aleksandr Şarovski teatrla nəfəs alır, teatrla yaşayırdı. Əlli ildən artıq çalışdığı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının inkişafında onun müstəsna xidmətləri olub. Görkəmli sənətkar və ictimai xadim kimi fəaliyyəti hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində saxlanılıb".

Adil Kərimli vurğulayıb ki, Aleksandr Şarovski teatr və incəsənət sahəsindəki çoxşaxəli fəaliyyəti ilə yanaşı, Azərbaycanda qədim ənənələrə malik rus teatr məktəbinin inkişafına da mühüm töhfələr verib.

Vida mərasimində çıxış edən Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov Aleksandr Şarovskinin zəngin və çoxşaxəli yaradıcılıq yolundan danışıb. Qeyd edib ki, görkəmli sənətkar Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Azərbaycan, rus və dünya dramaturgiyasının nümunələri əsasında hazırlanan tamaşalarda 50-dən çox yaddaqalan obraz yaradıb. Hüseyn Cavidin "Şeyx Sənan" əsərində Şeyx Sənanı, Səməd Vurğunun "Fərhad və Şirin" pyesində isə Fərhadı canlandırıb. Rejissor kimi də məhsuldar fəaliyyət göstərən Aleksandr Şarovski 50-dən artıq tamaşaya səhnə həyatı verib.

"Aleksandr Şarovski yaradıcılıq fəaliyyəti boyunca yüksək mükafatlara layiq görülüb, "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib. Onun ən gözəl xüsusiyyətlərindən biri xalqlar arasında dostluğun möhkəmləndirilməsinə xidmət etməsi idi. Böyük sənətkarın yaratdığı obrazlar, quruluş verdiyi tamaşalar və əziz xatirəsi daim qəlbimizdə yaşayacaq", - deyə Hacı İsmayılov vurğulayıb.

Daha sonra çıxış edən mərhumun həyat yoldaşı Nataliya Şarovskaya Aleksandr Şarovskinin Azərbaycanı ürəkdən sevdiyini bildirib. O, Azərbaycan Respublikasının Prezidentinə, Heydər Əliyev Fonduna, teatr rəhbərliyinə, eləcə də vida mərasiminin təşkilində yaxından iştirak edən hər kəsə dərin minnətdarlığını ifadə edib.

"Aleksandr Şarovski premyeraları, anşlaqları və bu səhnəni çox sevirdi. Tamaşaçıların aktyorlara gül təqdim etməsi ona xüsusi sevinc bəxş edirdi. Bu gün də səhnə güllərlə, onun gözəl portretləri ilə bəzədilib", - deyə Nataliya Şarovskaya vurğulayıb.

Xalq artisti Aleksandr Şarovskinin cənazəsi teatrın binasından götürülərək İkinci Fəxri xiyabana aparılıb.

Burada mərhumun ruhuna dualar oxunub. Görkəmli sənətkarın cənazəsi torpağa tapşırılıb, Məzarı üzərinə əklillər, gül dəstələri düzülüb.

Qeyd edək ki, Aleksandr Şarovski sentyabrın 9-da 79 yaşında vəfat edib.

O, "Əməkdar artist" (1987) və "Xalq artisti" (1998) fəxri adlarına layiq görülüb, "Şöhrət" (2008) və "Şərəf" (2018) ordenləri, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" (2023) ilə təltif edilib. Aleksandr Şarovski 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib  

14:53
20 Sentyabr

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:23
20 Sentyabr

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub  

13:49
20 Sentyabr

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

13:35
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb  

12:47
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

11:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!