20 May 2026 08:05
120
CƏMİYYƏT
A- A+
Tarixini qoruyan, gələcəyini quran Azərbaycan

Tarixini qoruyan, gələcəyini quran Azərbaycan


Bəşəriyyətin gələcəyi bu gün yalnız iqtisadi imkanlar, siyasi proseslər və geosiyasi maraqlarla deyil, yaşayış məntəqələrinin necə qurulacağı, insanların hansı mühitdə yaşayacağı, tarixi yaddaşın necə qorunacağı və müasir inkişafın hansı dəyərlər üzərində formalaşacağı ilə də müəyyən olunur. Bu mənada şəhərsalma artıq dövlətlərin mədəni səviyyəsini, idarəçilik modelini, insan amilinə münasibətini və gələcəyə baxışını müəyyən edən əsas strateji istiqamətlərdən hesab edilir. 

Məhz belə bir zamanda BMT-nin ən nüfuzlu beynəlxalq platformalarından olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ölkəmizin dünyada artan nüfuzunun, təhlükəsiz və etibarlı tərəfdaş kimi qəbul olunmasının göstəricisidir. Forum çərçivəsində Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər isə şəhərsalma məsələlərinə münasibətdən savayı, həm də Azərbaycanın qədim dövlətçilik ənənələrini, milli-mədəni irsini, müasir inkişaf modelini və gələcəyə baxışını əks etdirən mühüm siyasi strateji mesajlar idi. Dövlətimizin başçısının çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan yalnız enerji resursları və iqtisadi layihələri ilə deyil, həm də şəhərsalma, humanitar əməkdaşlıq, multikultural dəyərlər və davamlı inkişaf sahəsində dünyanın diqqət mərkəzində olan dövlətlərdən birinə çevrilib.

Azərbaycan dünyada tarixən şəhər salan xalq kimi tanınıb. Minilliklər boyu bu torpaqlarda formalaşan şəhər mədəniyyəti, memarlıq məktəbi və urbanizasiya ənənələri xalqımızın yüksək sivilizasiya daşıyıcısı olduğunu sübut edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, qədim Şamaxı, Gəncə, Naxçıvan, Qəbələ, Şəki kimi şəhərlər böyük mədəniyyət və dövlətçilik mərkəzləri olub. Şamaxıda 743-cü ildə tikilmiş qədim məscid, Naxçıvandakı Möminə Xatun türbəsi, Gəncənin tarixi siması, Qəbələ və Şəkinin qədim abidələri Azərbaycan xalqının memarlıq təfəkkürünün və şəhərsalma ənənələrinin canlı nümunələridir. Bu baxımdan xalqımız şəhər yaradan, şəhər mədəniyyəti formalaşdıran xalq kimi tarixdə iz qoyub.

XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda urbanizasiya prosesi yeni mərhələyə qədəm qoydu. Xüsusən Bakının neft sənayesinin inkişafı ilə dünyanın diqqət mərkəzinə çevrilməsi şəhərsalma prosesinə yeni nəfəs gətirdi. Avropa memarlarının Bakıda inşa etdikləri binalar, İçərişəhərlə müasir Bakının harmoniyası, qədimliklə yeniliyin vəhdəti ölkəmizin memarlıq konsepsiyasının əsasını təşkil edir. Prezident İlham Əliyevin sözləri ilə desək "Bakıda qədimliklə yenilik, tarixi irsin qorunması ilə müasirləşmə arasında təbii vəhdət" yarandı.

Bu gün həmin siyasət sistemli, genişmiqyaslı və məzmunlu şəkildə davam edir. Daha dəqiq desək, ölkəmizdə müasirləşmə tarixi yaddaşın qorunması ilə paralel aparılır. Prezident çıxışında Bakıdakı İçərişəhər, Qız qalası və Bakı bulvarı kimi məkanları təsadüfən xüsusi vurğulamadı. Bu nümunələr müasir tikililərlə birlikdə Azərbaycan dövlətinin milli-mədəni irsə münasibətinin göstəriciləridir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin müəllifləri isə Prezident İlham Əliyev və Mehriban xanım Əliyevadır. Son illər Azərbaycanda aparılan genişmiqyaslı abadlıq işləri, şəhərsalmada yeni mərhələnin başlanması, park və bulvarların, yeni yaşayış massivlərinin salınması, tarixi abidələrin bərpası, müasir infrastruktur layihələrinin icrası birbaşa dövlət başçısının və Birinci vitse-prezidentin diqqət və nəzarəti altında həyata keçirilir. Onu da xüsusi qeyd etmək yerinə düşər ki, ölkəmizdə  şəhərsalma siyasəti, sadəcə, tikinti və abadlıq anlayışı daşımır. Bu siyasətin əsasında insan amili, rahat yaşayış mühiti, milli kimliyin qorunması və müasir şəhər idarəçiliyi dayanır. Dövlətimizin başçısının 2026-cı ili  "Şəhərsalma və Memarlıq İli" elan etməsi də bu sahəyə verilən strateji əhəmiyyətin göstəricisidir.

