20 Sentyabr 2026 15:50
249
CƏMİYYƏT
A- A+
Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  


İndiki Ermənistan ərazisində yerləşən bir sıra alban memarlıq abidələrinin daxili və xarici görünüşünə müdaxilələr edilib, onların tarixi-memarlıq xüsusiyyətləri dəyişdirilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib. Onun sözlərinə görə, müxtəlif tədqiqatlar zamanı indiki Ermənistan ərazisində yerləşən çoxsaylı monastır və kilsələrlə bağlı materiallar araşdırılıb. Alim həmin ərazilərə gediş-gəliş imkanlarının məhdud olmasına baxmayaraq, bu abidələrlə bağlı tədqiqatların davam etdirildiyini bildirib. Həmin ərazilərdəki alban kilsələri, monastırları, alban memarlıq tipinə aid digər tikililər və memarlıq abidələrinin daxili və xarici görünüşündə dəyişikliklər aparılıb. Bəzi abidələrin ornamentləri, interyer elementləri və hətta üzərindəki xaç nişanları da dəyişdirilib.

“İndiki Ermənistan ərazisində yerləşən bəzi Alban dövrü abidələrinin ilkin memarlıq formasına müdaxilə edilib. Abidələrin miqyası böyüdülüb, hündürlüyü dəyişdirilib, onların yaxınlığında evlər, xidmət müəssisələri və digər yardımçı tikililər inşa olunub. Belə müdaxilələr tarixi abidələrin ilkin görkəminə təsir edir və onların sonradan erməni kilsəsi və ya monastırı kimi təqdim edilməsinə şərait yaradır. Ermənistan ərazisində yerləşən Eçmiədzin kilsəsi də buna nümunədir. Bu abidə alban dövrünə aid memarlıq nümunələrindən biridir. Kilsənin özündə və ətrafında müxtəlif dəyişikliklər aparılıb, binanın xarici və daxili ornamentlərinə, interyerinə müdaxilələr edilib, ətrafında əlavə tikililər inşa olunub. Tarixi abidələrin mühafizə sahəsində onların tarixi və memarlıq xüsusiyyətlərinə təsir göstərə biləcək tikinti işlərinin aparılması yolverilməzdir. Alban dövrü abidələrinin ilkin formasının dəyişdirilməsi ilə yanaşı, onların ətrafında yeni tikililərin inşa edilməsi də abidələrin tarixi-memarlıq bütövlüyünə təsir göstərir”,- deyə tarixçi qeyd edib.

Faiq İsmayılov vurğulayıb ki, indiki Ermənistan ərazisindəki kilsə və monastırların böyük hissəsi Alban dövrünə aid abidələrdir. O, həmin abidələrin bu gün erməni kilsələri və erməni memarlıq nümunələri kimi təqdim edilməsinə cəhd göstərildiyini bildirib.

“İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların təxminən 90 faizinin Alban dövrü abidələridir. Bu abidələrin tarixi-memarlıq xüsusiyyətlərinin qorunması və onların mənşəyinin beynəlxalq ictimaiyyətə düzgün təqdim edilməsi mühüm əhəmiyyət daşıyır”, - deyə tarixçi fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib  

14:53
20 Sentyabr

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:23
20 Sentyabr

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub  

13:49
20 Sentyabr

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

13:35
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb  

12:47
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

11:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!