13 Yanvar 2022 02:00
233
Oxucu məktubları

“Ticarət mərkəzinin fəaliyyəti nəzarətə götürülmüşdür”

 

Qəzetimizin 5 dekabr 2021-ci il tarixli nömrəsində dərc olunmuş “Şəmkir səbəti” bazarı infeksiya mənbəyidir” başlıqlı oxucu məktubunda qaldırılmış problemlə bağlı Qida Təhlükəsizliyi Agentliyi redaksiyamıza cavab göndərmişdir. Məktubda bildirilir:

“Sizin Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Bakı-Qazax yolunun üzərində yerləşən “Şəmkir səbət” ticarət mərkəzi barəsində “Azərbaycan” qəzetinin 05.12.2021-ci il tarixli sayında dərc edilmiş “Şəmkir səbəti” bazarı infeksiya mənbəyidir” sərlövhəli məqalədə qaldırılmış problemlər barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə 08.12.2021-ci il tarixli məktubunuza aidiyyəti üzrə agentliyin Tovuz regional bölməsində baxılmışdır.

Müraciətinizdə göstərilənlərin araşdırılması məqsədilə “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə məxsus Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Bakı-Qazax yolunun üzərində yerləşən “Şəmkir səbət” ticarət mərkəzində regional bölmənin əməkdaşları tərəfindən plandankənar (növbədənkənar) yoxlama həyata keçirilmişdir.

Nəzərinizə çatdırmaq istəyirik ki, ticarət mərkəzinin səlahiyyətli nümayəndəsinə yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə, həmçinin istehlakçı hüquqlarına dair müvafiq qanunvericiliyin tələbləri izah edilmişdir və ticarət mərkəzinin fəaliyyəti nəzarətə götürülmüşdür”. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video