18 Noyabr 2026 11:04
464
Səhiyyə
A- A+
Vərəm əleyhinə peyvəndin 3-cü faza sınaqlarının nəticəsi 2028-ci ildə məlum olacaq

Vərəm əleyhinə peyvəndin 3-cü faza sınaqlarının nəticəsi 2028-ci ildə məlum olacaq


Vərəmin artıq keçmişdə qalmış bir xəstəlik olması geniş yayılmış yanlış fikirdir. Əslində isə bu xəstəlik hər il 1,2 milyondan çox insanın ölümünə səbəb olur və onu Yer üzündə ən ölümcül yoluxucu xəstəliyə çevirir. Lakin bu, xəstəliyin kifayət qədər dərk olunmayan yeganə tərəfi deyil.

Onilliklərdir ki alimlər bu xəstəliyə qarşı yeni peyvənd hazırlamağa çalışırlar. Vərəm olduqca hiyləgərdir: onu törədən bakteriya insan immun hüceyrələrinin içərisində gizlənə, orqanizmin müdafiə sistemini fəal şəkildə zəiflədə və ya ondan yayına bilir. Xəstəliklə mübarizə üçün mövcud olan yeganə lisenziyalı peyvənd – "Basillus Kalmet-Geren" (BCG) 100 ildən çoxdur ki, istifadə olunur, lakin böyüklərdə etibarlı şəkildə effektiv deyil. Yeni peyvənd namizədləri arasında hazırda ən perspektivli hesab olunan M72 peyvəndi üzərində 20000 nəfərin iştirakı ilə 3-cü faza sınaqları aparılır. Daha əvvəl keçirilmiş sınaqlarda onun effektivlik səviyyəsi təxminən 50 faiz təşkil etmişdi.

Tarixən alimlər hesab edirdilər ki, vərəmə səbəb olanlar kimi hüceyrədaxili bakteriyalara qarşı orqanizmin əsas müdafiə vasitəsi T-hüceyrələridir. B-hüceyrələri tərəfindən istehsal olunan anticisimlərin rolu isə əsasən nəzərə alınmırdı. Lakin son vaxtlar tədqiqatçılar anticisimlərin müdafiədə oynaya biləcəyi rol barədə daha aydın təsəvvür əldə ediblər. Məsələ burasındadır ki, bakteriyaların genomu həddindən artıq böyükdür, məsələn, təkcə “Mycobacterium tuberculosis” (vərəm törədicisi) təxminən 4000 zülal kodlaşdırır və bunların 40 faizdən çoxunun funksiyası hələ də məlum deyil. 

Alimlər bu il vərəmin bütün spektrində antikor reaksiyalarını xəritələşdirən və immunoloqların 9000 ildir insanları narahat edən bir xəstəliyə qarşı immunitetə necə yanaşa biləcəkləri barədə yeni ipucları təqdim edən hərtərəfli bir atlas hazırlayıblar. Zülal mikroçiplərindən istifadə edərək, tədqiqatçılar bütün “Mycobacterium tuberculosis” proteomunu üç fərqli qrup - aktiv vərəmli insanlar, gizli vərəmli insanlar və təkrarlanan təsirə baxmayaraq, standart vərəm infeksiyası testlərində mənfi qalan rezistentlər arasında xəritələşdiriblər. Onlar aşkar ediblər ki, eksperimental vərəm peyvəndlərində istifadə edilən bir çox zülal, o cümlədən M72 immun sistemlərinin bakteriyanı idarə etdiyi görünən qruplarda az antikor tanımasına səbəb olur. Bunun əvəzinə, tədqiqatçılar bu qruplar arasında ardıcıl olaraq tanınan fərqli bir zülal dəstini müəyyən ediblər.

Vərəm xəstəliyi XVIII və XIX əsr Avropasında qəribə bir şəkildə romantikləşdirilmişdi. Solğunluq və xəstəlikdən irəli gələn arıqlıq Viktoriya dövrü gözəllik standartına çevrilmişdi. ABŞ-də bu xəstəlik Yeni İngiltərə sakinlərinin bəzilərini inandırmışdı ki, onlar vampirlərin qurbanına çevriliblər. Əslində, vərəm hava yolu ilə yayılırdı və bu gün də yayılmaqda davam edir. Qlobal miqyasda geniş yayılmış olsa da, xəstəlikdən ölümlərin əksəriyyəti sıx şəraitdə yaşayan, sanitariya və qidalanma imkanları məhdud olan insanlar arasında baş verir. Bu, “yoxsulluq xəstəliyidir”, – deyə, “Gates” Fondunun törəmə qurumu olan və M72 peyvəndinin hazırkı 3-cü faza sınaqlarına maliyyə dəstəyi göstərən “Gates” Tibbi Tədqiqatlar İnstitutunun müvəqqəti icraçı direktoru Kriş Ramanatan bildirir. Onun sözlərinə görə, varlı ölkələrin çoxu vərəmi artıq unudub.

