06 Oktyabr 2026 22:13
747
CƏMİYYƏT
A- A+
Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Vətən müharibəsinin 6-cı ildönümü ilə əlaqədar şəhid Müşfiq İbrahimovun ailəsini ziyarət edib.

Bu barədə AZƏRTAC-a agentliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Müşfiq İbrahimov Füzuli uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamları ilə o, “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ziyarət zamanı şəhidimizin Vətəninə olan bağlılığından və döyüş yolundan danışılıb. Digər şəhidlərimiz kimi Müşfiqin də əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı vurğulanıb.

Qeyd edək ki, şəhidin ailəsi sosial dəstək tədbirləri ilə əhatə olunub, həmçinin ailəyə sosial ödənişlər təyin edilib.

Şəhidimizin anası Şəhla İbrahimova nazirlik tərəfindən Sabunçu rayonunda yerləşən yeni yaşayış kompleksində 2 otaqlı, tam təmirli mənzillə təmin olunub.

Agentlik sədri ailənin bundan sonra da daima qayğı ilə əhatə olunacağını qeyd edib.

Şəhla İbrahimova şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda “Eternity-2026” təliminin açılışı olub

12:28
13 Noyabr

Heydər Əliyevin Atatürkə münasibəti Azərbaycan-Türkiyə münasibətləri kontekstində

12:09
13 Noyabr

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb 

11:40
13 Noyabr

“Microsoft”un bir sıra proqramlarında problem yaranıb

11:39
13 Noyabr

MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır 

11:36
13 Noyabr

Azərbaycan nefti 99 dollara satılır

10:44
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

10:33
13 Noyabr

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub  

10:29
13 Noyabr

Ad günün mübarək, nur şəhəri

10:10
13 Noyabr

Hörmüz boğazındakı böhranın qlobal inkişafa mənfi təsirləri dərinləşir

10:05
13 Noyabr

CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb  

10:01
13 Noyabr

Bu sevginin adı nədir?

10:00
13 Noyabr

Rustov məscidi

09:55
13 Noyabr

Küçəmizi yaman günə qoyub gediblər

09:50
13 Noyabr

Samux rayon Əhmədbəyli kəndinin qazlaşdırılmasına növbəti mərhələlərdə baxılacaq 

09:45
13 Noyabr

Qonşu qonşu olsa...

09:40
13 Noyabr

Su nasosu yenisi ilə əvəz edildi 

09:35
13 Noyabr

Müraciətim həll olundu

09:30
13 Noyabr

"Şəhidlər Vətənin əbədi yaşayan qəhrəmanlarıdır!"

09:25
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib  

09:21
13 Noyabr

Övladları ataları ilə fəxr edirlər

09:20
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!