18 İyun 2025 09:10
437
İQTİSADİYYAT
A- A+
Tovuzda taxıl biçininin təşkilinə həsr olunmuş regional müşavirə keçirilib

Tovuzda taxıl biçininin təşkilinə həsr olunmuş regional müşavirə keçirilib


Bölgələrdə taxıl biçininə hazırlıq, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı məlumatlandırma sessiyaları davam edir. Tovuzda keçirilən regional müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri, Tovuz, Qazax, Ağstafa, Göygöl, Gədəbəy və Şəmkir rayonlarının icra hakimiyyəti strukturlarının məsul şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, "Aqroservis" ASC-nin məsul şəxsləri və regional nümayəndəliklərinin, rayon bölmələrinin əməkdaşları, texniki nəzarət müfəttişləri, mühəndislər, mexanizatorlar və fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi bu sahənin inkişafına mühüm təsir göstərir. Taxılçılığın kənd təsərrüfatının aparıcı sahələrindən biri olduğunu xatırladan Məmməd Məmmədov bu sahənin ərzaq təhlükəsizliyinin davamlı təmin olunmasında, o cümlədən heyvandarlığın yem bazasının təşkilində, ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin yüksəldilməsində mühüm rol oynadığını deyib.

Müşavirədə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev respublikada taxıl biçininin aktiv mərhələyə qədəm qoyduğunu, əksər rayonlarda aktiv biçin prosesinin getdiyini bildirib. Regional müşavirənin əhatə etdiyi rayonlarda ümumilikdə 31 133 hektar sahədə payızlıq taxıl əkildiyini bildirən AXA rəhbəri, biçinin mütəşəkkil şəkildə, itkisiz başa çatdırılması üçün Nazirlik tərəfindən tədbirlər planı hazırlandığını qeyd edib. Biçin prosesinin optimal müddətdə başa çatdırılması, növbəlilik prinsipinə əməl olunmasının vacibliyini vurğulayan AXA sədri yerli qurumları biçin prosesinin təşkilində meydana çıxa biləcək çətinlikləri aradan qaldırmaq üçün koordinasiyalı fəaliyyətə çağırıb.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli taxılçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərdən danışıb, dövlətin dəstəyi ilə fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlərin görüldüyünü qeyd edib, bu dəstəyin məhsuldarlığın artmasına müsbət təsir göstərdiyini bildirib. Taxıl toxumçuluğunun təşkili sahəsində görülən işlərdən danışan şöbə müdiri bildirib ki, sertifikatlı toxumdan istifadə olunan və düzgün aqrotexniki qulluq göstərilən sahələrdə əldə olunan orta məhsuldarlıq respublika üzrə orta göstəricidən xeyli yüksəkdir. Seymur Səfərli fermerləri əkin materialı kimi sertifikatlı toxumdan istifadəyə çağıraraq, məhsulun yetişdirilməsi kimi, vaxtında və itkisiz yığılmasının da vacibliyini önə çəkib.

Müşavirədə çıxış edən yerli qurumların nümayəndələri biçin prosesinə hazırlıq dövrü, biçinin təşkilində meydana çıxa biləcək çətinliklərin aradan qaldırılması üçün görülmüş önləyici tədbirlər barədə məlumat veriblər. Qeyd olunub ki, hazırda bölgədə arpa sahələrində aktiv biçin gedir, məhsulun vaxtında və itkisiz yığılması istiqamətində təcili və təxirəsalınmaz fəaliyyət həyata keçirilir.

Müşavirədə tədbir iştirakçıları taxıl biçininin təşkili, mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə ətraflı məlumatlandırılıb, biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İndoneziyada helikopter qəzasında səkkiz nəfər həlak olub

20:21
17 Aprel

İtaliyada vətəndaşlıq hüququ ilə bağlı araşdırmalar davam edir 

20:13
17 Aprel

Yeni süni intellekt modeli ilə bağlı narahatlıq  

20:02
17 Aprel

Hindistanda iş şəraiti səbəbindən etirazlar başlayıb

19:53
17 Aprel

Atlantik okeanı ilə bağlı alimlərdən narahatedici xəbərdarlıq

19:41
17 Aprel

 Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB 2

19:24
17 Aprel

Türkiyə külək enerjisində regional mərkəzə çevrilib  

19:23
17 Aprel

Belçika Senatının sədri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb  

19:22
17 Aprel

AİB ilə dövlət-özəl tərəfdaşlığının təşviqi imkanları nəzərdən keçirilib  

19:21
17 Aprel

Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”la oyunda vacib qələbə qazanıb

19:20
17 Aprel

Nazirlik: Bu il peşə və kvalifikasiya standartlarının 1800-ə çatdırılması nəzərdə tutulub  

19:19
17 Aprel

Tramp: İran ABŞ-nin köməyi ilə bütün dəniz minalarını təmizləyir

19:19
17 Aprel

Tramp Hörmüz boğazı açılandan sonra ona zəng edən NATO-nu tənqid edib  

19:18
17 Aprel

Sahibə Qafarova: Azərbaycan kiçik ada dövlətlərinin maraqlarının müdafiəsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib  

19:18
17 Aprel

ABŞ Mərkəzi Komandanlığı: Blokada zamanı heç bir gəmi dəniz qüvvələrindən yayınmayıb  

19:17
17 Aprel

Laçında Aqrar Biznes Festivalı - İşğaldan azad edilmiş ərazilərdə aqrar innovasiyalar nümayiş olunub  

19:15
17 Aprel

Bolqarıstanda 5 ildə 8-ci dəfə seçki

19:15
17 Aprel

15 yaşdan kiçik uşaqlar üçün sosial media məhdudiyyəti

19:07
17 Aprel

Roma Papası Kamerunda sülh və ədalət çağırışı etdi

18:53
17 Aprel

Orta dəhliz mövzusunda hazırlanmış ilk fundamental əsər

18:46
17 Aprel

Mütaliəni interaktiv oyuna çevirən tətbiq təqdim edilib  

18:37
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!