Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilmişdir
Dekabrın 9-da Səbail rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclisin deputatlarının və çoxsaylı qonaqların iştirakı ilə Akademik Milli Dram Teatrında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra ümummilli lider Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirildi.
Anım mərasimində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixindəki rolu barədə çıxış etdi. Qeyd olundu ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi böyük siyasətçi, görkəmli dövlət xadimi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur.
Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın möhkəm bünövrəsi qoyulub. Bu qüdrətli şəxsiyyətin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateji kurs olaraq daim ölkəmizə və xalqımıza uğur gətirib. Zəngin hadisələrlə dolu olan çətin bir dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən ağır sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni inkişafının təməlini qoyub.
Azərbaycanın və Heydər Əliyevin adı əsrlər boyu qoşa səslənəcək. Mənsub olduğu xalqına xidmət etmək, rəhbərlik etdiyi ölkəni dünyaya layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi idi. O, elə bir rəhbər, elə bir dövlət başçısı idi ki, diqqətindən heç bir sahə kənarda qalmırdı. Ulu öndər Azərbaycanla yaşayırdı, Azərbaycanla nəfəs alırdı.
Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyevin siyasi kursu uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır. Xalqımız Heydər Əliyev kimi ümummilli liderlə daim öyünür, fəxr edir, qürur duyur, əməlləri ilə onun ideyalarını həyata keçirməyə çalışır. Bu gün bizi sevindirən ən əsas amil odur ki, ulu öndərin ölməz ideyalarını Prezident İlham Əliyev uğurla davam etdirir, milli maraqlarımızın qorunmasında, əhalinin rifah halının yaxşılaşdırılmasında qəti və prinsipial mövqe nümayiş etdirir. Ötən müddət ərzində dövlət başçısının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib. Doğma Azərbaycanımız bu gün hərtərəfli tərəqqi yolundadır. Dövlət başçısı İlham Əliyevin uğurlu rəhbərliyi nəticəsində bu inkişaf, tərəqqi günü-gündən hər bir sahədə özünü təsdiqləməkdədir. Və bu, hələ son deyildir. İrəlidə bizi daha möhtəşəm nailiyyətlər, daha böyük iqtisadi layihələr gözləyir. Belə layihələr isə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, dünyada söz sahibinə çevrilməsi, təhlükəsiz ölkə kimi tanınması deməkdir.
Tədbir ulu öndər Heydər Əliyevə həsr olunmuş bədii kompozisiya və klip nümayişi ilə sona çatdı.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır
27 Aprel
Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb
27 Aprel
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!