18 Mart 2024 22:30
1358
İDMAN
A- A+

“Trabzonspor” - “Fənərbağça” oyununa görə 12 nəfər saxlanılıb

 

Türkiyə Super Liqasının XXX turunun “Trabzonspor” - “Fənərbağça” matçının gedişində və oyundan sonra yaşanan qalmaqalla bağlı ilkin addım atılıb.
 İdman.biz xəbər verir ki, qardaş ölkənin Daxili İşlər Nazirliyi tərəfindən insidentlə bağlı 12 nəfər saxlanılıb.
Onlar qalmaqalın böyüməsində xüsusi fəallıq göstərməkdə günahlandırılırlar.
Qeyd edək ki, oyunboyu meydana pirotexniki vasitələr atan azarkeşlərin hərəkətləri matçın bir neçə dəfə dayandırılması ilə nəticələnib.
Yerli azarkeşlər oyundan sonra da dayanmayıb. Trabzon təmsilçisinin məğlubiyyətindən narazı qalan fanatlar meydana daxil olublar.
Matç qonaqların 3:2 hesablı qələbəsi ilə bitib.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video