01 May 2026 08:35
146
İQTİSADİYYAT
A- A+
Dövlətinə və özünə güvən - irəlilə

Dövlətinə və özünə güvən - irəlilə


"Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdən çıxan nəticə bu oldu


Dünya iqtisadiyyatında sahibkarlığın rolu ildən-ilə artır. Yeni iş yerləri yaratmaq, innovasiyaları tətbiq etmək və iqtisadi inkişafı sürətləndirmək sahibkarların gündəlik fəaliyyətinin təməlini təşkil edir. Lakin niyə bəziləri yeni ideyalarla uğur qazanır, bəziləri isə mübarizədə geri qalır? 

Cavab aydındır. Çünki sahibkarlıq  sadəcə biznes qurmaqla kifayətlənmir. Bu, uzun və məşəqqətli bir məsafə qət etməyə bənzəyir. Yolda uğur əldə etmək  isə yaradıcılıq və qərarvermə bacarığı tələb edir. Və həmin uğurun təməlində risk alma bacarığı dayanır. Uğurlu sahibkarlar  riskləri düzgün qiymətləndirərək, bazar şəraitinə uyğun addımlar atırlar. Məsələn, yeni məhsulu və ya xidməti bazara çıxaran zaman rəqabət və maliyyə risklərini nəzərə almaq, həmçinin planlı strategiya qurmaq vacibdir. Texnologiya və xidmət sahələrində uğur qazanmış şirkətlərin çoxu məhz yeni və orijinal ideyalarını reallaşdırmaqla bazarda  lider mövqe qazanıblar. Beləliklə, riskli addım atan, yaradıcılıq və qərarvermə bacarıqlarını birləşdirən sahibkar şəxsi və iqtisadi uğura nail ola bilir. Çünki sahibkarlıq sadəcə fərdi uğurdan başqa iqtisadi və sosial dəyişiklik yarada bilən qüvvədir.

Bu mənada Azərbaycanda sahibkarlıq  iqtisadi inkişafın və yeni iş yerlərinin yaradılmasının vacib təməl daşıdır. Son illər ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün müxtəlif proqramlar və təşviq mexanizmləri həyata keçirilir. Dövlət tərəfindən vergi güzəştləri, kreditlərə çıxış imkanları və biznes  mərkəzlərinin yaradılması sahibkarlığın inkişafını sürətləndirir. Dövlətin ən mühüm dəstək mexanizmlərindən biri sahibkarlara maliyyə dəstəyidir. 

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Biznesin İnkişafı Fondu (BİF) bu dəstəyi həyata keçirən əsas qurumdur. Oeyd edək ki, fondun məqsədi Azəbaycanda sahibkarlığı inkişaf etdirmək, biznes fəaliyyətini stimullaşdırmaq və yeni iş yerləri yaratmaqda biznesmenlərə yardım etməkdir. Fond vasitəsilə  sahibkarlara aşağı faizli, uzunmüddətli və güzəştli kreditlər təqdim olunur. Bu kreditlər kənd təsərrüfatı, sənaye, turizm, xidmət sektoru, innovativ və startap layihələrə  yönəldilir. BİF  regionların inkişafına xüsusi önəm verir. Məhz buna görə də regionlarda fəaliyyət göstərən sahibkarlar üçün xüsusi güzəştli kredit proqramları mövcuddur.

Azərbaycanda mikro, kiçik və orta biznesin inkişafı da ölkənin iqtisadiyyatında mühüm yer tutur. Bu biznes subyektləri ümumi sahibkarlıq strukturunun böyük bir hissəsini təşkil edir və regionların sosial-iqtisadi inkişafında xüsusi rol oynayır. Kiçik və orta biznesin (KOB) də dövlətin güzəştli maliyyə mexanizmləri ilə dəstəklənməsi diqqətdən kənarda qalmır. Həmin subyektlərə dəstək verən qurumlardan olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara təşkilati, hüquqi və məsləhət xidməti göstərən mühüm qurumlardandır. KOBİA-nın təşəbbüsü ilə keçirilən təlimlər və seminarlar biznes biliklərinin artırılmasına yönəldilir. Agentlik sahibkarlara geniş spektrli xidmət təqdim etməklə yanaşı, onların dövlətlə əlaqələrini asanlaşdırır və biznes mühitinin şəffaf şəkildə inkişafına təkan verir.

Bu çərçivədə sahibkarlığın inkişafına verilən önəmi nümayiş etdirmək və biznes mühitinin gücləndirilməsini təşviq etmək məqsədilə, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə KOBİA və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Sahibkarlar günü"nə həsr olunmuş "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda tədbir keçirilib. Xatırladaq ki, Azərbaycanda hər il  aprelin 25-i Sahibkarlar günü kimi qeyd olunur. Bu əlamətdar gün ölkədə özəl sektorun inkişafına göstərilən dövlət qayğısını və sahibkarların iqtisadiyyatdakı rolunu yüksək qiymətləndirmənin bariz nümunəsidir. Sahibkarlar günü Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı sərəncamla həmin il təsis edilib.  Tədbirdə ölkə iqtisadiyyatının davamlı inkişafında və məşğulluğun təmin edilməsində özəl sektorun aparıcı rolu vurğulanıb. Qeyd edilib ki, sahibkarlığın inkişafı üçün qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, biznes mühiti  bir qədər də yaxşılaşdırılır. Sahibkarlara göstərilən maliyyə və institusional dəstək mexanizmləri genişləndirilir, müxtəlif güzəşt və stimullaşdırıcı tədbirlər tətbiq olunur. Xüsusilə kiçik və orta biznesin inkişafı iqtisadi siyasətin prioritetləri sırasındadır və dövlət-özəl sektor əməkdaşlığı davamlı olaraq gücləndirilir.