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri müasir şəhərsalma tarixinin unikal nümunəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan tərəfindən viran qoyulmuş şəhərlər, o cümlədən Ağdam beynəlxalq müşahidəçilər tərəfindən "Qafqazın Xirosiması" adlandırılıb. Lakin cəmi 5 il ərzində həmin ərazilərdə nəhəng quruculuq proqramı həyata keçirildi. Artıq Ağdamı yeni şəhərsalma mədəniyyətinin nümunələrindən biri  kimi dəyərləndirsək, səhv etmərik. Qarabağın incisi Şuşa yenidən qurulur, qədim qala divarları və tarixi abidələr bərpa edilir, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Füzulidə, Ağdərədə, Zəngilanda "ağıllı kənd" və "ağıllı şəhər" layihələri həyata keçirilir. Müasir texnologiyalar, "yaşıl enerji", ekoloji yanaşma və innovativ idarəetmə prinsipləri bu layihələrin əsasını təşkil edir.

Artıq keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdır, yaşayır, işləyir və təhsil alırlar. Yeni məktəblər, xəstəxanalar, hava limanları, yollar, körpülər, tunellər və sənaye zonaları Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi nəhəng şəhərsalma konsepsiyasının tərkib hissəsidir.

Bu gün Azərbaycanın unikallığı yalnız şəhərsalma sahəsində deyil. Dünyada müharibələrin, qarşıdurmaların və siyasi gərginliyin artdığı bir dövrdə ölkəmiz qlobal əməkdaşlıq və dialoq məkanına çevrilib. Qısa müddət ərzində BMT-nin COP29 və WUF13 kimi nəhəng beynəlxalq tədbirlərinin Bakıda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. WUF13 Forumunda 182 ölkədən 45 mindən çox iştirakçının qeydiyyatdan keçməsi Azərbaycanın beynəlxalq etimad qazandığını bir daha nümayiş etdirir. Bu gün Bakı dünyanın mühüm beynəlxalq tədbirlər keçirilən mərkəzlərindən birinə çevrilib.

Azərbaycan coğrafi baxımdan böyük əraziyə malik dövlət olmasa da, siyasi çəkisi, iqtisadi gücü və beynəlxalq proseslərə təsir imkanları ilə seçilən nüfuzlu bir dövlətdir. Ölkəmiz dünyada həm də enerji təhlükəsizliyi məsələlərinin müzakirə olunduğu əsas platformalardan biri kimi tanınır. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan eyni zamanda nəqliyyat-logistika layihələri, humanitar əməkdaşlıq, multikulturalizm və beynəlxalq dialoq sahəsində də mühüm təşəbbüslərlə çıxış edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan həm qədim tarixini qoruyan, həm də gələcəyin modern şəhərlərini quran dövlət modeli ortaya qoyur. WUF13 çərçivəsində səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycan yalnız öz şəhərlərini yenidən qurmur, eləcə də regionun gələcək inkişaf modelini formalaşdırır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyanın şəhərsalma gündəliyi Bakıda müzakirə olunur

08:35
20 May

Qədim şəhərsalma ənənələrindən müasir urbanizasiyaya

08:30
20 May

Azərbaycan təcrübəsini bölüşməyə hazırdır

08:27
20 May

Azərbaycanın formalaşdırdığı nümunəvi və unikal təcrübə

08:25
20 May

Azərbaycanın WUF13-ü yüksək səviyyədə təşkil etməsi alqışa layiqdir

08:20
20 May

Prezident İlham Əliyev Azərbaycanın universal həll modellərini təqdim etdi

08:15
20 May

Azərbaycan WUF13-lə yenidən dünyanın mərkəzinə çevrilib 

08:10
20 May

Tarixini qoruyan, gələcəyini quran Azərbaycan

08:05
20 May

Azərbaycanın inkişaf və quruculuq modeli dünya üçün örnəkdir

08:00
20 May

"Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:03
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:02
20 May

"Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə 

02:02
20 May

S.X.Rüstəmxanlının "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:01
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:01
20 May

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:00
20 May

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 394-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:00
20 May

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

01:58
20 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

01:56
20 May

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

01:54
20 May

Bakıdakı WUF13 çərçivəsində Azərbaycan–Türkiyə şəhərsalma dialoqu aparılıb  

00:22
20 May

İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkanları nəzərdən keçirilib

23:29
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!