27 Fevral 2026 20:29
262
Mədəniyyət
A- A+
Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  


ABŞ-nin paytaxtı Vaşinqtonda Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Qaranlıqdan işığa” adlı sərgi və rekviyem konserti keçirilib. Tədbir Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyi tərəfindən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, anım axşamında ABŞ-də akkreditə olunmuş bir neçə dövlətin səfirləri, diplomatik korpusun nümayəndələri, yerli ictimaiyyət nümayəndələri və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində görkəmli azərbaycanlı rəssam Nazim Məmmədovun Xocalı faciəsinə həsr olunmuş “Xocalı fəryadı” adlı sərgisi nümayiş etdirilib. Sərgidə 1992-ci ilin fevral hadisələri ilə əlaqəli ağrı, faciə və insan əzablarını əks etdirən bir sıra əsərlər yer alıb. Rəssam kolleksiya üzərində on il ərzində çalışıb, onu özünün yaradıcı və vətəndaşlıq missiyası kimi qəbul edib.

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim çıxışında tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb və tarixin faciəli səhifələrinin yaddaşlarda qalmaqla yanaşı, həm də gələcək nəsillər üçün məsuliyyət mənbəyi kimi xidmət etməli olduğunu qeyd edib.

“Arts Council Azerbaijan”ın rəhbəri, ictimai xadim Dadaş Məmmədov “Xocalı fəryadı” sərgisi və kolleksiyasının yaranma tarixindən danışaraq rəssamın hansı dərin emosional və yaradıcılıq yolundan keçdiyini qeyd edib.

O, 40-dan çox əsərdən ibarət seriyanın ilk dəfə 2002-ci ildə - faciənin 10-cu ildönümü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində təqdim olunduğunu vurğulayıb. Bundan sonra bütün kolleksiya muzeyə bağışlanıb və onun fondunda saxlanılır. Vaşinqtonda kolleksiyanın yalnız kiçik, reproduksiya kimi təqdim olunan hissəsi sərgilənir.

Rəsmi çıxışlardan sonra azərbaycanlı bəstəkar və pianoçu Turan Manafzadənin konserti olub. Proqrama xatirə, kədər və mənəvi güc mövzuları ilə dolu əsərlər daxildir. Konsert zamanı zalda Konstantin Meldyaşevin “Xocalı” videoinstalyasiyası yayımlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında

01:59
28 Fevral

"Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında

01:57
28 Fevral

Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında

01:55
28 Fevral

C.R.Hüseynovun Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında

01:54
28 Fevral

C.R.Hüseynovun Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:52
28 Fevral

K.V.Məmmədzadənin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında

01:51
28 Fevral

E.E.Məmmədovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 

01:49
28 Fevral

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!