16 Yanvar 2026 08:50
743
Mədəniyyət
A- A+
Tolerantlıq və mədəni müxtəlifliyin Azərbaycan modeli

Tolerantlıq və mədəni müxtəlifliyin Azərbaycan modeli


Azərbaycan tarix boyu mədəniyyətlərin, dinlərin, dillərin və müxtəlif həyat tərzlərinin qovuşduğu unikal məkan olub. Ölkəmizdə fərqliliklər heç vaxt parçalanmaya səbəb olmayıb. Əksinə, milli birliyin, qarşılıqlı hörmətin və tolerantlığın möhkəm təməli formalaşıb. Məhz bu xüsusiyyət Azərbaycan cəmiyyətini regionda və dünyada seçilən, özünəməxsus mədəni kimliyə malik bir topluya çevirib.

2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsi bu birliyin sadəcə tarixi yaddaşında deyil, real həyatda, döyüş meydanında necə sarsılmaz gücə çevrildiyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın etnik, dini və mədəni müxtəlifliyini təşkil edən bütün xalqlar işğalçıya qarşı vahid amal, bayraq və Vətən naminə ölüm-dirim savaşında bir yumruq kimi birləşdilər. Döyüş meydanında çiyin-çiyinə vuruşan, arxa cəbhədə ürəkləri bir  döyünən xalqımız sübut etdi ki, Azərbaycanı güclü edən təkcə silahı və ordusu deyil, onun sarsılmaz milli birliyi, torpaq sevgisi və xalqın dövlətinə sədaqətidir. Bu birlik düşmənə qarşı ən güclü cavab, tarix qarşısında isə əbədi qürur salnaməsi oldu.

Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası milli birliyin və mədəni müxtəlifliyin ahəngdar vəhdətini təmin edən əsas siyasi-fəlsəfi xətt kimi tarixə düşüb. Ümummilli Lider mədəniyyəti yalnız estetik və ya yaradıcılıq sahəsi kimi deyil, dövlətin ideoloji dayağı, milli kimliyin qoruyucusu və cəmiyyətin mənəvi sütunu kimi dəyərləndirirdi. Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə dinindən və dilindən asılı olmayaraq heç kimə fərq qoyulmadan mədəniyyət xadimlərinə göstərilən diqqət, onların sosial rifahının yaxşılaşdırılması, fəxri adların verilməsi, sənətkarların xatirəsinin əbədiləşdirilməsi ardıcıl və sistemli dövlət siyasətinin tərkib hissəsinə çevrildi.

Bu siyasət indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək müasir çağırışlara uyğun inkişaf etdirilir. Dövlət başçısının mədəniyyət sahəsində apardığı siyasətin əsas prioriteti minilliklərin süzgəcindən keçmiş milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, onların qlobal mədəni mühitə inteqrasiyasını təmin etməkdir. Məhz bu baxımdan "Azərbaycan mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası yalnız strateji sənəd deyil, milli mədəniyyətimizin gələcəyə yönəlmiş yol xəritəsidir.

Müasir Azərbaycan cəmiyyətində mədəni müxtəlifliyin qorunması milli birliyə alternativ deyil, onun ayrılmaz tərkib hissəsidir. Fərqli etnik, dini və mədəni qrupların öz kimliyini sərbəst şəkildə yaşatması dövlət tərəfindən təmin olunur və bu müxtəliflik vahid azərbaycançılıq ideyası ətrafında birləşir. Bu model göstərir ki, güclü dövlət vahidliklə yanaşı, fərqliliyə hörmət üzərində qurulur.

Konkret şəkildə deyə bilərik ki, Azərbaycan birmənalı və ardıcıl surətdə dövlət səviyyəsində mədəni müxtəlifliyin qorunmasına və inkişafına böyük önəm verir. Bu siyasət çərçivəsində ölkənin müxtəlif bölgələrində tarixi və dini irs nümunələrinin bərpası və qorunması işləri sistemli şəkildə həyata keçirilir. Kilsələr, sinaqoqlar və digər dini ibadətgahlar yenidən təmir edilərək həm yerli əhalinin, həm də turistlərin istifadəsinə verilir. Bu təşəbbüslər yalnız memarlıq və tarixə hörmətin ifadəsi deyil, eyni zamanda Azərbaycanın tolerantlıq, sülh və dini dözümlülük prinsiplərinə sadiqliyinin ən yaxşı nümunəsidir. Dövlətin bu diqqəti mədəniyyətin və dinlərin birgəyaşayış modeli kimi uğurla inkişaf etməsinə imkan yaradır və Azərbaycanı bölgədə nümunəvi tolerantlıq mərkəzinə çevirir.

