08 Avqust 2026 13:19
859
SİYASƏT
A- A+
Vaşinqton görüşləri Azərbaycanın zəfər diplomatiyasında yeni mərhələ oldu

Vaşinqton görüşləri Azərbaycanın zəfər diplomatiyasında yeni mərhələ oldu

    Cənubi Qafqazın siyasi tarixi uzun illər qarşıdurmalar, ərazi iddiaları və xarici təzyiqlər şəraitində formalaşmışdı. Lakin 2025-ci ilin avqust ayında Vaşinqtonda baş verən tarixi hadisələr bu tendensiyanı kökündən dəyişdi. Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən görüşlər və Azərbaycan ilə Ermənistan arasında sülh bəyannaməsinin paraflanması regionda tamamilə yeni geosiyasi reallığın əsasını qoydu. Təbii ki, bütün bunlar təsadüfi geostrateji gedişatın nəticəsi deyildi. Bu, Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsində qazandığı zəfərin və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə ölkənin suverenliyinin tam bərpa edilməsinin diplomatik müstəvidəki məntiqi yekunudur. Azərbaycan həm müharibə meydanında qələbə qazandı, həm də postmünaqişə dövrünün əsas sülh gündəliyini müəyyənləşdirən aparıcı aktora çevrildi.

            2025-ci il avqustun 8-də Vaşinqtonda Ağ Evdə keçirilən üçtərəfli görüş Cənubi Qafqazın gələcək taleyini müəyyən edən mühüm siyasi hadisə oldu. Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə imzalanan Birgə Bəyannamə regionda onilliklər boyu davam edən münaqişəyə son qoydu. Bu görüş çərçivəsində tərəflər arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş" paraflandı. Sazişin paraflanması yekun sülh müqaviləsinin imzalanması yolunda ən mühüm hüquqi və siyasi addımdır. Vaşinqton Bəyannaməsi tərəflər arasında etimadın möhkəmləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və regional əməkdaşlığın genişləndirilməsi üçün möhkəm baza formalaşdırdı.

          Vaşinqton zirvəsinin ən mühüm nəticələrindən biri də ATƏT-in Minsk qrupunun tərəflərin birgə müraciəti və razılığı ilə ləğv edilməsi oldu. Uzun illər təsirini itirmiş və münaqişənin dondurulmasına xidmət etmiş bir sistemin tarixin arxivinə gömülməsi Azərbaycan diplomatiyasının prinsipial qələbəsi idi.

         Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər Co Bayden administrasiyası dövründə müəyyən durğunluq və gərginliklə yadda qalmışdı. Keçmiş administrasiyanın Cənubi Qafqazdakı reallıqları düzgün qiymətləndirməməsi, birtərəfli və qərəzli yanaşmaları ikitərəfli əlaqələrə mənfi təsir göstərmişdi.

           Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra Vaşinqtonun xarici siyasətində köklü dəyişikliklər baş verdi. Tramp administrasiyası praqmatik və rasionallığa əsaslanan xətt tutaraq Azərbaycanın Cənubi Qafqazdakı lider mövqeyini və geostrateji əhəmiyyətini qəbul etdi. İki ölkə arasında formalaşan bu yeni siyasi dialoq qısa müddətdə konkret nəticələr verdi. 907-ci düzəlişin icrasının dayandırılması çərçivəsində ABŞ administrasiyası tərəfindən "Azadlığa Dəstək Aktı"na tətbiq edilən 907-ci düzəlişin icrası donduruldu. Bu addım ikitərəfli münasibətlərdə qarşılıqlı etimadın bərpası baxımından strateji əhəmiyyət kəsb etdi. Bununla yanaşı, Azərbaycan Respublikası Hökuməti ilə ABŞ Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması barədə razılıq əldə olundu. Bu sənəd ticarət, sərmayə, enerji, tranzit, süni intellekt, müdafiə və terrorizmlə mübarizə sahələrində geniş əməkdaşlığı nəzərdə tutur. Eyni zamanda, Azərbaycanın Sülh Şurasına təsisçi üzv kimi dəvət edilməsi, ABŞ vitse-prezidenti Cey. Di. Vensin Bakıya rəsmi səfəri və dövlət başçılarının davamlı məktublaşmaları əlaqələrin ən yüksək səviyyəyə çatdığını göstərdi.

        2020-ci il Vətən müharibəsindən dərhal sonra Cənubi Qafqazda sülh gündəliyini irəli sürən ilk dövlət Azərbaycan oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq hüquq normalarına əsaslanan 5 təməl prinsip təqdim edildi: dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət, dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi, dövlətlərarası münasibətlərdə təhlükəsizliyə hədə törətməkdən və güc tətbiq etməkdən çəkinmək, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, eləcə də nəqliyyat və kommunikasiyaların açılması.

           Ermənistan uzun müddət revanşist xəyallarla yaşayaraq və xarici havadarlarına arxalanaraq sülh prosesini ləngitməyə çalışdı. Lakin 2023-cü ilin antiterror tədbirləri regionda suverenliyin tam bərpasını təmin etdi və İrəvanı sülh masasına oturmağa məcbur etdi. İkinci Dünya müharibəsindən sonra Fransa və Almaniya arasında sülhün bərqərar olunması üçün 18 il (1945–1963) tələb olunduğu halda, Azərbaycan dövləti antiterror əməliyyatından iki il sonra qarşı tərəfi sülh müqaviləsini paraflamağa nail etdi.

          Vaşinqton görüşləri siyasi bəyanatlarla yanaşı, həm də regionun iqtisadi gələcəyini dəyişdirəcək nəqliyyat və logistika layihələrini təsbit etdi. Sülh mühiti Cənubi Qafqazın Avrasiya nəqliyyat şəbəkəsindəki rolunu dəfələrlə artırdı.

Bu xüsusda "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi müstəsna əhəmiyyət daşıyır. Bu təşəbbüs Zəngəzur dəhlizinin reallaşmasını və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında maneəsiz quru və nəqliyyat əlaqəsinin bərpasını təmin edəcək. Eyni zamanda, bu layihə Ermənistanın da regional blokadan çıxaraq beynəlxalq ticarət yollarına inteqrasiya olunmasına imkan yaradır. Azərbaycanın Ermənistana enerji resursları və tranzit imkanları təqdim etməyə hazır olması sülhün bəyanatlardan praktiki müstəviyə keçdiyini aydın göstərir.

          8 avqust tarixi Cənubi Qafqazda yüzillik qarşıdurma modelinin ləğv olunduğu və əməkdaşlıq modelinin başladığı gündür.

Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, prinsipial və uzaqgörən xarici siyasət sübut etdi ki, güclü dövlət, qətiyyətli ordu və praqmatik diplomatiya sülhün ən etibarlı zəmanətidir. Azərbaycan bu gün Cənubi Qafqazda sabitliyin əsas təminatçısı, sülhün müəllifi və yeni geoiqtisadi reallıqların memarıdır.


Təhminə VERDİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

19:33
09 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

17:58
09 Avqust

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

17:45
09 Avqust

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

17:39
09 Avqust

 Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

17:31
09 Avqust

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

17:24
09 Avqust

İDMAN Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

16:41
09 Avqust

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

16:22
09 Avqust

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

15:06
09 Avqust

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

14:53
09 Avqust

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

14:43
09 Avqust

Avqustun 10-da hava necə olacaq?

14:41
09 Avqust

Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi

13:40
09 Avqust

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

12:13
09 Avqust

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

12:01
09 Avqust

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

11:57
09 Avqust

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

11:51
09 Avqust

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

11:44
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!