24 Fevral 2026 08:50
295
İQTİSADİYYAT
A- A+
Bakı növbəti beynəlxalq enerji tədbirinə hazırlaşır

Bakı növbəti beynəlxalq enerji tədbirinə hazırlaşır


"Cənub Qaz Dəhlizi" və "Yaşıl Enerji" Məşvərət şuralarının iclaslarında bu dəfə də vacib məsələlər müzakirə ediləcək


2015-ci ildən başlayaraq, ildə bir dəfə  Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclası keçirilir. Azərbaycanın  təşəbbüsü  və aparıcı qüvvəsi ilə həyata keçirilən bu möhtəşəm layihənin gerçəkləşməsində  həmin iclasların mühüm rolu olub. Belə ki,  Məşvərət Şurası il boyu görülən işlərə yekun vurur, qarşıdakı işləri müəyyənləşdirir.

2018-ci ilin mayında "Cənub qaz dəhlizi" istifadəyə verildi. 2020-ci ilin sonunda isə Azərbaycan qazının Avropaya çatması ilə dəhliz tam sistem kimi işə salındı. Bununla belə, Məşvərət Şurası yenə də hər il Bakıda toplaşır. Çünki zaman qarşıya yeni tələblər, yeni vəzifələr qoyur. Azərbaycan qazına tələbat artır. Azərbaycandan qaz idxal edən ölkələrin sayı getdikcə çoxalır. Buna görə də dəhlizin ayrı-ayrı seqmentlərinin genişləndirilməsi, yeni interkonnektorların  çəkilməsi üçün zərurət yaranır. Prezident İlham Əliyev  bu barədə belə deyib: "Cənub qaz dəhlizi" layihəsi başa çatıb, bizim işimiz isə davam edir. Əminəm ki, biz yeni nəticələr əldə edəcəyik".

Məhz bu məqsədlə Məşvərət Şurası hər il özünün növbəti toplantısını keçirir. İndi biz artıq 12-ci iclasın ərəfəsindəyik. Toplantının bu ilin birinci rübü ərzində keçiriləcəyi gözlənilir. Son bir neçə ildə bu tədbirlə eyni vaxtda "Yaşıl enerji" Məşvərət Şurasının da iclası baş tutur. Bu il həmin istiqamətdə sayca dördüncü iclas olacaq.  

Keçən il bu iki Məşvərət Şurasının iclaslarına birlikdə Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatıldığını qeyd etsək, tədbirlərin  əhəmiyyəti  haqqında bir az da aydın təsəvvür yaranar. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak etmişlər.

Toplantı açılış sessiyasından sonra işini nazirlər sessiyası, "Cənub qaz dəhlizi" sessiyası: "Cənub qaz dəhlizi"nin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar" və "Yaşıl enerji" layihələri və "yaşıl enerji dəhlizləri" üzrə plenar sessiyalarla davam etdirmişdi.

Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında "yaşıl enerji"nin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, "Xəzər-Qara Dəniz-Avropa "Yaşıl Enerji Dəhlizi" üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə "dəyirmi masa" keçirilmişdi.Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq üzrə sənədlər imzalanmışdı.

Prezident İlham Əliyev  tədbirin  miqyasının da genişləndiyini vurğulayaraq demişdir: "Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir. Əlbəttə ki, bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə bizim hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir".

İndi bizdən 16 ölkə - Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya qaz alır. Keçənilki toplantıdan əvvəl isə onların sayı 12 idi. Azərbaycan qazının ixrac coğrafiyası daha da genişlənəcək. İxracın artması isə öz növbəsində hasilatın artmasını, infrastrukturun genişlənməsini, şaxələnməsini tələb edir. Deməli, növbəti toplantıda da çözüləcək  məsələlər, müzakirə ediləcək məsələlər çox olacaq.

Qaldı ki, bərpaolunan enerji məsələsinə, burada da nailliyyətlər, planlar, görüləcək işlər çoxdur. Azərbaycanın "yaşıl enerji" gündəliyi artıq bütün dünyaya bəllidir. Hələ 2020-ci ildə ölkəmiz növbəti 10 ildə, yəni 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin (BOEM) payını 30 faizə çatdırmağı hədəfləyib. Gələn il BOEM-in payının artıq 25 faizə çatdırılacağı nəzərdə tutulur. Azərbaycan bu məqsədlərə doğru inamla irəliləyir.

