26 May 2026 18:19
141
CƏMİYYƏT
A- A+
WUF13: Bakıdan dünyaya inkişaf mesajı

WUF13: Bakıdan dünyaya inkişaf mesajı


XXI əsrdə dövlətlərin beynəlxalq nüfuzu artıq həm də qlobal problemlərin həllinə verdiyi töhfə, beynəlxalq dialoq platformalarına ev sahibliyi etmək bacarığı və intellektual diplomatiya imkanları ilə ölçülür. Məhz bu baxımdan Bakıda keçirilən World Urban Forum 13 (WUF13) təkcə urbanizasiya və şəhər inkişafı ilə bağlı beynəlxalq tədbir deyil, həm də Azərbaycanın artan geosiyasi çəkisinin, strateji etibarlılığının və qlobal idarəçilik proseslərində fəal iştirakının mühüm göstəricisi kimi tarixə düşdü.

Forumun Azərbaycanda keçirilməsi də təsadüfi seçim deyildi. Bu, uzun illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən çoxşaxəli inkişaf strategiyasının, uğurlu xarici siyasət kursunun və Azərbaycanın etibarlı tərəfdaşa çevrilməsinin məntiqi nəticəsi idi. Bu gün Azərbaycan yalnız enerji təhlükəsizliyi və regional əməkdaşlıq mərkəzi kimi deyil, eyni zamanda qlobal ideyaların müzakirə edildiyi, beynəlxalq gündəliyin formalaşdırıldığı mühüm intellektual və diplomatik məkan kimi qəbul olunur.

WUF13 əvvəlki forumlardan bir sıra mühüm xüsusiyyətlərinə görə fərqləndi. İlk növbədə, forum şəhərlərin inkişaf məsələlərini artıq yalnız memarlıq və infrastruktur prizmasından deyil, süni intellekt, rəqəmsal transformasiya, dayanıqlı inkişaf, iqlim çağırışları və sosial inklüzivlik kontekstində müzakirə edən yeni yanaşma ortaya qoydu. Bu isə forumu sadəcə şəhərsalma tədbiri deyil, gələcəyin cəmiyyət modeli haqqında qlobal platformaya çevirdi.

Forum Azərbaycanın ali təhsil müəssisələri, xüsusilə də UNEC üçün də mühüm imkanlar yaratdı, universitetlərimizin qlobal akademik mühitdə görünürlüğünü artırmaqla yanaşı, Azərbaycanın intellektual potensialının nümayişinə də xidmət etdi.

Beləliklə, WUF13 təkcə beynəlxalq forum deyil, həm də Azərbaycanın müasir dövlətçilik modelinin, strateji idarəetmə fəlsəfəsinin və Prezident İlham Əliyevin uğurlu siyasətinin beynəlxalq miqyasda təsdiqi oldu.

WUF illərdir urban inkişaf, şəhər siyasəti və dayanıqlı gələcək məsələlərinin ən nüfuzlu qlobal platformalarından biri hesab olunur və əvvəlki forumlarla müqayisədə bir sıra yeni yanaşmaları, prioritetləri və müzakirə istiqamətləri ilə xüsusi diqqət çəkdi. 

Süni intellekt və rəqəmsal şəhərlər ilk dəfə əsas gündəmlərdən birinə çevrildi. Süni intellektin şəhər idarəçiliyində rolu, urban datanın etik istifadəsi, rəqəmsal bərabərsizlik və AI əsaslı şəhər planlaşdırılması  müzakirə edilən mövzulara çevrildi. Bu forumda ilk dəfə olaraq Sİ və şəhər idarəetməsinin əlaqəsi ön plana çıxdı.

Gənclərin və tələbələrin iştirakı əvvəlki forumlardan daha güclü oldu. Əvvəlki forumlardan fərqli olaraq Azərbaycan universitetlərinin stendlərinin qurulması və   universitetlər şəhərsalma problemlərini həllində forumun mühüm hissəsinə çevrildilər. Universitetlər və akademik mühit daha aktiv rol aldı. Bu, şəhərlərin gələcəyinin həm də alimlər və gənclər tərəfindən formalaşdırılacağını göstərdi.

“İnsan mərkəzli şəhər” konsepti daha güclü vurğulandı. Əvvəlki illərdə şəhər inkişafı əsasən infrastruktur və iqtisadiyyat kontekstində müzakirə olunurdusa, WUF13-də insan rifahı, psixoloji rahatlıq, sosial inklüzivlik və həyat keyfiyyəti ön plana keçdi. Bu yanaşma şəhərləri həm də sosial həyat ekosistemi kimi təqdim etdi.

İqlim dəyişikliyi və şəhərlərin dayanıqlılığı mərkəzi mövzu oldu. Əvvəlki forumlarla müqayisədə WUF13-də şəhərlərin iqlim böhranına uyğunlaşması əsas strateji istiqamətlərdən biri kimi çıxış etdi. Şəhərlərin artıq ekoloji davamlılıq baxımından da qiymətləndirilməsi yeni yanaşma kimi ön plana çıxdı.

