20 May 2026 15:30
299
SİYASƏT
A- A+
WUF13 Azərbaycanın qlobal gündəmdə artan rolunu nümayiş etdirir

WUF13 Azərbaycanın qlobal gündəmdə artan rolunu nümayiş etdirir


Azərbaycan növbəti dəfə mötəbər bir tədbirə ev sahibliyi edir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi respublikamıza olan yüksək beynəlxalq etimadın göstəricisidir. Bu, təkcə şəhərsalma məsələlərinə həsr olunmuş beynəlxalq forum deyil, həm də Azərbaycanın qlobal idarəetmə, davamlı inkişaf və çoxtərəfli dialoqda fəal iştirakının təzahürüdür. Eyni zamanda WUF13 Azərbaycan üçün təşkilati potensialı və inkişaf səviyyəsini nümayiş etdirmək üçün vacib bir fürsətdir. 

BMT çərçivəsində belə bir əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi etməklə, Bakı regional və qlobal məsələləri birləşdirən vacib mərkəz, eləcə də mötəbər beynəlxalq forumlara ev sahibliyi edə bilən şəhər kimi imicini daha da gücləndirir. Bunu tədbirdə iştirak üçün 182 ölkədən 45 mindən artıq şəxsin qeydiyyatdan keçməsi də təsdiq edir. Prezident İlham Əliyev WUF13-ün açılış mərasimində çıxışı zamanı bu barədə deyib: “Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq”.

Azərbaycan yalnız böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə deyil, həm də davamlı inkişaf, şəhər siyasəti və münaqişədən sonrakı yenidənqurma sahəsində yeni standartlar müəyyən edən ölkə kimi də statusunu möhkəmləndirir.

Ümumdünya Şəhərsalma Forumu BMT sistemində siyasi və strateji cəhətdən  qlobal əhəmiyyətli bir tədbir kimi qəbul edilir. Əslində, bu gün Bakı 21-ci əsrin iki əsas qlobal gündəliyinin, - iqlim və şəhər inkişafı, - birləşdiyi bir dialoq mərkəzi kimi tanınır. COP29-a uğurla ev sahibliyi etdikdən sonra Azərbaycan iqlim dəyişikliyinə davamlılıq, şəhər transformasiyası, infrastrukturun inkişafı və davamlı planlaşdırma arasında strateji əlaqələr yaradan Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edir. Bu tədbirlərin hər biri Azərbaycanın yeni siyasi və institusional statusunun formalaşdırır.  Belə ki, cəmi bir neçə il əvvələ qədər beynəlxalq təşkilatlar Cənubi Qafqaza əsasən münaqişə, qeyri-sabitlik prizmasından baxırdılar. Bu gün isə vəziyyət dəyişib. İndi dünya Azərbaycanı  ərazi bütövlüyünü bərpa edən dövlət olmaqla bərabər, həm də özünün şəhərsalma və urbanizasiya modellərini təqdim edən dövlət kimi tanıyır.

Prezident İlham Əliyev WUF13-ün açılış mərasimində  işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı tikinti və bərpa işlərindən xüsusi bəhs etdi. Qarabağın və Şərqi Zəngəzurun bərpası həm də, müasir dünyada münaqişədən sonrakı hərtərəfli transformasiyanın ən böyük nümunələrindən biridir. Bundan əlavə, söhbət təkcə yolların, hava limanlarının və yaşayış məntəqələrinin tikintisindən getmir. Azərbaycan praktik olaraq müasir çağırışlara əsaslanan məskunlaşma konsepsiyasını sıfırdan tətbiq edir. "Ağıllı şəhərlər", "ağıllı kəndlər", yaşıl enerji, müasir nəqliyyat həlləri və rəqəmsal şəhər idarəetməsi azad edilmiş ərazilər üçün tamamilə yeni bir inkişaf modeli formalaşdırır.

Bu təcrübə getdikcə beynəlxalq təşkilatların marağını cəlb edir və Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi  müsahibədə dediyi kimi, Azərbaycan bunu bölüşməyə hazırdır: «Bu forum bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir. Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Mən çıxışımda da qeyd etdiyim kimi, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır”. 

Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın unikal təcrübəsi formalaşıb.  Bu, sadəcə bərpa deyil, Böyük Qayıdışın, tarixi irsin, müasir texnologiyanın və strateji düşüncənin sintezinə əsaslanan transformasiyadır. Nəzərdə tutalan  planlar həyata keçirildikcə, Qarabağ və Şərqi Zəngəzurun davamlı inkişafın, mədəniyyətin və innovasiyanın ahəngdar şəkildə qarışdığı məkanlara çevrildiyini görürük. Ona görə Azərbaycanın təcrübəsi münaqişədən sonrakı yenidənqurma və modernləşmə çətinlikləri ilə üzləşən digər ölkələr üçün vacib bir etalon kimi özünü göstərir. 

