22 Oktyabr 2026 13:52
358
CƏMİYYƏT
A- A+
Daha 176 keçmiş məcburi köçkün doğma yurda qovuşub – YENİLƏNİB

Daha 176 keçmiş məcburi köçkün doğma yurda qovuşub – YENİLƏNİB


Oktyabrın 22-də Xocalı və Ağdərə rayonlarına növbəti köç reallaşıb. 176 nəfər olmaqla, 44 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər), Ağdərənin Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) köçürülüb.

Keçmiş məcburi köçkünlərə yeni mənzillərinin açarları təqdim edilib. Ailələr sevinc hissi ilə yeni evlərində yerləşiblər.

Qeyd edək ki, köç olan kəndlərdə yaşayış üçün bütün zəruri infrastruktur yaradılıb. Yaşayış evləri bərpa olunub, elektrik, qaz, içməli su, yol və rabitə xətləri istifadəyə verilib.


13:38


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Oktyabrın 22-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı və Ağdərə rayonlarına yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər), Ağdərənin Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) köçürülür.

Qeyd edək ki, işğaldan azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə digər şəhər və rayonlarda olduğu kimi, Xocalı və Ağdərədə də genişmiqyaslı bərpa və yenidənqurma tədbirlərinə başlanılıb, qısa müddətdə müasir mühəndis-kommunikasiya şəbəkələri, dayanıqlı yol-nəqliyyat infrastrukturu qurulub və zəruri sosial obyektlər istifadəyə verilib. “Böyük Qayıdış” Proqramı çərçivəsində hər iki rayonda fərdi evlər və çoxmənzilli binalar ən yüksək şəhərsalma standartlarına uyğun əsaslı təmir edilib və inşa olunub. Sakinlərin rahatlığı üçün məktəblər, bağçalar, tibb məntəqələri və yeni iş yerləri yaradılaraq keçmiş məcburi köçkünlərin onilliklərdən sonra doğma ocaqlarında təhlükəsiz, firavan və müasir tələblərə cavab verən şəraitdə yaşamaları tam təmin edilib.

Mikroavtobuslarda doğma yurda qayıdan sakinlərin simasında həm çətin illərin xatirəsi, həm də gələcəyə olan böyük ümid duyulur.

Xocalının Badara kəndinə yola düşən Cəmilə İsgəndərova yurdu tərk edərkən körpə olduğunu, bu gün isə oraya bir ana kimi övladları ilə birlikdə döndüyünü dilə gətirib: "Torpaqlar işğal olunanda mənim cəmi 5 yaşım var idi. İndi 40 yaşımdayam və doğma torpaqlarımıza qayıdırıq. Bu günə şükürlər olsun. Balalarımızı da götürüb öz torpaqlarımızda yaşamaq, qurub-yaratmaq üçün geri dönürük. Qarabağ Azərbaycandır! Bizim üçün bundan böyük xoşbəxtlik ola bilməz".

İllər boyu Yevlax rayonunda məskunlaşan və Ağdərənin Heyvalı kəndinə qayıdan Zöhrə Qasımova da dədə-baba ocağına qovuşmağın həyəcanını bölüşüb: "Bugünkü günümüzə min şükür, dədə-baba yurdumuza qayıdırıq. Prezidentimizə təşəkkür edirik ki, torpaqlarımızı azad edib yenidən bizə qovuşdurdu. Bu sevinci bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik, Allah onlara rəhmət eləsin. Qazilərimizə və müharibə iştirakçılarına möhkəm cansağlığı arzulayırıq".

Otuz ildən artıq davam edən köçkünlük həyatının çətinliklərindən danışan Zöhrə Qasımova doğma ocaqdan uzaq düşməyin hər zaman böyük kədər yaratdığını, lakin bugünkü qayıdış hissinin hər şeyi unutdurduğunu vurğulayıb. "Doğma yurddan kənar düşmək çox çətindir. Amma bu gün sevincimizin həddi-hüdudu yoxdur. Gedib kəndimizdə yeni həyat quracağıq. Övladlarımızla birlikdə öz şəraitimizi yaradıb doğma kəndimizdə firavan yaşayacağıq”, - deyə o əlavə edib.

Digər keçmiş məcburi köçkünlər də uzun illərdən sonra yurdlarına qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayıblar. Onlar doğma yurdlarında yenidən qayıtmaqla ən böyük arzularının reallaşdığını bildirib, hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Xocalı və Ağdərə sakinləri, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı nəzərdən keçirilib

16:42
22 Oktyabr

Azərbaycan orta güc mərkəzinə çevrilir  

16:33
22 Oktyabr

Nazir: Qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə cəmiyyətin inkişafı deməkdir  

16:26
22 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma  

16:24
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!