İnkişaf etməkdə olan ölkələrin rolu daha görünən oldu. Əvvəlki forumlarda böyük şəhərlər və inkişaf etmiş ölkələrin təcrübələri dominant idisə, WUF13-də kiçik dövlətlərin şəhər problemləri və həll modelləri ayrıca diqqət gördü. Beləliklə, forum daha çevik və regional həlləri təşviq etdi.

Forum daha praktik və tətbiqyönümlü xarakter aldı. WUF13-də daha çox real həllər, tətbiq nümunələri təqdim olundu. Bu isə forumu sadəcə müzakirə məkanı deyil, şəhər innovasiya ekosisteminə çevirdi.

Eləcə də, WUF13 ölkəmizin  qlobal səviyyədə özünü təqdim etməsi üçün mühüm platformaya çevrildi.

Bu Forumun Bakıda təşkili Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf gündəmində də önə çıxdığını göstərdi. Forumda 176 ölkədən 58 mindən çox iştirakçı qeydə alındı və bu, WUF tarixində ən böyük iştirak göstəricilərindən biri oldu.  COP29-dan sonra WUF13 Azərbaycanın beynəlxalq tədbir diplomatiyasının növbəti uğurunu göstərdi.  

Azərbaycan Forum vasitəsilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər”, yaşıl enerji, dayanıqlı məskunlaşma modellərini beynəlxalq auditoriyaya uğurla təqdim etdi.

WUF13 universitetlərimiz, tədqiqatçılarımız və şəhər planlaşdırıcılarımız üçün yeni əməkdaşlıq imkanları açdı. Qeyd etmək yerinə düşər ki, universitetlərimiz, o cümlədən UNEC üçün şəhər iqtisadiyyatı, ağıllı şəhər və dayanıqlı inkişaf istiqamətlərində yeni akademik imkanlar vəd etdi.

Forum Azərbaycanın özünü Şərqlə Qərb arasında körpü, multikultural platforma, beynəlxalq dialoq məkanı kimi təqdim etməsinə xüsusi tövhə verdi. Beləliklə, WUF13 Azərbaycan üçün beynəlxalq nüfuz, Qarabağın yenidən qurulmasının təqdimatı, ağıllı şəhər gündəmi, akademik və institusional əməkdaşlıq, yeni şəhərsalma düşüncəsi baxımından mühüm mərhələ oldu. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq platformalarda artan fəallığı WUF13-ün Bakıda keçirilməsi ölkənin uğurlu siyasətinin nəticəsidir. Bu ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı beynəlxalq etimadın, Azərbaycanın təhlükəsiz tədbir məkanı kimi qəbul edilməsinin, dövlət idarəçiliyi və infrastruktur imkanlarının tanınmasının göstəricisi oldu.

Son illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik, COP29, Türk Dövlətləri Təşkilatı tədbirləri, beynəlxalq forumlar  vasitəsilə qlobal nüfuzunu artırdı. WUF13 də bu uğurlar silsiləsinin davamı oldu.  

Prezident İlham Əliyev forumdakı çıxışında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesini xüsusi vurğuladı. O qeyd etdi ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə şəhərləri və kəndləri yenidən qurur və “Böyük Qayıdış” proqramını həyata keçirir.  Bu baxımdan WUF13 Azərbaycanın post-münaqişə inkişaf modelinin beynəlxalq aləmə uğurlu təqdimatı oldu.

Forumda çoxlu sayda ölkənin nümayəndələrinin iştirakı, dövlət və hökumət başçılarının Bakıya gəlməsi Azərbaycanın beynəlxalq əlaqələrinin genişliyini göstərdi. Bu, Prezident İlham Əliyevin uzun illər apardığı düşünülmüş və balanslaşdırılmış xarici siyasətin, çoxtərəfli əməkdaşlıq strategiyasının, beynəlxalq təşkilatlarla ciddi əlaqələrin nəticəsidir.

WUF13 vasitəsilə Azərbaycan mədəniyyətini, tolerantlıq modelini də nümayiş etdirdi. Təsadüfi deyil ki, Forum öz tarixində ən böyük iştirak göstəricilərilə yadda qaldı.  

Dünyanın gələcəyi artıq şəhərlərdə formalaşır. Buna görə də, WUF13 yalnız urbanistika üzrə beynəlxalq tədbir deyil, həm də gələcəyin inkişaf fəlsəfəsini müəyyən edən qlobal platformadır. Bu platformada universitetlərin fəal iştirakı isə xüsusi strateji əhəmiyyət daşıyır və şəhərlərin dayanıqlı inkişafında akademik sektorun artan rolu təsdiqlədi.

Şəhərsalma sahəsində bütün yeni istiqamətlərin hər biri isə məhz universitetlərin elmi potensialı ilə sıx əlaqəlidir. WUF13 çərçivəsində xüsusilə diqqət çəkən məsələlərdən biri və tələbələrin iştirakının genişləndirilməsi idi. Tələbələr üçün belə beynəlxalq forumlarda iştirak qlobal düşüncə formalaşdırmaq baxımından da mühüm təcrübədir. Süni intellektin, böyük datanın və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə şəhərlərin idarə olunması da yeni yanaşmalar tələb edir. Universitetlər isə bu transformasiyanın həm nəzəri, həm də praktik bazasını formalaşdırır.

