29 Aprel 2026 08:20
145
SİYASƏT
A- A+
Azərbaycan-Çexiya münasibətlərində yeni mərhələ

Azərbaycan-Çexiya münasibətlərində yeni mərhələ


Azərbaycan bu gün dünya ölkələri ilə dinamik şəkildə inkişaf edən çoxşaxəli əlaqələri sayəsində beynəlxalq münasibətlər sistemində özünəməxsus yerini və rolunu möhkəmləndirib. Ölkəmizin yürütdüyü balanslaşdırılmış və uzaqgörən xarici siyasət kursu onu nəinki regionun lider dövlətinə, həm də qlobal miqyasda strateji qərarların qəbul edildiyi, etibarlı tərəfdaşlıq körpülərinin qurulduğu mühüm diplomatik mərkəzə çevirib. Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri bu strateji xəttin məntiqi davamı olmaqla yanaşı, Avropa ilə Cənubi Qafqaz arasında qurulan strateji dialoqun yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu təsdiqləyir.


Siyasi etimad, strateji tərəfdaşlıq


Səfərin Qəbələdə təşkil olunması Azərbaycanın regionların inkişafı və diplomatik xəritənin şaxələndirilməsi siyasətinin tərkib hissəsidir. Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin, ardınca isə aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin Qəbələyə rəsmi səfərləri bu şəhərin artıq beynəlxalq əhəmiyyətli siyasi qərarların qəbul edildiyi məkana çevrildiyini göstərir.

Bu, protokol yeniliyi olmaqla yanaşı, Azərbaycanın regionlarının beynəlxalq səviyyəli siyasi-iqtisadi platforma kimi təqdim edilməsi strategiyasının uğurudur.

Çexiya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü ilin yanvarında qurulub. 

2015-ci il sentyabrın 15-də Bakıda "Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" imzalanıb.  Bu ölkələr arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

Azərbaycan Çexiya ilə münasibətlərin inkişafına hər zaman əhəmiyyət verir. Eyni zamanda Çexiya Baş naziri Andrey Babişin Aİ hüdudlarından kənara ilk rəsmi səfərini məhz Azərbaycana etməsi rəsmi Praqanın Bakıya verdiyi strateji önəmin aydın təzahürü idi.

Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda bu mühüm məqama diqqət çəkərək vurğuladı ki, biz bunu dostluq, hörmət əlaməti kimi görürük və bu, həmçinin göstərir ki, həqiqətən hər iki ölkənin bir-birinə ehtiyacı var.

 Aprelin 27-də Qəbələdə keçirilən görüşlər, mətbuata verilən bəyanatlar və birgə biznes-forum iki ölkə arasındakı münasibətlərin dərinliyini bir daha təsdiqlədi.

Prezident İlham Əliyev mətbuata bəyanatında ölkələrarası əlaqələrin dinamikasına diqqət çəkərək bildirdi: "Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər - həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var".

Bu gün Azərbaycan bir çox olkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır. Öz enerji resurslarını dünya bazarlarına ixrac edən etibarlı ölkələrdən olan Azərbaycan 16 ölkəyə qaz ixrac edir ki, onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. 

Qəbələdə keçirilən Azərbaycan-Çexiya biznes-forumunda çıxış edən Prezident İlham Əliyev söylədi ki, iki ölkə Azərbaycandan ardı kəsilməyən neft təchizatı ilə enerji sahəsində artıq yaxşı tərəfdaşlıq qurub: "Bu gün biz təbii qaz sahəsində əməkdaşlığın başlanılması imkanlarını geniş şəkildə müzakirə etdik. Neft, qaz, neftayırma məhsulları, neft-kimya, gübrələr, elektrik enerji, süni zəka, məlumat mərkəzləri böyük potensial əsasında ikitərəfli qaydada hər iki ölkənin fəal işlədiyi bütün digər sahələri əhatə edəcək strateji əməkdaşlığın qurulması məqsədilə həmin məsələlərə geniş perspektivdən nəzər saldıq".

Baş nazir Andrey Babiş öz növbəsində mətbuata bəyanatında Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki əvəzsiz rolunu vurğulayaraq, ölkəmizi strateji müttəfiq kimi xarakterizə etdi: "Azərbaycan Çex Respublikasının strateji tərəfdaşıdır. Buna görə məmnunam ki, münasibətlərimiz də dostluğa söykənir... ... Cənab Prezident, biz buraya ÇES adlanan yarıdövlət şirkətimizlə gəlmişik və o, buradan qaz təchizatı ilə bağlı müqavilə imzalamaq istəyir. Siz əsasən hasilatı artıracaqsınız. ÇES şirkətinin baş icraçı direktoru buradadır. O, ən iri qazpaylayıcı şirkətlərdən biri olan ÇES ilə qaz təchizatı haqqında Sizinlə uzunmüddətli müqaviləni gələcəkdə imzalasa, təbii ki, çox məmnun olardı. Beləliklə, Azərbaycan neftdən əlavə, bu sahədə de-fakto bizim strateji tərəfdaşımız ola bilər". 