Ölkəmizdə "yaşıl enerji" mənbələrinin texniki potensialı böyükdür - quruda 135, dənizdə isə 157 qiqavat təşkil edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonaları elan olunub. Bunun da əsası var. Çünki bərpaolunan enerji resurslarının texniki potensialı Qarabağ və Şərqi Zəngəzurda 10 qiqavat, Naxçıvanda isə 5 qiqavat həcmində qiymətləndirilir.

İşğaldan azad edilmiş ərazilərdən söz düşmüşkən, qeyd edək ki, burada su-elektrik stansiyalarının sayı 39-a   çatıb. İndi bu ərazilərdə daha böyük bərpaolunan enerji layihələri icra olunmaqdadır. Bakıda COP29-un davam etdiyi günlərdə Cəbrayıl rayonunda BP şirkəti ilə birlikdə tikiləcək 240 meqavatlıq "Şəfəq" Günəş-Elektrik Stansiyasının təməli qoyuldu və hazırda layihə qrafikə uyğun irəliləyir.

Ümumiyyətlə, "yaşıl enerji" layihələri artıq digər şəhər və bölgələrimizə də "addımlayır". Bu istiqamətdə ən böyük uğurlarımızdan biri 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə tikilən 230 meqavatlıq "Qaradağ" Günəş-Elektrik Stansiyası istifadəyə verilməsi oldu. İndi  Abşeronda, Neftçalada, Biləsuvarda da növbəti bərpaolunan enerji stansiyaları layihələri öz icrasının müxtəlif mərhələlərindədir. Bir sözlə, 2030-cu ilə qədər ölkəmizdə təxminən 6 qiqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. Lakin bu, planlarımızın hamısı deyil, çünki 10 qiqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.

Bu yaxınlarda investoru Səudiyyə Ərəbistanının "ACWA Power", tikintisinin baş podratçısı Çinin "Power China" şirkətləri olan 240 meqavat gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası istismara verildi. Digər bölgələrdə də  "yaşıl enerji" stansiyalarımız açılacaq.

Deməli, növbəti toplantılarda bu sahəyə də aid bir çox məsələlər müzakirə olunacaq, yeni planlar cızılacaq, yeni qərarlar qəbul ediləcək. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DGK: 79 kiloqramdan artıq narkotik vasitənin sərhəddən keçirilməsinin qarşısı alınıb  

12:46
24 Fevral

Media: ABŞ İrana zərbə endirməyə başlasa, SEPAH liderləri əsas hədəflərdən olacaq  

12:43
24 Fevral

2015-2025-ci illərdə sənaye zonalarında dəyəri 19 milyard manatdan çox məhsul satışı həyata keçirilib  

12:42
24 Fevral

Argentinada maliyyə qalmaqalına görə futbol oyunları dayandırılıb

12:40
24 Fevral

Xocalı soyqırımı qurbanları Haaqada anılıb

12:38
24 Fevral

Estoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Alar Karisə  

12:34
24 Fevral

İZİA: Ötən il sənaye zonalarında istehsal olunan 1,2 milyardlıq məhsul ixrac olunub

11:51
24 Fevral

Doxsan xarici ölkə vətəndaşına amnistiya aktı tətbiq edilib

11:39
24 Fevral

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:32
24 Fevral

Amnistiya tətbiq edilən şəxslərin sayı açıqlanıb

11:23
24 Fevral

BMT Ukraynada müharibənin ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tələb edir 

11:09
24 Fevral

Ötən gün 60 cinayətin açılması təmin edilib

11:03
24 Fevral

BDYPİ sürücülərə növbəti dəfə müraciət edib

10:54
24 Fevral

“Səfir Fergus Auldu baş verən bu təxribatı dayandırmaq üçün fəaliyyətə çağırırıq”  

10:53
24 Fevral

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:52
24 Fevral

Dünya birjalarında neft bahalaşıb

10:51
24 Fevral

Azərbaycan neftinin qiyməti 73 dolları ötüb

10:50
24 Fevral

Moskvanın vağzal meydanında partlayış nəticəsində bir nəfər ölüb  

10:50
24 Fevral

Çempionlar Liqası: “Qarabağ” İngiltərədə cavab oyununa çıxır  

10:49
24 Fevral

Qazaxıstan Xəzər dənizinin öyrənilməsi və qorunmasına 2 milyon dollar ayırıb 

10:46
24 Fevral

Yer kürəsində ən çox yağış yağan yerlər – şəhərlərin reytinqi 

10:44
24 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!