01 May 2026 08:23
137
SİYASƏT
A- A+
Din adı altında sülh təhdid olunur

Din adı altında sülh təhdid olunur


İslamofob Ümumdünya Kilsələr Şurası erməni kilsəsinin revanşist ideyalarının əsirinə çevrilib


Azərbaycan min illik multikultural və tolerantlıq ənənələrinə malik ölkə olaraq bu gün də bütün dinlərə, konfessiyalara  dözümlü yanaşması ilə dünyada unikal nümunədir. Lakin bu gerçəyi görməzdən gələn Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) ölkəmizə qarşı birtərəfli və qərəzli mövqe nümayiş etdirməsinin şahidi oluruq. 

ÜKŞ-nin son dövrlərdəki fəaliyyəti və bəyanatları, bu qurumun erməni kilsəsinin revanşist ideyalarının əsirinə çevrildiyini göstərir. Ölkəmizə qarşı davamlı olaraq qərəz nümayiş etdirən ÜKŞ bu il 23 aprel tarixli bəyanatında da bölgədə baş vermiş son hadisələri ciddi şəkildə təhrif edərək analoji anti-Azərbaycan ritorikasını davam etdirib. Bu bəyanatla adıçəkilən qurum təkcə islamofob xətt tutduğunu deyil, həm də bölgədə məhz Azərbaycanın səyləri ilə bərqərar olan sülhü açıq hədəf aldığını ortaya qoyur. 


İşğal dövründə Azərbaycanın tarixi, dini, mədəni irsi soyqırımına məruz qalıb


ABŞ Dövlət Departamentinin dünyada dini etiqad azadlığının vəziyyəti ilə bağlı 2021-ci il üçün illik hesabatında göstərilib ki, Azərbaycanda Rus pravoslav kilsəsi, Gürcü pravoslav kilsəsi, Erməni apostol kilsəsi, Yeddinci günün adventistləri, Molokan kilsəsi, Roma katolik kilsəsi, yevangelistlər, baptistlər və Yehovanın şahidləri, yəhudilərin və bəhailərin sinaqoqları, məbədləri və digər dini evləri fəaliyyət göstərir. Həmçinin eyni sənəd Ermənistanın işğal dövründə törətdiyi vandalizmi də ifşa edir. Qeyd olunur ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş diplomatların, vətəndaş cəmiyyəti nümayəndələrinin və jurnalistlərin sözlərinə görə, Ermənistanın nəzarəti altında olarkən bu ərazilərdə yüzlərlə abidələr, o cümlədən etnik azərbaycanlıların istifadə etdiyi məscidlər, ziyarətgahlar talan edilib, vandalizmə, təhqirlərə məruz qalıb və ya tamamilə dağıdılıb. Məsələn, Füzuli rayonundakı 19-cu əsrə aid olan Hacı Ələkbər məscidinin ermənilər tərəfindən dağıdılmasını, Ağdamdakı Cümə məscidinin üzərində erməni dilində qraffiti yazılmasını və mehrabının güllələnməsini qeyd etmək olar. Ağdam rayonundakı qəbiristanlıqlar, o cümlədən şəhərin Şəhidlər xiyabanı və İmarət Qərvənd qəbiristanlığının 18-ci əsrə aid müqəddəs və tarixi məqbərələri təhqir edilib, talan edilib və ya dağıdılıb. 