İqtisadi əməkdaşlıq


İki ölkə arasındakı iqtisadi göstəricilər real nəticələrə söykənir. Ötən il 814 milyon dolları keçən ticarət dövriyyəsi Azərbaycanın Çexiya üçün Avropa İttifaqı daxilində mühüm tərəfdaş olduğunu sübut edir. Lakin tərəflər yalnız mövcud vəziyyətlə kifayətlənmək niyyətində deyillər.

Vurğulandığı kimi, Çexiya tərəfi Azərbaycanla uzunmüddətli qaz təchizatı müqavilələri imzalamaqda və bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır.

Bu isə münasibətlərin yeni istiqamətlərə yönəldiyini və əsasən innovativ sahəyə keçdiyini göstərir. Naxçıvanda 500 MVt gücündə fotoelektrik stansiya layihəsində iştirak və hidroelektrik avadanlıqların təchizatı imkanlarının araşdırılması da bunu təsdiq edir. 

Tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlıqda da ortaq mövqedən çıxış edirlər. Çexiya istehsalı olan hərbi məhsulların alınması ilə yanaşı, artıq birgə istehsal sahəsində konkret layihələr müzakirə olunur.

Bakı Metropoliteninin modernləşdirilməsi, həmçinin aviasiya sahəsindəki əməkdaşlıq və sair kimi bir çox sahələr gündəliyin əsas bəndlərindəndir.

Baş nazirin səfəri çərçivəsində 50-yə yaxın Çex şirkətinin iştirakı ilə Qəbələdə keçirilən biznes-forum iqtisadi əlaqələrin şaxələndirilməsi üçün yeni platforma rolunu oynadı. 

Prezident İlham Əliyevin vurğuladığı kimi, əsas hədəf ticarət dövriyyəsinin strukturunu təkmilləşdirmək və qeyri-neft sektorunda qarşılıqlı investisiyaları artırmaqdır.

Hökumətlərarası Komissiyanın səviyyəsinin yüksəldilməsi və birbaşa aviareyslərin turizmə verdiyi töhfə Azərbaycan-Çexiya münasibətlərinin təkcə dövlətlər səviyyəsində deyil, həm də insanlar və biznes qurumları arasında sıx bağlı olduğunu nümayiş etdirir.

Bir sözlə, Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş, regionda isə əsas siyasi-iqtisadi mərkəz statusunu bir daha möhkəmləndirdi. 2015-ci ildə ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin ruhuna uyğun olaraq inkişaf edən bu münasibətlər, hər iki xalqın rifahına və regional sabitliyə xidmət edir.


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keyfiyyətli yuxu sağlamlığın şərtlərindən biridir

09:30
29 Aprel

"Əsərlərimdə insanlara həyata başqa gözlə baxmağın mümkün olduğunu göstərmək istəyirəm"

09:25
29 Aprel

Mütəfəkkir sənətkar, vətənpərvər şair 

09:20
29 Aprel

Yurda dayaq, elə arxa

09:15
29 Aprel

Torpağı qanı bahasına Vətən etdi

09:10
29 Aprel

Tarixin dərsləri

09:05
29 Aprel

Qoşa qanadlı "Günəşli"

09:00
29 Aprel

Ömrünü neft geologiyasına həsr etdi, məşhurluq qazandı

08:55
29 Aprel

Neftçi, alim, pedaqoq

08:50
29 Aprel

İrəvanda bayraq təxribatı: sülh və revanşizm arasında ziddiyyət

08:45
29 Aprel

Ermənistandakı revanşist hərəkətlər sülhü təhdid edir

08:40
29 Aprel

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

08:35
29 Aprel

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığında nümunə

08:30
29 Aprel

Bakı və Praqa strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır

08:25
29 Aprel

Azərbaycan-Çexiya münasibətlərində yeni mərhələ

08:20
29 Aprel

Azərbaycanın yeni inkişaf mərhələsi - rəqəmsal gələcəyin yol xəritəsi

08:15
29 Aprel

Azərbaycan növbəti beynəlxalq tədbirə hazırlaşır

08:13
29 Aprel

Elektron hökumət mexanizmlərinin hüquqi əsasları daha da təkmilləşdirilir

08:10
29 Aprel

Bir ömrün işığında: insanlığa xidmətin ali nümunəsi

08:05
29 Aprel

Sülh və əməkdaşlıq yolunda liderlik nümunəsi

08:00
29 Aprel

"Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:16
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!