21 May 2026 18:51
159
CƏMİYYƏT
A- A+
WUF13 çərçivəsində “Yeni inkişaf üçün tranzityönümlü planlaşdırma” mövzusunda sessiya baş tutub - YENİLƏNİB  

WUF13 çərçivəsində “Yeni inkişaf üçün tranzityönümlü planlaşdırma” mövzusunda sessiya baş tutub - YENİLƏNİB  


Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Yeni inkişaf üçün tranzityönümlü planlaşdırma” mövzusunda sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyada sürətli urbanizasiya fonunda torpaq resurslarının dayanıqlı idarə olunması, mənzil və infrastruktur çatışmazlığı, eləcə də şəhər–kənd əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə edilib.

Sessiyada çıxış edən Qazaxıstanda yerləşən “STEP City” təşəbbüsünün təsisçisi və idarəedici partnyoru Alina Bisembaeva bildirib ki, TOD yanaşması davamlı mobillik sisteminin layihələndirilməsi şəhər nəqliyyatına əsaslanan rayonlaşdırma və infrastruktur dizaynı ilə həyata keçirilir, beləliklə şəhər nəqliyyatı daha səmərəli, əlçatan və hər kəs üçün rahat olur.

O qeyd edib ki, Yaponiyada TOD-un dünyadakı ən sistemli və mükəmməl versiyası tətbiq olunur.

“Ölkənin Tokyo, Hankyu və digər iri özəl dəmir yolu şirkətləri tarixi inkişaf prosesində yalnız sərnişin daşımaları ilə məşğul olmamış, eyni zamanda, öz dəmir yolu xətləri boyunca yerləşən torpaq sahələrinin əsas inkişaf etdiriciləri kimi çıxış ediblər. Bu inteqrasiya nəqliyyat sisteminin maliyyələşdirilməsi ilə yanaşı əmlak bazarının da paralel şəkildə inkişafını təmin edib”,- deyə o əlavə edib.

Şəhər strategiyası üzrə ekspert Artemiy Yarçevskiy diqqətə çatdırıb ki, urbanizasiya və nəqliyyat planlaşdırılması yalnız böyük inkişaf konsepsiyaları ilə məhdudlaşmır, eyni zamanda, gündəlik şəhər mobilliyi məsələlərini də əhatə edir.

O, yeni yaşayış ərazilərində ictimai nəqliyyat marşrutlarının düzgün qurulmasının, yol infrastrukturunun planlaşdırılmasının və nəqliyyat-mübadilə qovşaqlarına əlçatanlığın vacibliyini vurğulayıb.

“Müasir şəhərsalma strategiyalarında qonşu regionlarla əlaqələrin qurulması, yeni yaşayış komplekslərinə xidmət göstərəcək avtobus marşrutlarının təşkili, yol zolaqlarının planlaşdırılması və piyada, velosiped, skuter kimi fərdi mobillik vasitələrinin inteqrasiyası əsas istiqamətlərdən biridir”,- deyə o əlavə edib.

Sessiyada, eyni zamanda, şəhər və kənd iqtisadiyyatlarının inteqrasiyası xüsusi diqqət mərkəzində olub. Bu çərçivədə istehsal, logistika, bazar və xidmət zəncirlərinin birləşdirilməsi vasitəsilə iş yerlərinin yaradılması, miqrasiyanın azaldılması və regionlararası balanslı inkişafın təmin edilməsi məsələləri gündəmə gətirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-İran danışıqları iyunun əvvəlində Pakistanda keçirilə bilər

22:51
21 May

Azərbaycan ilə BMT arasında dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi üzrə əməkdaşlığın vacibliyi qeyd edilib  

22:43
21 May

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib

22:40
21 May

Azərbaycan çayı yenidən FAO-nun Baş qərargahında təqdim edilib

22:31
21 May

Ukraynalı uşaqlar türk dilinə böyük maraq göstərirlər

22:01
21 May

Azərbaycan və Qırğızıstan parlamentlərinin sədrləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər  

21:39
21 May

Çernobıl AES ətrafındakı heyvanlar aləmi alimləri təəccübləndirib

21:34
21 May

Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfər edib

21:19
21 May

BBC-nin əməkdaşı: Azərbaycan xalqı çətinliklərə baxmayaraq qurub-yaradır 

21:06
21 May

Premyer Liqa: "Qəbələ" "Şamaxı"ya qalib gəlib

20:49
21 May

CENTCOM: Hörmüz boğazında 94 ticarət gəmisi başqa istiqamətə yönəldilib

20:43
21 May

Misirdə böyük neft-qaz yatağı tapılıb

20:33
21 May

Dünya mediası: Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır 

20:17
21 May

Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb

20:11
21 May

WUF13 çərçivəsində “Bakı Baş Planı-2040”ın dayanıqlı şəhər inkişafı istiqamətlərindən danışılıb - YENİLƏNİB  

19:57
21 May

Xüsusi nümayəndə: Kəlbəcərdəki layihələr doğma torpaqlara həyatın yenidən qayıtdığını təcəssüm etdirir  

19:51
21 May

Xüsusi nümayəndə: Mənzil təminatı və sosial inklüzivlik Qarabağın bərpasında əsas prioritet istiqamətlərdəndir  

19:47
21 May

Rusiya Ermənistandan gül idxalını məhdudlaşdırıb

19:43
21 May

Aqrar sahənin davamlı inkişafında dövlət-özəl tərəfdaşlığı - "Aqrar Süni İntellekt" layihəsi və dataəsaslı idarəetmə həlləri təqdim olunub  

19:41
21 May

Doğma yurda qayıdan sakinlər Ağdam Sənaye Parkında işlə təmin olunurlar  

19:36
21 May

İlyas Demirci: Yaşayış sahələrimizi qorumaq üçün daha güclü qərarlar qəbul etməliyik

19:30
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!