01 Sentyabr 2026 15:55
90
SİYASƏT
A- A+
Türkiyə mediası Azərbaycan və Türkiyə prezidentlərinin Bişkek görüşünü geniş işıqlandırıb

Türkiyə mediası Azərbaycan və Türkiyə prezidentlərinin Bişkek görüşünü geniş işıqlandırıb


Türkiyənin aparıcı informasiya agentlikləri, televiziya kanalları, çap mediası və xəbər portalları Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə mediası iki qardaş ölkənin liderlərinin görüşünün əhəmiyyətinə diqqət çəkərək, Prezident Ərdoğanın Azərbaycanla əlaqələrin, o cümlədən energetika, infrastruktur və nəqliyyat sahələrində əməkdaşlığın əhəmiyyətinə dair fikirlərini diqqətə çatdırıb.

Türkiyə lideri qeyd edib ki, Ankara ilə Bakı arasında əməkdaşlığın dəyəri regionda gedən proseslər fonunda daha aydın görünür. O, “İki dövlət, bir millət” kəlamına uyğun olaraq, Azərbaycanla bütün sahələrdə münasibətlərin daha da dərinləşdirilməsinə hazır olduqlarını və bunun hər iki tərəfə fayda verəcəyini vurğulayıb.

Materiallarda Prezident Ərdoğanın Azərbaycan və Ermənistan arasında sülh prosesinə töhfə verməyə hazır olması barədə fikirlərinə də xüsusi diqqət yetirilib. Türkiyə Prezidentinin “Bakı ilə İrəvan arasında davamlı sülhün bütün region üçün xüsusi əhəmiyyət daşıdığı” barədə sözləri milyonlarla tamaşaçı və oxucu auditoriyasına çatdırılıb.

Qeyd edək ki, Türkiyənin bir sıra televiziya kanalları Bişkekdə keçirilən ŞƏT sammitinin gedişini canlı efirdə tamaşaçılara çatdırırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək

16:20
01 Sentyabr

Prezident: BMT TŞ-nin qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur

16:15
01 Sentyabr

Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq  

16:10
01 Sentyabr

Azərbaycan Prezidenti: Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir

16:05
01 Sentyabr

Prezident: Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı  

16:00
01 Sentyabr

Türkiyə mediası Azərbaycan və Türkiyə prezidentlərinin Bişkek görüşünü geniş işıqlandırıb

15:55
01 Sentyabr

Ağdama növbəti köç: daha 117 ailə doğma yurduna qovuşub

15:50
01 Sentyabr

Milli Kitabxanada Möhsün Nağısoylunun yubileyinə həsr olunmuş kitab sərgisi açılıb

15:45
01 Sentyabr

Deputat: Yeni iqtisadi layihələr Azərbaycanın rolunu artırır 

15:40
01 Sentyabr

Şavkat Mirziyoyev ŞƏT ölkələrinin dəmir yollarının inteqrasiyası üzrə Şura yaradılmasını təklif edib

15:35
01 Sentyabr

Emoməli Rəhmon: ŞƏT-i konstruktiv qarşılıqlı fəaliyyətin ümumi dəyərləri birləşdirir

15:30
01 Sentyabr

Rusiya Prezidenti: BMT maraqların uzlaşdırılmasının əsas mexanizmi kimi öz funksiyasını qoruyub saxlamalıdır  

15:25
01 Sentyabr

Birinci xanım Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

15:20
01 Sentyabr

Ekspres marşrut xətlərində gündəlik 95 nəqliyyat vasitəsilə 68 minədək sərnişin daşınır 

15:15
01 Sentyabr

ŞƏT liderləri Bişkek Bəyannaməsini imzalayıblar

15:10
01 Sentyabr

Nepalda sel fəlakəti nəticəsində ölənlərin sayı 987 nəfərə çatıb

15:05
01 Sentyabr

Bişkek görüşü regional reallıqların növbəti təsdiqidir

15:03
01 Sentyabr

Avropanın yeraltı qaz anbarları 65,09 faiz doludur  

15:00
01 Sentyabr

Azərbaycan Avrasiyanın yeni güc xəritəsində öz sözünü deyən ölkəyə çevrilib 

14:55
01 Sentyabr

Pakistanın Baş naziri ŞƏT-in 2035-ci ilədək İnkişaf Strategiyasının həyata keçirilməsinə çağırıb  

14:50
01 Sentyabr

Çin Xalq Respublikasının Sədri: ŞƏT birgə inkişafın əsas platformalarından birinə çevrilib  

14:45
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!