03 Dekabr 2021 23:02
938
PARLAMENT
A- A+

Vətən müharibəsində iştirak etmiş bir qrup həkim Milli Məclisdə olub

 

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində iştirak etmiş bir qrup həkimlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi Qələbə barədə danışıb. Düşmənin 30 illik işğalına son qoyan möhtəşəm Qələbəmizin tariximizin ən şanlı səhifələrindən biri olduğunu qeyd edib. Milli Məclis sədrinin müavini dövlətimizin başçısı, Ali Baş Komandanın dəmir iradəsi, onun ətrafında yumruq kimi birləşən xalqımızın dəstəyi, cəbhədə vuruşan igid əsgərlərimizin qəhrəmanlığı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərqərar olduğunu vurğulayıb.

Qazandığımız tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti və quruculuq işlərindən bəhs edən Adil Əliyev Qarabağımızın qısa müddət ərzində dünyanın ən gözəl guşələrindən birinə çevriləcəyini bildirib. O, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində təşkil edilmiş festivalların, qısa müddət ərzində Füzulidə tikilən beynəlxalq hava limanının, eləcə də Zəfər yolunun açılışının mühüm əhəmiyyət daşıdığını söyləyib, başlanmış quruculuq işlərinin 2022-ci ildə də böyük sürətlə davam edəcəyinə əminliyini bildirib.

A.Əliyev işğaldan azad edilmiş ərazilərimizdə abadlıq, quruculuq işləri ilə bərabər, əhalinin sosial rifah halının yaxşılaşdırılmasının dövlətimiz üçün əsas prioritet istiqamətlərdən olduğunu deyib. Milli Məclis sədrinin müavini ölkə Prezidenti və Birinci vitse-prezident tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğını xüsusi qeyd edib.

Vətən müharibəsindən sonra da şəhid ailələri və qazilər ilə bağlı məsələlərin daim diqqətdə saxlanıldığını deyən Adil Əliyev xalqımıza Qələbəni yaşadan qəhrəmanlarımız və onların ailə üzvləri üçün bütün imkanları səfərbər etməyin vacibliyini söyləyib. O, Qarabağ uğrunda müharibədə göstərdikləri fədakar xidmətlərə görə həkimlərə minnətdarlığını ifadə edib.

Görüşdə iştirak edən həkimlər Vətən müharibəsi başladıqdan dərhal sonra könüllü olaraq döyüş bölgələrinə getdiklərini, üzərilərinə düşən vəzifələri var qüvvələri ilə yerinə yetirdiklərini və bundan sonra da ölkəmiz, xalqımız üçün bütün imkanlarını səfərbər edəcəklərini bildiriblər.

Sonda Vətən müharibəsində iştirak etmiş həkimlərə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanları təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video