Ümumiyyətlə, erməni barbarları mədəni irsimizə qənim kəsiliblər, tarixi Azərbaycan ərazisi olan İrəvan quberniyası ərazisində 300 məscidi Yer üzündən siliblər. 30 il ərzində işğalda saxladıqları Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan xalqına qarşı mədəni soyqırımı törədiblər. Həmin dövrdə bu ərazilərdəki islam mədəniyyətinə aid olan bütün məscidlər, abidələr dağıdılıb. Bu ərazilərdə olan alban məbədlərindən isə məkrli planlarını həyata keçirmək üçün istifadə ediblər. Bu abidələri özününküləşdirmək üçün tarixi faktları saxtalaşdırıblar. Araşdırmaçıların bildirdiyinə görə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində 200-ə yaxın alban məbədi, monastrı mövcuddur. Ermənilər işğal dövründə Qafqaz Albaniyasına məxsus irsi dağıdıblar və onların bir çoxunu dəyişdiriblər. Alban irsinin bölgənin tarixi baxımından əhəmiyyətini dərk edən ermənilər həm işğal illərində, həm də ondan əvvəl bu irsə sahib çıxmaq və elə bu yolla da Azərbaycan torpaqlarına iddialarını gücləndirmək üçün ciddi saxtakarlıqlara əl atıblar. Alban irsinə aid olan bir çox abidə mənimsənilib, həmçinin ermənilərin səyləri ilə beynəlxalq səviyyədə erməni irsi kimi tanınıb. 

Bütün bu faktlara rəğmən Ümumdünya Kilsələr Şurası birtərəfli mövqeyini davam etdirərək Qarabağda heç zaman mövcud olmamış "erməni dini irsi"ndən bəhs edir. Bununla islamofob qurum hazırda bölgədə mövcud olan kövrək sülh mühitini pozmaq üçün nifaq toxumları səpir. 

Hər kəs bilir ki, sonradan köçdükləri ərazilərin tarixini saxtalaşdırmaq, dini və digər abidələri məhv etmək, orada kilsə tikərək bir müddətdən sonra həmin yerin onlara məxsus olduğunu iddia etmək ermənilərin köhnə xəstəliyidir. 

İşğal edilmiş ərazilərdə hər hansı tikintinin aparılması qeyri-qanuni sayılır və beynəlxalq hüquqla da qadağan olunur. Buna görə də ermənilərin işğal zamanı Qarabağ və Şərqi Zəngəzurda "kilsə" və sair adlar altında tikdikləri hərbi və digər obyektlər heç bir halda "Qarabağdakı erməni dini irsi" kimi təqdim edilə bilməz. Yumşaq ifadə etsək, bu gülüncdür. Ümumdünya Kilsələr Şurası kimi beynəlxalq din qurumunun bu cür böhtan xarakterli iddiaları isə həqiqətən dünya üçün faciəvi və ikrahdoğurucu haldır. 


ÜKŞ sülh prosesini pozan qızışdırıcı təbliğat aparır


Ümumdünya Kilsələr Şurasının bu ilin 23 aprelində verdiyi bəyanatda səsləndirdiyi anti-Azərbaycan fikirləri təşkilatın obyektivliyini itirdiyini bir daha sübut edir. Şeyxülislam Allahşükür Paşazadə qurumun baş katibi Æerri Pillaya ünvanladığı 29 aprel tarixli məktubunda bu qərəzli yanaşmanı kəskin tənqid edərək bildirib: "Təəssüf ki, bəyanatda ölkəmizə münasibətdə regionda baş vermiş son hadisələr ciddi şəkildə təhrif olunur və belə yanaşma sərgilənməsi qəbuledilməzdir. Təmaslarımız zamanı etiraf etmişdiniz ki, erməni kilsələri mütəmadi olaraq sizə təsir etməyə cəhd göstərir. Təəssüf ki, görünür bu cəhdlər öz "bəhrəsini" verməkdədir və ÜKŞ həqiqətə uyğun olmayan və sülh prosesini pozan qızışdırıcı təbliğatın aparılmasında və məsələyə süni şəkildə dini çalarlar gətirmək cəhdlərində alət kimi istifadə olunmaqdadır".

