05 Dekabr 2025 18:14
455
DÜNYA
A- A+
Vladimir Putin: Ukrayna qoşunları çıxmasa, Rusiya Donbası güclə ələ keçirəcək  

Vladimir Putin: Ukrayna qoşunları çıxmasa, Rusiya Donbası güclə ələ keçirəcək  


ABŞ-nin sülh səyləri davam edir, lakin hələ nəticə verməyib 


Rusiya Prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, Kiyev Şərqi Donbası təslim etməsə, qoşunlar onu güclə ələ keçirəcək:"Bütün məsələlər bir şeyə bağlıdır: ya biz bu əraziləri güclə geri alacağıq, ya da Ukrayna qoşunları sonda çıxacaq", - deyə V. Putin Hindistana dövlət səfəri zamanı “India Today” qəzetinə verdiyi müsahibədə bildirib. 

Rusiya artıq Donbasın əksər hissəsinə - Kremlin ilhaq etdiyi Donetsk və Luqansk bölgələrinə nəzarət edir. 

V. Putinin şərhləri Amerika diplomatiyasının təşəbbüsü ilə keçirilən bir sıra görüşlərdən sonra səslənib. Lakin Donald Trampın səyləri bir daha hər iki tərəfdən qarşılıqlı qəbuledilməz tələblərlə qarşılaşıb. 

Kreml bildirib ki, ABŞ ilə Ukrayna ilə bağlı danışıqlar "konstruktiv" olub, lakin heç bir kompromis tapılmayıb.

Öz növbəsində Avropa V. Putini ABŞ ilə danışıqlardan sonra Ukraynada sülhə “saxta maraq” göstərməkdə günahlandırır.

Məlum olduğu kimi, çərşənbə axşamı Rusiya Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner ilə beşsaatlıq danışıqlar aparıb. V. Putin onları "zəruri və faydalı", eyni zamanda "çətin iş" adlandırıb və Vaşinqtonun bəzi təkliflərini qəbuledilməz hesab edib:

"Demək olar ki, hər bir məqamı nəzərdən keçirməli olduq, buna görə də bu qədər vaxt apardı. Bu, çox konkret və əsaslı bir söhbət idi. Bəzən deyirdik ki, "Bəli, bunu müzakirə edə bilərik, amma buna razı ola bilmərik".

Donald Tramp öz növbəsində S. Uitkoff və  C. Kuşnerdə "Vladimir Putinin razılaşmaq istədiyinə dair güclü təəssürat" yarandığını söyləyib. 

Lakin V. Putinin özü, müharibənin başlanğıcından bəri ilk səfəri olan Hindistanda, hər hansı bir kompromisi açıq şəkildə qəbul etmək və ya rədd etmək əlaməti göstərməyib. O, Rusiyanın nəyi qəbul edə və ya rədd edə biləcəyi ilə bağlı detalları açıqlamaqdan imtina edərək, sadəcə ABŞ-nin ilk 28 maddəlik sülh təklifinin 27-yə endirildiyini və dörd paketə bölündüyünü bildirib. 

Bu fonda, ABŞ-ın rəhbərlik etdiyi danışıqlar prosesindən kənarda qalmış hiss edən Avropa liderləri V. Putini Trampın sülh təşəbbüsünə geyri-səmimi maraq göstərməkdə günahlandırıblar.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

QƏZƏLLƏR

09:17
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

"Azərbaycan-İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir keçirilib

09:00
03 Mart

İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb

08:55
03 Mart

BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

08:50
03 Mart

Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır

08:45
03 Mart

Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin funksionallığını gücləndirəcək

08:40
03 Mart

Bolqarıstan-Azərbaycan tərəfdaşlığı strateji zirvəyə yüksəlib

08:35
03 Mart

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hüquqi aktlar qəbul olunacaq

08:30
03 Mart

Rəqəmsal dünyanın kibertəhlükə bəlası

08:25
03 Mart

Ərazi iddiaları olan yerdə sülh mümkün deyil

08:20
03 Mart

Tarix yazılıb, nöqtə qoyulub, geri dönüş yoxdur

08:15
03 Mart

Azərbaycanın sabitlik və sülh modeli

08:10
03 Mart

Azəbaycanın BMT zirvəsi

08:05
03 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
03 Mart

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!