Tədbirdə çıxış edən KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov  fikirlərini rəqəmlərin dili ilə belə çatdırıb: "Agentliyin faktiki fəaliyyətə başladığı 2018-ci ildən ötən müddət ərzində KOB subyektlərinin sayı 74 faizədək artaraq 424 mini ötüb. Bu dövrdə KOB sektorunun məşğulluq göstəricisi də 47 faiz yüksəlib. Ümumilikdə 70 minədək KOB subyekti və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər bu dəstəklərdən faydalanıb. İndiyə qədər KOB evlərində 1,5 milyondan artıq xidmət göstərilib. KOB evinin rəqəmsal modeli olan e-KOB evi portalından da artıq istifadə etmək mümkündür".

Tədbirdə sahibkarlığın inkişafının iqtisadiyyatın dayanıqlı artımında və məşğulluğun təmin edilməsindəki rolu xüsusi vurğulanıb. O da diqqətə çatdırılıb  ki, mikro, kiçik və orta biznesin genişləndirilməsi, investisiya mühitinin formalaşdırılması, ixracın təşviqi və şəhərsalma sahəsində aparılan islahatlar dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Özəl sektor iqtisadiyyatın şaxələndirilməsi, sosial rifahın yüksəldilməsi və davamlı inkişafın təmin olunmasında həlledici rol oynayır. Qeyri-neft-qaz sektorunun artan rolu iqtisadi artımın  hərəkətverici qüvvəsinə çevrilib və sahibkarlar iqtisadiyyatın inkişafına vacib töhfə verirlər. Sahibkarlardan məhsuldarlığın artırılması, bilikli və bacarıqlı kadrların hazırlanması, müəssisələrin texnoloji səviyyəsinin yüksəldilməsi və uzunmüddətli investisiyalara diqqət yetirməsi gözlənilir.

Sahibkarlığın inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, maliyyə və institusional dəstək mexanizmlərinin genişləndirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü sahələrin inkişafının stimullaşdırılması istiqamətində görülən işlərdən də söz açıb. İştirakçıların nəzərinə  çatdırılıb ki, ölkədə tətbiq edilən yeni iqtisadi inkişaf modeli  özəl sektorun rolunu bir qədər də  gücləndirir, sahibkarların dayanıqlı və rəqabətqabiliyyətli fəaliyyətini təmin edir. Tədbir çərçivəsində sahibkarların uğurlarının və təşəbbüslərinin, həmçinin dövlət və özəl sektor əməkdaşlığının önəmi bir daha ön plana çıxarılıb.

Göründüyü kimi, sahibkarlıq yalnız iqtisadiyyatın deyil, həm də cəmiyyətin inkişafının təməl daşlarındandır. Kiçik və orta biznesin dəstəklənməsi ilə Azərbaycanda yeni iş yerlərinin yaradılması, yerli istehsalın artırılması və innovasiyaların təbliği iqtisadiyyatın davamlı inkişafına müsbət təsir göstərir. Dövlət və özəl sektor arasında güclənən əməkdaşlıq, sahibkarların qarşısına çıxan riskləri minimuma endirərək onlara uğurlu fəaliyyət göstərmək imkanı yaradır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ürək sağlamlığı hər yaşda qorunmalıdır

09:00
01 May

Beynəlxalq Xalça Festivalı sərgilərlə zəngin olacaq

08:55
01 May

Adı ədəbiyyat tariximizə əbədi həkk olunmuş şair

08:50
01 May

Xalqının fədakar övladı

08:45
01 May

BP-nin Azərbaycan təhsilinə növbəti dəstəyi 

08:40
01 May

Dövlətinə və özünə güvən - irəlilə

08:35
01 May

İKT cəmiyyətə nə verir

08:30
01 May

Təbiətin sınağı, dövlətin qayğısı

08:25
01 May

Din adı altında sülh təhdid olunur

08:23
01 May

Sülh müharibədən daha yaxşıdır 

08:20
01 May

Liderlik nümunəsi

08:15
01 May

Heydər Əliyev siyasətinin təntənəsi

08:10
01 May

Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu güclənir

08:05
01 May

Azərbaycanın sülh strategiyasının alternativi yoxdur

08:00
01 May

Y.P.Kamayevin "Şöhrət" ordeni ilətəltif edilməsi haqqında

00:49
01 May

Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında  

00:48
01 May

"Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında 

00:47
01 May

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:46
01 May

Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi QAYDALARI

00:44
01 May

“Neftçi” 5 il sonra “Qarabağ”a qalib gəldi

22:51
30 Aprel

ABŞ-də 75 gündən sonra Daxili Təhlükəsizlik Departamentinin maliyyələşməsi bərpa edilir

22:46
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!