Azərbaycan yalnız tarixi torpaqlarında fərqli mədəniyyətlərin və xalqların birləşdiyi məkan deyil, həm də bütün dinlərin sülh və qarşılıqlı hörmət şəraitində mövcud olduğu bir ölkədir. Aparılan ardıcıl dövlət siyasəti nəticəsində Azərbaycan bütün beynəlxalq dini konfessiyaların rahatlıqla müzakirələr apardığı, dialoq və əməkdaşlıq mühiti yarandığı bir məkana çevrilib. Burada dini müxtəliflik dövlətin və cəmiyyətin dayanıqlı inkişafının təməl daşıdır. Fərqliliklər ayrı-seçkilik deyil, həmrəyliyin və vəhdətin zənginliyi kimi qiymətləndirilir. Azərbaycan tolerantlıq modelini təkcə öz xalqı üçün deyil, bütün region və dünya üçün nümunəvi bir təcrübə kimi təqdim edir.

"Azərbaycan mədəniyyəti - 2040" Konsepsiyasında mədəniyyətin həyat tərzinin ayrılmaz hissəsi kimi təqdim olunması təsadüfi deyil. Mədəniyyət insanın dünyagörüşünü formalaşdırır, onun cəmiyyətlə münasibətlərini tənzimləyir və sosial ədalətin bərqərar olunmasına xidmət edir. Sağlam mədəni mühit formalaşdırılmadan nə dayanıqlı inkişafdan, nə də rəqabətqabiliyyətli insan kapitalından danışmaq mümkündür.

Ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunmuş Azərbaycanda mədəniyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Qarabağ və Şərqi Zəngəzurda mədəni həyatın dirçəldilməsi, tarixi-mədəni abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması milli birliyin praktik təzahürüdür. Bu proses göstərir ki, mədəniyyət təkcə keçmişin yadigarı deyil, həm də gələcəyin qurulmasında mühüm strateji alətdir.

Nəticə etibarilə Azərbaycan cəmiyyətində mədəni müxtəlifliyin qorunması və milli birliyin möhkəmləndirilməsi paralel şəkildə həyata keçirilən, bir-birini tamamlayan proseslərdir. "Azərbaycan mədəniyyəti - 2040" Konsepsiyası bu vəhdətin ideoloji, hüquqi və institusional əsaslarını müəyyən etməklə mədəniyyətin dövlət və cəmiyyət həyatındakı rolunu yeni mərhələyə yüksəldir. Bu sənəd Azərbaycanın təkcə bugününü deyil, gələcək nəsillərin milli-mənəvi kimliyini də təmin edən strateji baxışın ifadəsidir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran raketinə atılan hava hücumundan müdafiə mərmisinin qalıqları Türkiyənin cənubuna düşüb  

16:26
04 Mart

Maliyyə Monitorinqi Xidməti: Azərbaycan beynəlxalq maliyyə sistemində etibarlı tərəfdaş statusunu möhkəmləndirir  

16:25
04 Mart

BAEA: İranda radioaktiv şüalanma riski aşkar edilməyib

16:23
04 Mart

İqtisadiyyat Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş: Mentorluq proqramı nələri vəd edir?  

16:22
04 Mart

Proqnozlar Bürosu növbəti 2 günə gözlənilən hava şəraitini açıqlayıb

15:56
04 Mart

Qlobal bazarları neft şoku qorxusu bürüyüb

15:54
04 Mart

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

15:53
04 Mart

ABŞ Prezidenti İspaniyaya qəzəblənib

15:52
04 Mart

Baş prokuror Kürdəmir rayonunda vətəndaşların müraciətlərini dinləyib  

15:51
04 Mart

İrandakı 253 Rusiya vətəndaşı Azərbaycan vasitəsilə təxliyə edilib

15:50
04 Mart

Sabunçuda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

15:49
04 Mart

İrandan daha 35 çinli təxliyə olundu 

15:48
04 Mart

Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsinin artırılması hədəflənir

15:32
04 Mart

 “Starlink”dən uğurlu həllər

15:24
04 Mart

Təxliyə olunan azərbaycanlı: Sərhəddən keçidə icazə verildiyini televiziyadan öyrəndik

15:08
04 Mart

Türkiyə enerji səmərəliliyinə 20 milyard dollara qədər investisiya qoyacaq

14:42
04 Mart

İrandan təxliyə olunan çinli: Azərbaycan hökumətinə çox minnətdarıq

14:39
04 Mart

Ermənistanın Baş naziri: Azərbaycanla sülh regiondakı mühiti yaxşılaşdırır

14:30
04 Mart

“OpenAI” şirkəti NATO ilə yeni müqavilə bağlamaq niyyətindədir

14:27
04 Mart

Kənan Kərimzadə: Yaxın zamanda ictimai nəqliyyatda endirimlər tələbələrə də şamil olunacaq 

14:10
04 Mart

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib  

14:06
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!