08 Avqust 2026 20:15
1563
SİYASƏT
A- A+
Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Son bir ildə baş verən proseslər Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqton görüşünün Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunmasına verdiyi töhfənin taleyüklü əhəmiyyətini nümayiş etdirib. 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilmiş danışıqların nəticələri Azərbaycan liderinin sülh diplomatiyasının növbəti uğuru kimi qiymətləndirilə bilər.

Bu fikirləri Türkiyənin Qars şəhərində yerləşən Qafqaz Universitetinin dosenti, beynəlxalq münasibətlər üzrə ekspert Halit Hamzaoğlu AZƏRTAC-a müsahibəsində söyləyib.

Ekspert son bir ildə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan irəliləyişə diqqət çəkib. “ATƏT-in Minsk qrupu formatının ləğvi tərəflərin ziddiyyətlərin aradan qaldırılmasına iradəsini nümayiş etdirdi, iqtisadi-ticari əlaqələrin inkişafı isə onların regionda əməkdaşlığa hazır olduğunu göstərir. TRIPP marşrutunun reallaşdırılması bu prosesə yeni təkan verəcək”, - deyə H.Hamzaoğlu qeyd edib.

Türkiyə universitetinin dosenti Azərbaycanı Cənubi Qafqazda tarixi təşəbbüslərlə çıxış edən qalib və aparıcı dövlət adlandırıb. Onun sözlərinə görə, danışıqlar prosesinin və regionda münasibətlərin hərtərəfli normallaşdırılmasının məntiqi yekunu sülh sazişinin imzalanması olmalıdır. Bunun üçün isə Ermənistan Konstitusiyasının preambulasına dəyişiklik edilməlidir.

Türkiyə universitetinin müəllimi rəsmi Bakının Ermənistanın qonşu ölkələrə qarşı ərazi iddialarından imtina etməsi ilə bağlı tələbinin məntiqli və əsaslı olduğunu vurğulayıb. “Azərbaycan və Türkiyə ilə mehriban qonşuluğa aparan yol İrəvanın atacağı konkret addımlardan, Ermənistanda radikalizm və revanşizmin genişlənməsinə yol verilməməsindən keçir. Rəsmi Bakının uzatdığı sülh əli bütün regionun maraqlarına cavab verir”, - deyə o qeyd edib.

Bununla yanaşı, Türkiyə universitetinin dosenti Vaşinqton görüşünün Azərbaycan ilə ABŞ arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcını qoyduğunu vurğulayıb.

“Azərbaycan qlobal təhlükəsizliyə və sabitliyə öz töhfəsini verməkdə davam edir və bu, bütün dünyada, o cümlədən Ağ Evdə də etiraf olunur”, - deyə H.Hamzaoğlu bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

19:33
09 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

17:58
09 Avqust

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

17:45
09 Avqust

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

17:39
09 Avqust

 Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

17:31
09 Avqust

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

17:24
09 Avqust

İDMAN Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

16:41
09 Avqust

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

16:22
09 Avqust

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

15:06
09 Avqust

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

14:53
09 Avqust

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

14:43
09 Avqust

Avqustun 10-da hava necə olacaq?

14:41
09 Avqust

Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi

13:40
09 Avqust

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

12:13
09 Avqust

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

12:01
09 Avqust

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

11:57
09 Avqust

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

11:51
09 Avqust

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

11:44
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!