18 Sentyabr 2026 10:10
410
Mədəniyyət
A- A+
Tariximizlə müasirliyin musiqi vəhdəti

Tariximizlə müasirliyin musiqi vəhdəti


Azərbaycan musiqisinin tarixi qədimdir. Bu torpaqlarda insanlar sevincini də, kədərini də, sevgisini də, ayrılığını da, düşüncəsini də musiqi ilə ifadə edib. Əsrlər boyu yaranan və nəsildən-nəslə ötürülən mahnılar, muğamlar, aşıq havaları xalqın yaddaşında yaşayıb. Tarın, kamançanın, sazın, balabanın səsi bu yaddaşın səsinə, sədasına çevrilib.

Azərbaycan musiqi sənəti ənənələrə söykənərək, zənginləşərək uzun bir yol gəlir. Muğamlar musiqi xəzinəmizin ən qədim və qiymətli incilərindəndir. Onun əsrlərin süzgəcindən keçib gələn ənənələri bu gün də yaşayır.

Azərbaycan musiqi xəzinəsində aşıq sənətinin də özünəməxsus və əvəzsiz yeri var. Qədim zamanlardan aşıqlarımız el şənliklərində, toylarda sazın müşayiəti ilə dastanlar, qoşmalar, gəraylılar söyləyib, həm musiqimizi, həm də ədəbiyyatımızı təbliğ və inkişaf etdiriblər.

Azərbaycanın belə zəngin musiqi mühitində zaman keçdikcə yeni sənət ənənələri yaranıb. XX əsrin əvvəllərində Azərbaycan musiqi sənəti yeni mərhələyə qədəm qoyub. Həmin dövrdə şəhərlərin inkişafı, teatr və maarifçilik hərəkatının genişlənməsi, yeni mədəni mühitin formalaşması musiqiyə də təsir göstərib. Şuşa, Bakı, Gəncə kimi şəhərlərdə təşkil olunan musiqi məclisləri, teatr tamaşaları və konsertlər sənət həyatının mühüm hadisələrinə çevrilib.

Şuşa bu tarixdə xüsusi yer tutub. Qarabağın bu gözəl guşəsi uzun illər Azərbaycan musiqisinin əsas ocaqlarından biri olub. Burada muğam məclisləri keçirilib, xanəndələr və sazəndələr yetişib.

XX əsrin ilk onilliyində musiqimiz qarşısında yeni imkanlar açıldı. Bir tərəfdə əsrlərdən gələn muğam və xalq musiqisi, digər tərəfdə Avropa professional musiqi ənənələrinə meyil vardı. Bu iki istiqamətin qovuşması Azərbaycan musiqisinin sonrakı inkişafında mühüm rol oynadı. Məhz həmin mərhələdə Üzeyir Hacıbəylinin adı ilə Azərbaycan professional musiqisinin yeni mərhələsi başladı. 1908-ci ildə onun "Leyli və Məcnun" operasının səhnəyə qoyulması böyük mədəni hadisəyə çevrildi. Üzeyir bəy Şərqdə ilk opera olan "Leyli və Məcnun" əsərini xalq musiqisinin imkanlarından istifadə etməklə yaradıb. Dahi bəstəkar Üzeyir Hacıbəyli sonralar "Koroğlu" operası, "Arşın mal alan", "O olmasın, bu olsun" və başqa ölməz əsərləri ilə Azərbaycan musiqisinin ən yaddaqalan səhifələrini yazıb. Üzeyir bəyin Azərbaycan musiqi sənətinə xidmətləri yalnız yaratdığı əsərlərlə bitməyib. O, musiqi təhsilinin inkişafında, professional musiqiçilərin hazırlanmasında, milli musiqimizin elmi əsaslarının öyrənilməsində də misilsiz  işlər görüb. Üzeyir Hacıbəyli Azərbaycan musiqisində böyük bir məktəb yaradıb. Onun fəaliyyəti nəticəsində musiqi sənətimizin qarşısında yeni yollar açılıb. Bu yoldan Fikrət Əmirov, Qara Qarayev, Maestro Niyazi, Cövdət Hacıyev, Arif Məlikov, Vasif Adıgözəlov və başqa istedadlı bəstəkarlar keçib. Onlar Azərbaycanın zəngin musiqisindən bəhrələnib, muğamın musiqi təfəkkürümüzdəki imkanlarını simfonik musiqiyə gətirib, Azərbaycan bəstəkarlıq məktəbinin dünya musiqi məkanında tanınmasına mühüm töhfələr veriblər. Bu sənətkarlar bir-birini təkrarlamayıb, hər biri musiqimizə öz üslubunu gətirib. Ancaq onların yaradıcılığında bir ümumi cəhət - milli musiqinin köklərinə bağlılıq olub. Azərbaycan musiqi sənətinin böyük yolu belə davam edib. Muğam öz ənənəvi yolunda irəliləyib, xalq musiqisi yaşayıb, professional bəstəkarlıq inkişaf edib, opera və balet sənəti formalaşıb, simfonik və kamera musiqisi yeni əsərlərlə zənginləşib. Beləcə, Azərbaycan musiqi sənəti dəyişən zamanla birlikdə yenilənib, amma öz köklərindən uzaqlaşmayıb.

