15 May 2026 08:50
341
İQTİSADİYYAT
A- A+
Üç tərəfdaş, bir layihə

Üç tərəfdaş, bir layihə


SOCAR və BP Özbəkistanda yerli şirkətlə birlikdə perspektivli neft yataqlarının işlənməsində iştirak edir


Adətən, Özbəkistandan söz düşəndə, ilk növbədə, pambıq tarlaları göz önünə gəlir. Lakin bu dost və qardaş ölkənin iqtisadiyyatı bir çox sənaye sahələrini də əhatə edir. Özbəkistanın onlarla neft və qaz yatağı da var. İndiyədək Özbəkistanın ərazisində aşkar olunan karbohidrogen yataqları sayəsində neft-qaz sektoru ölkə iqtisadiyyatında xüsusi yer tutub. Bunlardan bəziləri onilliklərdir istismar edilir, bəziləri isə təzə kəşf olunanlardır.

Azərbaycan və Özbəkistan neftçilərini sıx dostluq və əməkdaşlıq telləri bağlayır. Özbəkistan neftçiləri azərbaycanlı həmkarlarının təcrübəsini yüksək dəyərləndirirlər. Biz bunu hər il Bakıda keçirilən beynəlxalq neft-qaz sərgisinin iştirakçısı olan Özbəkistan nümayəndələrindən də dəfələrlə eşitmişik. 

Əməkdaşlıq uğurla davam edir. Bunu ölkəmizdə ən iri neft,qaz və ixrac layihələrinin əməliyyatçısı olan BP şirkətindən aldığımız xəbər də təsdiqləyir. Belə ki, bu günlərdə BP Özbəkistan Respublikasının Şimali Üstyurd regionundakı altı blok üzrə Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) qoşulub. Saziş "Boyterak", "Terengquduq", "Birqori", "Xaroy", "Qoraqalpoq" və "Qulboy" bloklarını əhatə edir.

Qeyd edək ki, sözügedən sazişlər Daşkənddə keçirilən "Özbəkistan Neft-Qaz Konfransı 2026" çərçivəsində Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzəmahmudov, "Uzbekneftegaz" SC-nin İdarə Heyətinin sədri Abduqani Sanginov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli tərəfindən imzalanıb.

Onu da xatırladaq ki, HPBS keçən il iyulun 24-də ilkin olaraq SOCAR, "Uzbekneftegaz" və Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında imzalanmışdı. BP sazişin mövcud tərəfdaşlarının - SOCAR və "Uzbekneftegaz"ın hər birindən 20 faiz iştirak payı almaqla bu HPBS-yə ümumilikdə 40 faizlik payla qoşulub. Odur ki, hazırda HPBS-də iştirak payları belədir: BP - 40 faiz, "Uzbekneftegaz" - 30 faiz və SOCAR (operator) - 30 faiz. 

Özbəkistanın energetika naziri Jurabek Mirzəmahmudov bu layihənin həyata keçirilməsinin ölkələrimizin rəhbərliyinin güclü siyasi iradəsi və hərtərəfli dəstəyi sayəsində mümkün olduğunu və həmin səylərin qlobal investorlar üçün ən açıq və şəffaf şəraitin yaradılmasına yönəldiyini bildirib. Onun fikrincə, BP şirkətinin Üstyurd regionunda hasilatın pay bölgüsü sazişinə qoşulması sadəcə bir kommersiya razılaşması deyil, bu, beynəlxalq investorların Özbəkistanda aparılan islahatlara və enerji sektorunun inkişafına yönəlmiş strateji kursa olan inamın birbaşa göstəricisidir.

SOCAR-ın prezidenti Rövşən Nəcəf bu layihənin Azərbaycan ilə Özbəkistan arasında enerji sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib: "Layihə qardaş ölkələrimizin qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli strateji hədəflərə əsaslanan münasibətlərinin bariz təzahürüdür. Uzun illər ərzində SOCAR ilə sıx və səmərəli tərəfdaşlıq münasibətlərinə malik BP-nin bu layihəyə qoşulması birgə səmərəli fəaliyyətin təmin olunmasına geniş imkanlar açacaq. İnanırıq ki, SOCAR-ın və BP-nin enerji sektorundakı zəngin təcrübəsi, eləcə də "Uzbekneftegaz"ın imkanları və səyləri layihənin uğurla icrasına, həmçinin regionun enerji potensialının inkişafına mühüm töhfə verəcək".

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli də layihənin perspektivinə inandığını deyib: "Uzbekneftegaz" və uzunmüddətli tərəfdaşımız olan SOCAR ilə yanaşı, Özbəkistandakı ilk layihəmizə qoşulmağımızdan çox məmnunuq. Özbəkistanın böyük resurs potensialına malik olduğuna inanırıq və bu layihəyə qoşulmağımızı ölkənin neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsinə dəstək olaraq region üçün uzunmüddətli faydalar gətirmək imkanı kimi dəyərləndiririk. Bu HPBS-yə qoşulmağımız eyni zamanda BP-nin uzunmüddətli artımına dəstək olaraq şirkətin öz geoloji kəşfiyyat portfelini daha da genişləndirdiyini göstərir". 

"Uzbekneftegaz" SC-nin İdarə Heyətinin sədri Abduqani Sanginov da bu addımın uğur gətirəcəyinə əmindir: "BP kimi qlobal bir iştirakçının Şimali Üstyurd bloklarında geoloji kəşfiyyat işlərinə qoşulması Özbəkistanın enerji sektorunun investisiyalar üçün çox cəlbedici olduğunu təsdiqləyir. Əminik ki, bizim təcrübəmizin BP və SOCAR-ın qabaqcıl texnologiyaları, bilik və səriştələri ilə birləşməsi regionun resurs potensialının maksimum səmərəliliklə açılmasına imkan verəcək".

Hazırda layihə həyata keçirilməsinin ilkin mərhələsindədir. Belə ki, burada seysmik tədqiqat işləri aparılır. 

 

Flora SADIQLI,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib 

00:09
15 İyun

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb  

23:58
14 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

23:16
14 İyun

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

23:06
14 İyun

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

23:03
14 İyun

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

22:28
14 İyun

Putin və Tramp arasında telefon danışığı olub

22:05
14 İyun

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

21:53
14 İyun

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

20:57
14 İyun

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

20:48
14 İyun

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

20:37
14 İyun

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

20:19
14 İyun

Zelenski ilə Tramp arasında telefon danışığı olub

19:13
14 İyun

Şuşa Bəyannaməsi: Zəfərdən irəli gələn yeni geosiyasi güc

19:12
14 İyun

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

18:42
14 İyun

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

17:38
14 İyun

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib  

17:23
14 İyun

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

16:47
14 İyun

Ebola virusu Konqoda sürətlə yayılır

16:04
14 İyun

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

15:57
14 İyun

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə strateji tərəfdaşlığını müttəfiqlik səviyyəsinə yüksəltdi

15:49
14 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!