08 May 2024 17:25
347
Elm və texnika
A- A+

Kosmos üçün nəzərdə tutulmuş yeni skafandr təqdim edilib

 

“SpaceX” şirkəti “EVA” (Extravehicular Activity) adlı yeni skafandrını təqdim edib. O, bütün mümkün testlərdən uğurla keçib. Skafandr “Polaris” kosmik uçuş proqramı çərçivəsində şirkətin “Crew Dragon” kosmik gəmisindən açıq kosmosa çıxış üçün istifadə ediləcək.
“EVA” şirkətin hazırda uçuş missiyalarında istifadə edilən skafandrların əsasında hazırlanıb. “SpaceX” mühəndisləri yeni skafandrın konstruksiyasında çoxlu sayda dəyişiklik ediblər. Nəticədə skafandrı kosmik gəmidən kənarda istifadə etmək daha əlverişli olub. Mühəndislər skafandrın hərəkət edən sahələrinin konstruksiyasını təkmilləşdiriblər.
Skafandrın təkmilləşdirilmiş dəbilqəsi astronavtın gözlərinin Günəş işığından qorunması üçün yeni növ örtüyə sahibdir. Dəbilqəyə proyeksiya ekranı da inteqrasiya edilib. Astronavt açıq kosmosa çıxan zaman skafandrın vəziyyəti ilə bağlı məlumatları həmin proyeksiya ekranında görə biləcək.
“EVA” ilk dəfə “Polaris” proqramının bir hissəsi olan “Polaris Dawn” adlı missiya çərçivəsində istifadə ediləcək. Proqram milyarder Jared Isacman tərəfindən maliyyələşdirilir. O, 3 nəfərlə birlikdə kosmosa turistik uçuşda iştirak edəcək. Məhz həmin uçuş çərçivəsində “Crew Dragon” kosmik gəmisindən açıq kosmosa çıxışın reallaşdırılması planlaşdırılır.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video