Vaşinqton məktəbliləri Azərbaycan barədə öyrənirlər
Vaşinqtondakı MakFarlend orta məktəbinin şagirdləri Azərbaycanın ABŞ-dakı səfirliyi ilə yaxın əlaqə qurmuşlar. Bu tərəfdaşlıq artıq beş aydır ki, davam edir. Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycanın ABŞ-dakı səfirliyinə gələn məktəblilər səfir Elin Süleymanovla söhbət zamanı son aylar "Səfirlik himayədarlığı" proqramı çərçivəsində Azərbaycan barədə öyrəndiklərini bölüşmüşlər.
ABŞ-ın paytaxtında 1974-cü ildən təsis edilən "Səfirlik himayədarlığı" proqramı çərçivəsində Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun üzvləri yerli ibtidai məktəblərlə əlaqələr qurur, uşaqları ölkələri ilə tanış edirlər. Kolumbiya Dairəsinin "İctimai məktəblər" proqramı, Vaşinqton Tətbiqi İncəsənət Cəmiyyəti ilə birgə həyata keçirilən "Səfirlik himayədarlığı" proqramı paytaxt şagirdlərində mədəniyyətlərarası anlaşma aşılamaqla yanaşı, onlarda yerli və beynəlxalq icma təsəvvürləri də yaradır.
MakFarlend məktəbi ilə əməkdaşlıq Azərbaycanın ABŞ-dakı səfirliyinin "Səfirlik himayədarlığı" proqramında ikinci iştirakı olmuşdur. Şagirdlərin Azərbaycanla tanışlığı prosesi kifayət qədər intensiv aparılmışdır. Son beş ay ərzində diplomatik nümayəndəliyimizin 3-cü katibi Könül Süleymanlı uşaqlarla ayda iki dəfə görüşərək müxtəlif mövzular üzrə təqdimatlar keçirmişdir. Bu görüşlər zamanı MakFarlend şagirdləri ölkəmizin tarixi, coğrafiyası, dövlət quruluşu, əsas bayramları, milli mətbəxi, adət-ənənələri barədə məlumat əldə etmişlər. Azərbaycan dili ilə bağlı təqdimatda isə amerikalı uşaqlar hətta sadə sözlər və şeirlər öyrənmiş, azərbaycanca bəsit dialoqlar qurmağa çalışmışlar. Səfirliyi ziyarət edərkən MakFarlend tələbələri sürprizlərini də təqdim etmişlər. Onlar səfirliyin əməkdaşları qarşısında "Cırtdan" nağılını səhnələşdirmiş, xəyallarında təsəvvür etdikləri Azərbaycanı rəsmlərdə necə canlandırdıqlarını göstərmişlər. Məktəblilər Azərbaycan xalçalarından bəhs edən rəsmlərdən ibarət albomu səfirliyə hədiyyə etmişlər.
Şəfəq AKİFQIZI,
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır
27 Aprel
Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb
27 Aprel
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!