WUF13 UNEC üçün sadəcə beynəlxalq tədbir deyil, universitetin özünün dayanıqlı inkişaf mövqeyinin gücləndirilməsi baxımından mühüm mərhələ oldu.

UNEC WUF13-də öz stendi ilə iştirak etdi və universitetimizin beynəlxalq akademik görüntülüyünü əhəmiyyətli dərəcədə artırdı. UNEC WUF13-ün beynəlxalq təbliği prosesində iştirak etdi. Xüsusilə Bolqarıstanda Azərbaycanın Səfirliyinin təşkilatçılığı və şəxsən səfir Elmar Məmmədovun rəhbərliyi ilə keçirilən “WUF13 Urban Breakfast with the Bulgarian Academia” tədbirində UNEC nümayəndələrinin iştirakı universitetin dayanıqlı inkişaf şəbəkələrinə inteqrasiyasını gücləndirdi.  

Eləcə də, WUF13-də UNEC-in çoxlu sayda könüllülərilə keçirdiyimuz görüş və fikir mübadiləsi tələbələrin fəallığının nə qədər yüksək olduğunu göstərdi.

UNEC-də yeni akademik istiqamətlərin ön plana çıxmasına təkan verdi. Belə ki, WUF13 çərçivəsində UNEC-də ağıllı şəhərlər, rəqəmsal urbanizasiya, yaşıl iqtisadiyyat,dayanıqlı şəhər inkişafı kimi mövzulara diqqətin artırılmasının vacibliyini göstərdi.

Tələbələrin qlobal gündəmi zəbt etmiş məsələlərə cəlb edilməsini təmin etdi. Belə ki, tələbələr qlobal mövzularla tanış oldular. Bu, Forumda iştirak edən tələbələr üçün qlobal düşüncə, multidissiplinar yanaşma, beynəlxalq şəhərsalma problemlərinə baxış formalaşdırması baxımından əhəmiyyətli idi.

Forum gələcəkdə UNEC-də "Ağıllı şəhər iqtisadiyyatı", "Urban analitikası", "Dayanıqlı maliyyə", "Rəqəmsal şəhır idarəetmısi" kimi yeni tədqiqat və tədris istiqamətlərinin yaranmasına da ciddi əsaslar yaratdı.

WUF13 UNEC üçün beynəlxalq layihə və qrant imkanları artdı, UNEC-in “Ağıllı Univetsitet” baxışını gücləndirdi. Qeyd etmək lazımdır ki, WUF13-ün əsas mövzuları UNEC-də artıq müzakirə olunan Ağıllı Kampus, icrasına başladığımız "Süni İntellektli təhsil", "Data əsaslı idarəetmə" modelləri ilə birbaşa uyğunluq təşkil edir.

Nəticə etibarilə, WUF13 Azərbaycanın yalnız regional deyil, qlobal miqyasda da artan nüfuzunun mühüm göstəricisinə çevrildi. Forum bir daha sübut etdi ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən strateji inkişaf əməkdaşlıq siyasəti Azərbaycanı beynəlxalq dialoq və qlobal təşəbbüslər üçün etibarlı mərkəzə çevirib. WUF13 həm də Azərbaycanın müasir inkişaf modelini dünya ictimaiyyətinə təqdim etdi. Beləliklə, WUF13 Azərbaycan dövlətinin strateji gücünün, akademik potensialının və gələcəyə yönəlmiş inkişaf baxışının uğurlu təqdimatı oldu.


Ədalət Muradov, 

UNEC-in rektoru, professor.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məkkədə Həcc ziyarəti başlayıb

18:49
26 May

Qan təzyiqinin tez-tez dəyişməsi beyin sağlamlığına mənfi təsir göstərə bilər

18:41
26 May

Uqandada Ebola virusuna yoluxanların sayı artıb

18:34
26 May

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

18:32
26 May

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

18:31
26 May

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq  

18:30
26 May

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

18:28
26 May

WUF13: Bakıdan dünyaya inkişaf mesajı

18:19
26 May

Körfəz ölkələri dron təhlükəsinə qarşı lazer silahlarına yönəlir

18:16
26 May

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub

18:13
26 May

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

18:10
26 May

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan  

18:09
26 May

Microsoft Dünya Çempionatı üçün hakaton keçirilib

18:08
26 May

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

18:04
26 May

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

18:03
26 May

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

17:59
26 May

ABŞ ordusu İranın qayıqlarına və zeni-raket qurğusuna zərbə endirib

17:59
26 May

Xızıda sahibkarlarla görüş: biznes imkanları və dövlət dəstəyi müzakirə edilib

17:51
26 May

“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır  

17:49
26 May

Örüş və otlaq sahələrinin idarə olunmasında yeni mərhələ: 480 min hektarda bərpa hədəfi

17:44
26 May

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

17:42
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!