03 Aprel 2026 08:15
187
SİYASƏT
A- A+
TDT qlobal iqtisadi aktora çevrilmək potensialına malikdir

TDT qlobal iqtisadi aktora çevrilmək potensialına malikdir


Türk Dövlətləri Təşkilatı (TDT) baş nazirlərinin görüşlərinin əsas məqsədi üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələrini, nəqliyyat-logistika, enerji və rəqəmsal transformasiya sahələrində əməkdaşlığı gücləndirmək, həmçinin dövlət başçılarının müəyyən etdiyi strateji hədəfləri reallaşdırmaq üçün praktiki addımlar atmaqdır. 

Azərbaycanın bu il TDT-nin ev sahibi olduğunu xatırladan Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, bu çərçivədə Qəbələdə keçirilən 13-cü Zirvə görüşü zamanı əsas prioritetlər müəyyənləşdirilib, yeni sahələrdə əməkdaşlıq yaranıb. Bu gün enerji, "yaşıl enerji" də daxil olmaqla, bağlantılar, hərbi və müdafiə sahəsində, o cümlədən "yumşaq güc" siyasəti üzrə TDT ölkələri arasında əməkdaşlıq mövcuddur. "Həmçinin TDT daxilində çoxlu platformalar yaranıb. Bu platformalar üzrə də dövlət və özəl qurumların qarşılıqlı əməkdaşlığı davam edir və onların gündəlik fəaliyyətinin tərkib hissəsinə çevrilib. Yəni, dövlət üçün vacib siyasi istiqamət xalqlar üçün də prioritet hesab olunaraq, qarşılıqlı fayda verəcək əməkdaşlıqlar təşviq edilir", - deyə o bildirib. 

Deputat qeyd edib ki, hazırkı qlobal təhdid və çağırışlar fonunda TDT kimi regional təşkilatların rolu dünyada artmaqdadır. Son olaraq Naxçıvana dron hücumundan sonra Türkiyədə TDT təhlükəsizlik toplantısı keçirilib və müzakirələr aparılmışdı. Bakıda keçirilən görüşə gəldikdə isə nəqliyyat və logistika infrastrukturunun inkişafı, Orta dəhlizin potensialının artırılması TDT baş nazirlərinin müzakirəsinin diqqət mərkəzində olub. 

P.Vəliyeva deyib ki, TDT çərçivəsində iqtisadi əməkdaşlıq mexanizmlərinin səmərəliliyinin artırılması, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi, o cümlədən elektron sistemlərin tətbiqi ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına imkan verəcək: "Türk Dövlətləri Təşkilatı yalnız mədəni və tarixi yaxınlıq platforması deyil, o həm də real siyasi-iqtisadi güc mərkəzinə çevrilir. Təşkilat regional ittifaqdan qlobal iqtisadi aktora çevrilmək potensialına və gələcəkdə vahid iqtisadi blok kimi çıxış etmək imkanına malikdir.  Hazırda "orta güc" olan türk dünyasının strateji çəkisi getdikcə artır. Türk dünyası heç vaxt bu qədər yaxın olmayıb, bu təşkilat daxilində siyasi yaxınlaşma sürətlənib, ortaq maraqlar daha aydın formalaşıb. Bu isə xüsusilə, Cənubi Qafqaz, Mərkəzi Asiya və Qara dəniz regionu üçün yeni geosiyasi balans yaradır".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 141 dollardan baha satılır

09:57
03 Aprel

Tramp yenidən İranı körpülərə və elektrik stansiyalarına zərbələr endirməklə hədələyib  

09:42
03 Aprel

Tramp administrasiyasından daha çox məmur ayrıla bilər

09:41
03 Aprel

CNN: İran hələ də əhəmiyyətli raket imkanlarına malikdir

09:32
03 Aprel

Hava çirkliliyi qlobal böhrandır

09:10
03 Aprel

"Ən böyük arzumuz doğma yurda qayıtmaqdır"

09:05
03 Aprel

Qərbi Azərbaycanın bərpaolunan enerji mənbələri

09:00
03 Aprel

Samidin qəhrəmanlıq dastanı

08:55
03 Aprel

Zəfərə cığır açanlardan oldu

08:50
03 Aprel

İranda Kərəc körpüsü ikinci dəfə hədəf alınıb, 8 nəfər ölüb

08:45
03 Aprel

Döyüş bölgəsinə köməyə getdi, şəhid oldu

08:45
03 Aprel

Aprel Zəfərindən Bütöv Azərbaycana

08:40
03 Aprel

Hərb tariximizi şərəfləndirən Aprel döyüşləri

08:35
03 Aprel

Bakının diktəsi, İrəvanın etirafları

08:30
03 Aprel

Təhlükəsizliyin və sabitliyin Azərbaycan nümunəsi

08:25
03 Aprel

Fermerlərin işini asanlaşdıran qabaqcıl texnologiyadır

08:23
03 Aprel

Siyasi reallığın rəsmi etirafı

08:20
03 Aprel

TDT qlobal iqtisadi aktora çevrilmək potensialına malikdir

08:15
03 Aprel

Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş "dəyirmi masa" keçirilib

08:10
03 Aprel

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb

08:05
03 Aprel

Bizi birləşdirən təkcə kökümüz deyil

08:00
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!