Bu gün də Azərbaycan musiqisində o yol davam edir. Ölkəmizdə musiqi məktəbləri və ali təhsil müəssisələri fəaliyyət göstərir, yeni ifaçılar və bəstəkarlar yetişir. Muğam sənətinin ənənələri qorunur. Xalq mahnıları müxtəlif ifalarda yenidən səslənir. Milli musiqi alətlərimizə gənc ifaçılar yeni nəfəs gətirirlər. Azərbaycanın klassik və müasir bəstəkarlarının əsərləri yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da səsləndirilir. Azərbaycan ifaçıları beynəlxalq səhnələrdə çıxış edir, muğam sənətimiz dünyanın müxtəlif ölkələrində təqdim olunur.

Şuşanın mədəni həyatının yenidən canlanması isə bu mənzərəyə xüsusi çalar verir. Azərbaycan musiqi tarixində özünəməxsus yeri olan bu şəhərdə də konsertlər, festivallar keçirilir.

Əslən Şuşadan olan Üzeyir bəy 141 il öncə, 1885-ci il sentyabrın 18-də dünyaya gəlib. Bu gün həmin tarix Azərbaycan musiqisinin bayramı kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyev 1995-ci ildə "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" fərman imzalayıb. Həmin fərmana əsasən, hər il sentyabrın 18-də Üzeyir Musiqi Gününün keçirilməsi qərara alınıb.

Bu gün 18 sentyabrı Üzeyir Musiqi Günü kimi qeyd edərkən, əslində, təkcə dahi bəstəkarın əziz xatirəsini yad etmirik. Bu tarix həm də əsrlərin sınağından keçərək bu günümüzə gəlib çatan zəngin musiqi irsimizə nəzər salmaq, onun keçdiyi yola bir daha baxmaq üçün bir fürsətdir. Üzeyir Hacıbəylinin açdığı yol, ondan sonra gələn böyük sənətkarların yaratdığı əsərlər və bu gün musiqimizi yaşadan yeni nəsil göstərir ki, Azərbaycan musiqisinin dünəni də, bu günü də zəngindir. Əsas məsələ bu zənginliyi qorumaq, onu gələcək nəsillərə çatdırmaq və musiqimizin səsini həmişə uca tutmaqdır.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub

23:53
18 Sentyabr

Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib

21:57
18 Sentyabr

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib

20:49
18 Sentyabr

Qaradağ rayonunda “Əsrin müqaviləsi: milli enerji strategiyasindan güclü iqtisadiyyata və suveren dövlətə” mövzusunda tədbir keçirilib

20:49
18 Sentyabr

“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb

20:47
18 Sentyabr

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası

20:45
18 Sentyabr

AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub

20:43
18 Sentyabr

Energetika naziri Laçında vətəndaşların müraciətlərini dinləyib

20:34
18 Sentyabr

Laçında uşaqlar üçün tibbi müayinələr təşkil olunub

20:32
18 Sentyabr

İqtisadiyyat nazirinin müavini Goranboyda vətəndaşlarla görüşüb

20:28
18 Sentyabr

Federasiya nümayəndələri ilə görüş olub, sosial media hesabatları dinlənilib

20:27
18 Sentyabr

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

20:25
18 Sentyabr

Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub

20:22
18 Sentyabr

Dövlət Komitəsinin sədri Kǝlbəcǝrdə vətəndaşlarla görüşüb

20:01
18 Sentyabr

Azərbaycan Hava Yolları “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb

19:54
18 Sentyabr

Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib1

19:53
18 Sentyabr

Gədəbəy və Şəmkir sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri cavablandırılıb

19:44
18 Sentyabr

Azərbaycan XİN Fransanı ölkəmizə qarşı əsassız və qərəzli iddialardan çəkinməyə çağırıb

19:39
18 Sentyabr

“Azərişıq” sədri Ağdamda vətəndaşlarla görüşüb

19:30
18 Sentyabr

Milli Məclisin Aqrar siyasət komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib

19:23
18 Sentyabr

PAŞA Bank səhmdarlarına 107 milyon manatdan çox dividend ödəyəcək  

17:54
18 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!