12 Fevral 2024 09:00
12937
SİYASƏT
A- A+
Ümumxalq etimadının zəfəri

Ümumxalq etimadının zəfəri

 

Mərkəzi Seçki Komissiyası İlham Əliyevin prezident seçkilərindəki qələbəsini təsdiqlədi

 

Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında 7 fevral prezident seçkilərində səsvermənin nəticələrinə dair protokol imzalanıb. Bununla da İlham Əliyevin prezident seçkilərindəki qələbəsi MSK tərəfindən təsdiq edilib. 
Mühüm siyasi kampaniya olan prezident seçkiləri elan olunduğu gündən səsvermə respublikamızın Seçki Məcəlləsinin tələbinə uyğun şəkildə həyata keçirildi. Seçki kampaniyası dövründə bütün hərəkət və tədbirlər MSK-nın təsdiq etdiyi  təqvim planı üzrə aparıldı və hər hansı qanun pozuntusu, nöqsan qeydə alınmadı. Bütün parametrləri ilə bu seçki Azərbaycanda bir daha demokratiyanın təntənəsinə çevrildi. Beynəlxalq müşahidəçilər də seçkilərin demokratik keçirildiyini bəyan etdilər.
Bu həm də torpaqlarımızın işğaldan azad edilməsindən və ərazilərimizdə erməni separatçılığına son qoyulmasından sonra Azərbaycanda keçirilən ilk seçki idi. Əvvəlki bütün seçkilərdən fərqli olaraq budəfəki seçkilər bütöv Azərbaycanda keçirildi.  Ölkə vətəndaşları həm də Qarabağ və Şərqi Zəngəzurda səs verdilər.
Ümumilikdə isə prezident seçkilərində seçicilər 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində öz iradələrini ifadə etdilər. Ən mühümü də odur ki, bu seçkidə seçicilər böyük ruh yüksəkliyi ilə iştirak etdilər. Səsvermədə respublika üzrə qeydə alınmış seçicilərin 76,43 faizi iştirak etdi ki, bu da yüksək seçici fəallığının göstəricisidir.  
Qeyd edək ki, hələ seçki kampaniyası zamanı cəmiyyətin siyasi əhvali-ruhiyyəsi, rəy sorğuları təsdiq edirdi ki, xalqın mütləq əksəriyyətinin seçkiqabağı ovqatı bütünlüklə İlham Əliyevin namizədliyinə dəstək üzərində köklənib. Səsvermə günü qeydə alınan nəticələr bunun təsdiqi oldu və beləliklə, 7 fevral seçkisi xalqımızın Prezident İlham Əliyevə yüksək və sonsuz etimadının və ehtiramının növbəti təntənəsinə çevrildi, ümumxalq etimadının zəfəri oldu. Xalq ona zəfər yaşadan, torpaqlarımızı işğaldan azad edən, erməni separatizminə son qoyan, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən siyasətin ətrafında səfərbər olaraq, bütün uğurlarımızın müəllifi olan İlham Əliyevə etimad göstərdi. Seçicilərin 92,12 faizi, yaxud 4 milyon 567 min 458 nəfəri öz səsini İlham Əliyevə verdi.  Bu, İlham Əliyevə əvvəlki prezident seçkiləri ilə müqayisədə verilən ən yüksək səsdir. İlham Əliyevlə digər namizədlər arasında səs fərqi isə 40 dəfədən çox oldu. 
Budəfəki prezident seçkiləri ilə bağlı maraqlı məqamlardan biri də odur ki, bir sıra seçki məntəqələrində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurdakı seçki məntəqələrində seçicilərin 100 faizi öz səslərini İlham Əliyevə verdilər.
Fevralın 7-də keçirilən prezident seçkiləri azad, ədalətli, şəffaf, demokratik meyarlar çərçivəsində keçirilməklə ölkəmizin tarixinə növbəti mühüm siyasi-tarixi hadisə kimi həkk olundu. İlham Əliyevin ətrafında səfərbər olan xalqımız Ulu Öndər Heydər Əliyevin ideyalarının və Azərbaycanın yüksəlişinin davamına səs verdi.  Ümumilikdə isə prezident seçkiləri dövlətimizin və xalqımızın maraq və mənafelərini layiqincə təmin edən hazırkı siyasi kursun alternativsizliyini bir daha təsdiq etdi.  Seçkinin qalibi olan İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıdakı mərhələdə öz yüksəlişinin daha möhtəşəm zirvələrinə yuksələcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qoca qitə lider böhranı yaşayır

09:15
13 Mart

Məsafədən cərrahiyyə

09:10
13 Mart

Müəllimin acı taleyi

09:05
13 Mart

Uçurum

09:05
13 Mart

Yel baba 

09:00
13 Mart

Qubanın Novruz adətləri

08:55
13 Mart

"Cıdır tamaşaları"

08:50
13 Mart

Qədimdən qədim yeni gün

08:45
13 Mart

Ermənistan geosiyasi dönüş nöqtəsindədir

08:40
13 Mart

Türkiyə və Azərbaycan regionun təhlükəsizliyi məsələsində bir yerdədirlər

08:35
13 Mart

Naxçıvandan sülh və qətiyyət mesajı

08:30
13 Mart

Azərbaycan-Avropa İttifaqı: iqtisadi əməkdaşlığın yeni mərhələsi

08:25
13 Mart

Neft bazarının gələcək dinamikası Yaxın Şərqdəki hadisələrin gedişatından asılıdır

08:20
13 Mart

Dünyanı narahat edən məsələlər Bakıda müzakirə olunur

08:15
13 Mart

Enerji qiymətlərinin yüksəlməsi davam edə bilər

08:10
13 Mart

34 il sədaqətli xidmət nümunəsi

08:05
13 Mart

Aİ Şurasının prezidenti Avropanın "yaşıl şirkət"lərinə çağırış etdi

08:00
13 Mart

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:42
13 Mart

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

00:40
13 Mart

 “Azərbaycan Respublikası Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:38
13 Mart

“İnzibati cərimələrin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:37
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!