London Gigiyena və Tropik Tibb Məktəbində yoluxucu xəstəliklərin modelləşdirilməsi üzrə professor Riçard Vaytın sözlərinə görə, texniki baxımdan vərəmdən qurtulmağın üç yolu mövcuddur. Birincisi, Yer üzündəki hər kəsin qidaya və səhiyyə xidmətlərinə lazımi səviyyədə çıxışını təmin etməkdir. İkincisi isə, hər kəsi müayinədən keçirmək və müalicə etməkdir. Qlobal yoxsulluq probleminin həlli qədər çətin olmasa da, ikinci variantın da özünəməxsus çətinlikləri var. Vərəmə yoluxmuş insanların çoxunda heç bir əlamət müşahidə olunmur, müalicə isə bir neçə ay ərzində bir neçə antibiotikin kombinasiyası şəklində qəbul edilməsini tələb edə bilər. Sonuncu variant effektiv peyvəndin hazırlanmasıdır. Yeni peyvəndin hazırlanmasındakı əsas çətinlik ondan ibarətdir ki, tədqiqatçılar vərəmə qarşı qoruyucu immunitetin əslində necə olduğunu heç vaxt tam dərk edə bilməyiblər.

Vərəmdə "qorunma korrelatı" adlanan anlayış, yəni bir şəxsin yoluxucu xəstəliyə qarşı qorunub-qorunmadığını göstərən bioloji marker mövcud deyil. Bəzi hallarda qorunma korrelatını müəyyən etmək olduqca sadədir. Məsələn, anticisim səviyyələrini ölçməklə – müəyyən həddən yuxarı göstəricilər olduqda, həmin şəxsin qorunduğunu əsaslı şəkildə ehtimal etmək olar.

Oksford Universitetinin vaksinologiya professoru Helen MakŞeyn bildirir ki, vərəm son dərəcə mürəkkəbdir, o, hüceyrələrin içində gizlənir, həmçinin orqanizmin immun sistemindən yayınmaq və onu zərərsizləşdirmək baxımından olduqca bacarıqlıdır.

Qeyd olunub ki, vərəmin ən ölümcül olduğu ölkələr, eyni zamanda, bu xəstəliklə bağlı tədqiqatları maliyyələşdirmək imkanı ən az olan ölkələrdir. Uğursuzluq riskinin tarixən çox yüksək olduğu bir şəraitdə, minlərlə iştirakçının illərlə izlənilməsini tələb edən bahalı sınaqları maliyyələşdirməyə özəl şirkətlər həvəs göstərmirlər. Hazırkı M72 sınağının 550 milyon dollara başa gələcəyi təxmin edilir və bu layihə tamamilə xeyriyyə vəsaitləri hesabına maliyyələşdirilir.

Hazırkı mərhələdə M72 peyvəndinin 3-cü faza sınaqlarının nəticələrinin 2028-ci ilin sonlarında məlum olacağı gözlənilir. Bu, aparıcı peyvənd namizədi olsa da, müxtəlif yanaşmalara əsaslanan bir sıra digər namizədlər də hazırlanma mərhələsindədir.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

HONOR İstanbulda istehsala başlayıb 

18:27
18 Noyabr

Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi olub  

18:17
18 Noyabr

Qısa gəzintilər qan şəkərini tənzimləməkdə daha faydalıdır  

18:10
18 Noyabr

Avropanın enerji nəhəngi “Equinor” kiberhücuma məruz qalıb

17:59
18 Noyabr

“Hayabusa-2” kosmik stansiyasının uçuş marşrutu dəyişdirilib  

17:44
18 Noyabr

Milli Məclisdə 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb YENİLƏNİB  

17:23
18 Noyabr

Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir  

17:16
18 Noyabr

ABŞ dəniz piyadaları yeni M7 əvəzinə daha çox alman atıcı silahı alacaq

17:05
18 Noyabr

ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi fəaliyyətini dayandırıb  

16:59
18 Noyabr

Marko Rubio: ABŞ sistemli hücuma məruz qalmayıb

16:58
18 Noyabr

10 ayda 548 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

16:57
18 Noyabr

Alzheimer xəstəliyini yavaşladan dərman aşkarlanıb

16:54
18 Noyabr

Şencendə tarixi üçtərəfli görüş: qlobal çağırışlara ortaq cavab tapılacaqmı?

16:53
18 Noyabr

Azərbaycanda startap ekosistemi böyüyür 

16:38
18 Noyabr

Rusiyada məhsuldarlığı 15 faizədək artıran biopreparatlar hazırlanıb  

16:24
18 Noyabr

Bakıda ödənişli hərəkət zonalarına daxil olan avtomobillərdən toplanan vəsait dövlət büdcəsinə köçürüləcək  

16:10
18 Noyabr

Çində keçəlliklə mübarizə üçün xüsusi daraq hazırlanıb  

16:09
18 Noyabr

Masallıda bir müəllim var...  

16:08
18 Noyabr

Kreml: APEC sammitində Putin ilə Tramp arasında tammiqyaslı danışıqlar gözlənilmir  

15:57
18 Noyabr

Sosial media qadağasının uşaqlara təsirlərini araşdırmaq üçün elmi tədqiqatlara başlanılıb  

15:52
18 Noyabr

Macarıstanda kilsə şkafında saxlanılan sümüyün krala məxsus olduğu DNT ilə təsdiqlənib  

14:49
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!