Bu proseslərin Azərbaycanın beynəlxalq nüfuzunun ümumi güclənməsi fonunda baş verməsi xüsusilə vacibdir. Son illərdə Bakı beynəlxalq arenada diplomatik və siyasi iştirakını ardıcıl olaraq genişləndirib. Azərbaycanın COP29-u uğurlu təşkili, nəqliyyat, enerji və humanitar mövzulu tədbirlərə evsahibliyi etməsi, iqlim, logistika və davamlı inkişaf üzrə qlobal müzakirələrdə fəal iştirakı ölkəmizin yeni xarici siyasət rolunu formalaşdırır. Başqa sözlə, Azərbaycan dünyada beynəlxalq siyasətin obyekti yox, onun memarı kimi tanınır.

Xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri də beynəlxalq təşkilatların Azərbaycanı təkcə etibarlı tərəfdaş kimi deyil, həm də praktik həllər ünvanı kimi qəbul etməsidir. Ona görə bir çox ölkələrin urbanizasiya böhranı, infrastruktur çatışmazlığı, iqlim dəyişikliyinə davamlılıq problemləri ilə üzləşdiyi bir vaxtda Azərbaycanın təcrübəsinə qlobal miqyasda maraq artmaqdadır. Bu gün Bakı dünyaya mücərrəd anlayışlar deyil, real həll modelləri təklif edir. Digər tərəfdən, Azərbaycan getdikcə yalnız qlobal dialoq platforması kimi deyil, həm də beynəlxalq təşəbbüslərə və qlobal institutların inkişafına investisiya yatıran bir dövlət kimi tanınır.

 Əlbəttə ki, WUF13-dən gözləntilər çoxdur: Birincisi, bu forum şəhər dayanıqlılığı, davamlı inkişaf və infrastruktur tikintisi məsələləri üzrə daha geniş konsensusa kömək edəcək. İkincisi, dövlətlər, beynəlxalq təşkilatlar, şəhər hökumətləri arasında təcrübə mübadiləsini asanlaşdıracaq. Üçüncüsü, şəhər inkişafında sonrakı əməkdaşlıq üçün əlavə imkanlar yaradacaq. 

Forumdan sonra yalnız yekun sənədlərə deyil, həm də müzakirələrin konkret birgə layihələrə, siyasi və ekspert mübadiləsi mexanizmlərinə və uzunmüddətli tərəfdaşlığa çevrilməsinə diqqət yetirmək vacib olacaq. Forumun əsəs nəticələrindən biri də gələcəkdə digər ölkələr tərəfindən istifadə edilə biləcək unikal "WUF13 Bakı Standartları"nın formalaşması olacaq. Bu, artıq beynəlxalq tanınmanın əhəmiyyətli göstəricisidir. Bəli, bu gün Bakı artıq sadəcə beynəlxalq forumlara ev sahibliyi etmir. Azərbaycanın paytaxtı həm də yeni beynəlxalq standartların və effektiv təcrübələrin yarandığı dialoq və əməkdaşlıq məkanıdır. 

Hicran HÜSEYNOVA,

Milli Məclisin  Ailə, 

qadın və uşaq məsələləri  

komitəsinin sədri, professor 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

02:44
21 May

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

02:42
21 May

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsinin təkmilləşdirilməsi və "Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:41
21 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:40
21 May

Dəmiryol nəqliyyatı vasitəsilə sərnişinlərin Azərbaycan Respublikasına giriş-çıxışı ilə bağlı bəzi məsələlər haqqında

02:38
21 May

Venesuelada 300 məhbus azadlığa buraxılır

22:31
20 May

Azərbaycanda qaz nəqli 2,8 faiz artıb

22:21
20 May

WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub  

22:16
20 May

OECD rəsmisi: WUF13-ün təşkilatçılığı məni heyran etdi

21:52
20 May

Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi ilə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb  

21:39
20 May

Əhalinin istehlak xərcləri 26,1 milyard manatı ötüb

21:27
20 May

WUF13-də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib  

20:58
20 May

Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub

20:48
20 May

Zelenski: Ukrayna Rusiya ordusunun Çerniqov-Kiyev istiqamətində hücum əməliyyatları planlarını təhlil edib  

20:41
20 May

WUF13 çərçivəsində qlobal mənzil öhdəliklərinin icrasına dair parlament üzvlərinin dəyirmi masası təşkil edilib  

20:39
20 May

WUF13-də “Dayanıqlı Şəhər İnkişafı üçün Tranzit Yönümlü İnkişaf və Şəhərlərin Yaşıl Transformasiyası” sessiyası 

20:36
20 May

Bolqarıstan Prezidenti Sumqayıt Sənaye Parkının fəaliyyəti ilə tanış olub  

20:26
20 May

BTC ilə 8,4 milyon tona yaxın neft nəql olunub

20:22
20 May

WUF13 çərçivəsində SPECA Şəhərlər Forumu baş tutub

20:16
20 May

TDT Ağsaqqallar Şurasının sədri Kayseridə “Şuşa Azərbaycan Evi”ni ziyarət edib  

20:14
20 May

Baş prokuror Qarabağ Universitetinin tələbələri üçün mühazirə keçib  

20:06
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!