03 Aprel 2026 08:25
149
SİYASƏT
A- A+
Təhlükəsizliyin və sabitliyin Azərbaycan nümunəsi

Təhlükəsizliyin və sabitliyin Azərbaycan nümunəsi


Azərbaycan Respublikası həssas və mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, uğurlu təhlükəsizlik siyasəti sayəsində dünyada çox yüksək sabitlik reytinqinə malikdir. Prezident İlham Əliyevin dediyi kimi, təhlükəsizlik, sabitlik məsələləri hər hansı bir ölkənin gündəliyində heç vaxt olmadığı qədər birnömrəli məsələ kimi qalmalıdır. Çünki bu olmadan bütün başqa səylər mənasızdır.

"Global Terrorism Index 2026" (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib. Hesabatda Azərbaycan daha da irəliləyərək dünyanın ən təhlükəsiz ölkələri sırasında yer alıb. Belə ki, ötən il terror təhlükəsi üzrə "0.233" indekslə 90-cı pillədə qərarlaşan ölkəmiz 2026-cı ildə üç pillə yüksələrək "0.123" indekslə 93-cü yerə yüksəlib. Bu göstərici Azərbaycanın terror təhlükəsi baxımından qlobal miqyasda ən təhlükəsiz ölkələrdən biri olduğunu bir daha təsdiqləyir. 

Bu reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır.

Bu reytinq dövlətimizin həyata keçirdiyi təhlükəsizlik və sabitlik siyasətinin, hüquq-mühafizə orqanlarının peşəkar fəaliyyətinin real göstəricisidir. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan kifayət qədər mürəkkəb geosiyasi bölgədə yerləşir. Regionda illərlə davam edən münaqişələr, sərhəd təhlükələri, radikal qruplaşmaların müxtəlif coğrafiyalarda fəallaşması fonunda ölkəmizdə sabitliyin qorunması heç də sadə məsələ deyil.

Qeyd edək ki, inkişaf etmiş dövlətlər belə, terror təhlükəsi baxımından Azərbaycandan geridədirlər. Bu, sözsüz ki, Azərbaycanın təhlükəsizlik siyasətinin effektivliyini daha aydın şəkildə ortaya qoyur. Eyni zamanda görünən odur ki, ölkəmiz Cənubi Qafqaz regionunda təhlükəsizlik baxımından da liderdir. Bu həm də mövcud ictimai-siyasi sabitlikdən xəbər verir. 

Digər mühüm məqam isə Vətən müharibəsində Zəfər və sonrakı antiterror tədbirləri ilə bağlıdır. Azərbaycanın öz suverenliyini tam təmin etməsi, bölgədə qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi, dövlət nəzarətinin bütün ərazilərdə bərpa olunması ölkəmizdə təhlükəsizlik mühitinin daha da möhkəmlənməsinə ciddi töhfə verib. Bütün bu faktorlar da reytinqdə yüksəlişin əsas səbəblərindən biri kimi qiymətləndirilir.

Bu gün dünyanın müxtəlif regionlarında müharibələr, silahlı toqquşmalar, terror təhdidləri və qeyri-sabitlik ocaqları genişlənməkdədir. Belə bir vəziyyətdə Azərbaycanın sabitlik adası kimi seçilməsi dövlətimizin böyük uğurudur. "Global Terrorism Index 2026" hesabatı isə bu uğurun beynəlxalq səviyyədə təsdiqidir. 


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 141 dollardan baha satılır

09:57
03 Aprel

Tramp yenidən İranı körpülərə və elektrik stansiyalarına zərbələr endirməklə hədələyib  

09:42
03 Aprel

Tramp administrasiyasından daha çox məmur ayrıla bilər

09:41
03 Aprel

CNN: İran hələ də əhəmiyyətli raket imkanlarına malikdir

09:32
03 Aprel

Hava çirkliliyi qlobal böhrandır

09:10
03 Aprel

"Ən böyük arzumuz doğma yurda qayıtmaqdır"

09:05
03 Aprel

Qərbi Azərbaycanın bərpaolunan enerji mənbələri

09:00
03 Aprel

Samidin qəhrəmanlıq dastanı

08:55
03 Aprel

Zəfərə cığır açanlardan oldu

08:50
03 Aprel

İranda Kərəc körpüsü ikinci dəfə hədəf alınıb, 8 nəfər ölüb

08:45
03 Aprel

Döyüş bölgəsinə köməyə getdi, şəhid oldu

08:45
03 Aprel

Aprel Zəfərindən Bütöv Azərbaycana

08:40
03 Aprel

Hərb tariximizi şərəfləndirən Aprel döyüşləri

08:35
03 Aprel

Bakının diktəsi, İrəvanın etirafları

08:30
03 Aprel

Təhlükəsizliyin və sabitliyin Azərbaycan nümunəsi

08:25
03 Aprel

Fermerlərin işini asanlaşdıran qabaqcıl texnologiyadır

08:23
03 Aprel

Siyasi reallığın rəsmi etirafı

08:20
03 Aprel

TDT qlobal iqtisadi aktora çevrilmək potensialına malikdir

08:15
03 Aprel

Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş "dəyirmi masa" keçirilib

08:10
03 Aprel

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb

08:05
03 Aprel

Bizi birləşdirən təkcə kökümüz deyil

08:00
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!