Şeyxülislam öz məktubunda beynəlxalq hüququn təməl prinsiplərini xatırladaraq vurğulayıb: "Azərbaycanın tarixi torpaqlarını erməni ərazisi kimi təqdim etmək beynəlxalq hüququn pozulması və tarixi reallıqlara məhəl qoymamaqdır... ...Ötən ilin avqust ayında Vaşinqton Sammiti zamanı Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişində birmənalı olaraq hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmət ifadə olunur. Buna baxmayaraq, erməni kilsəsi hər zaman olduğu kimi, Qarabağın Azərbaycanın suveren ərazisi olması faktını qəbul etmir, erməniləri işğalçılıq siyasətinə, aqressiv separatizmə və revanşizmə çağırır, bu da, öz növbəsində iki ölkə arasında sülh prosesinə ciddi maneələr yaradır".

 ÜKŞ-nin ermənilərin Qarabağdan "zorla qovulması" barədə iddiaları tamamilə əsassızdır. BMT missiyaları da ərazidə heç bir mülki zorakılığın olmadığını rəsmən təsdiqləyib. Allahşükür Paşazadə məktubunda bu məqama toxunaraq qeyd edib ki, erməni əhali ərazini könüllü tərk edib və onlara qarşı heç bir təzyiq göstərilməyib.

Məktubda vurğulanan bu və digər məqamlar həm də iki ölkə arasındakı mədəni və mənəvi fərqi ortaya qoyan ən böyük faktlardır.  

Məktubun sonunda Şeyxülislam Allahşükür Paşazadə ÜKŞ-ni siyasi təxribatlara uymamağa və obyektiv olmağa çağırıb: "Ümumdünya Kilsələr Şurası kimi nüfuzlu beynəlxalq dini qurumu regionla bağlı mövqelərini formalaşdırarkən balanslı, obyektiv və təsdiqlənmiş məlumatlara əsaslanmağa çağırırıq. Dini platformaların siyasiləşdirilməsi və selektiv yanaşmalar sülh və barışıq prosesinə töhfə vermir.

Ümid etmək istəyirəm ki, ÜKŞ keçmişdən qalan siyasi təxribatlara uymayaraq, erməni kilsəsinin ixtilafları qızışdırmaq cəhdlərinə ədalətli yanaşma nümayiş etdirəcək, bölgəmizdə davamlı sülhün bərqərar olmasına maneə olan cəhdlərə yol verməyəcəkdir".

Azərbaycan dövləti bu gün işğaldan azad olunmuş ərazilərdə həm islam, həm də xristian irsini (alban abidələri) bərpa edərək tarixi ədaləti yoluna qoyur. ÜKŞ-nin isə bu prosesə kölgə salmaq cəhdləri yalnız regionda sülhün əngəllənməsinə xidmət edən uğursuz addımdır. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ürək sağlamlığı hər yaşda qorunmalıdır

09:00
01 May

Beynəlxalq Xalça Festivalı sərgilərlə zəngin olacaq

08:55
01 May

Adı ədəbiyyat tariximizə əbədi həkk olunmuş şair

08:50
01 May

Xalqının fədakar övladı

08:45
01 May

BP-nin Azərbaycan təhsilinə növbəti dəstəyi 

08:40
01 May

Dövlətinə və özünə güvən - irəlilə

08:35
01 May

İKT cəmiyyətə nə verir

08:30
01 May

Təbiətin sınağı, dövlətin qayğısı

08:25
01 May

Din adı altında sülh təhdid olunur

08:23
01 May

Sülh müharibədən daha yaxşıdır 

08:20
01 May

Liderlik nümunəsi

08:15
01 May

Heydər Əliyev siyasətinin təntənəsi

08:10
01 May

Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu güclənir

08:05
01 May

Azərbaycanın sülh strategiyasının alternativi yoxdur

08:00
01 May

Y.P.Kamayevin "Şöhrət" ordeni ilətəltif edilməsi haqqında

00:49
01 May

Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında  

00:48
01 May

"Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında 

00:47
01 May

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:46
01 May

Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi QAYDALARI

00:44
01 May

“Neftçi” 5 il sonra “Qarabağ”a qalib gəldi

22:51
30 Aprel

ABŞ-də 75 gündən sonra Daxili Təhlükəsizlik Departamentinin maliyyələşməsi bərpa edilir

22:46
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!