20 May 2026 08:20
142
CƏMİYYƏT
A- A+
Azərbaycanın WUF13-ü yüksək səviyyədə təşkil etməsi alqışa layiqdir

Azərbaycanın WUF13-ü yüksək səviyyədə təşkil etməsi alqışa layiqdir


Emin AÜALAROV: "Sea Breeze" müasir və ekoloji şəhərsalmanın parlaq nümunəsidir"


"Bakının evsahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) COP29-dan sonra ölkəmizdə təşkil olunan ən mötəbər qlobal tədbirlərdən biridir. Dünyanın müxtəlif ölkələrindən minlərlə mütəxəssisi, rəsmiləri və beynəlxalq qurumların rəhbərlərini bir araya gətirən bu platforma mühüm əhəmiyyətə malikdir". 

Bu fikirləri "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov WUF13-dəki "Sea Breeze" pavilyonunda jurnalistlərə açıqlamasında deyib.

Forum çərçivəsində qurulan "Sea Breeze" pavilyonunda jurnalistlərin suallarını cavablandıran iş adamı bildirib ki, bu tədbir dayanıqlı şəhər mühiti sahəsindəki yenilikləri göstərmək üçün unikal fürsətdir. Layihənin qlobal miqyasda böyük maraq doğurduğunu deyən Emin Ağalarov qeyd edib: "Biz bu forum vasitəsilə "Sea Breeze"in baş planını, inkişaf strategiyasını və gələcək modelini geniş auditoriyaya çatdıra bildik. Bura təmiz ekologiyası və rahatlığı ilə seçilən yeni nəsil şəhərlərin real nümunəsidir".

Sahibkar tikinti işlərinin miqyasından da söz açıb. O, indiyədək milyonlarla kvadratmetr sahənin istifadəyə verildiyini, daha 4 milyon kvadratmetrlik ərazidə isə işlərin sürətlə davam etdiyini diqqətə çatdırıb. Dünyanın ən yaxşı memarları ilə əməkdaşlıq etdiklərini bildirən şirkət rəhbəri əsas hədəflərinin sakinlərin və qonaqların rahatlığını maksimum səviyyəyə çatdırmaq olduğunu vurğulayıb.

Yay mövsümünə hazırlıqlardan danışan E.Ağalarov "Sea Breeze" ərazisində gəzinti zonalarının, hovuzların, yaşıl sahələrin və infrastrukturun xeyli genişləndirildiyini bildirib. "İnsanların burada yüksək xidmət görməsi, gözəl dizayn olunmuş və təmiz bir mühitdə özlərini xoşbəxt hiss etmələri bizim üçün ən vacib şərtdir", - deyə o əlavə edib.


Sanjay KULSHRESTHA: "WUF13 təcrübə mübadiləsi üçün vacib platformadır"



"Ümumdünya Şəhərsalma Forumu mənzil və şəhər infrastrukturu sahəsində ölkələr arasında təcrübə paylaşımı üçün vacib platformadır".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Hindistanın "Housing and Urban Development Corporation Limited" şirkətinin sədri və idarəedici direktoru Sanjay Kulshrestha deyib. 

O qeyd edib ki, bu forum müxtəlif dövlətlərin mənzil siyasətinin və şəhərsalma sahəsində qazandığı təcrübələrin müzakirəsinə geniş imkan yaradır. S.Kulshrestha diqqətə çatdırıb ki, hazırda "ağıllı şəhər" anlayışı xüsusi aktuallıq daşıyır. 

Hindistan nümayəndəsi həmçinin Bakının şəhər inkişafını və müasir görünüşünü yüksək qiymətləndirib.


Sfiso MKHİZE: "WUF13 beynəlxalq əməkdaşlığa töhfə verir"


"Ümumdünya Şəhərsalma Forumu (WUF13) ölkələr arasında təcrübə və yeni ideyalar paylaşmaq üçün böyük fürsətdir. Bu forum şəhərlərin inkişafı və mənzil məsələləri üzrə ölkələrin bir-biri ilə təcrübə paylaşdığı əhəmiyyətli platformadır".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Cənubi Afrika Respublikasının Durban şəhərini əhatə edən eThekwini Metropolitan Bələdiyyəsinin İnsan Məskunlaşmaları və İnfrastruktur Komitəsinin sədr müavini Sfiso Mkhize bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi qurum sosial mənzillərin tikintisi ilə məşğuldur və hər il çox sayda evlər tikilərək sakinlərin istifadəsinə verilir. Onun fikrincə, WUF13 forumu ölkələrə müasir həll yollarını mübadilə etmək imkanı verir.

Sfiso Mkhize əlavə edib ki, forumda "ağıllı şəhər" layihələri və qeyri-rəsmi yaşayış ərazilərinin problemlərinin həlli kimi mövzuların müzakirəsi böyük əhəmiyyət daşıyır.


Pamtam Vendpanqa OMAR: "WUF13 gələcəyin şəhərlərini müzakirə etmək üçün əla fürsətdir"


"Ümumdünya Şəhərsalma Forumu (WUF13) şəhərlərin gələcək inkişaf modelini və bu istiqamətdəki innovativ yanaşmaları müzakirə etmək üçün əla fürsətdir".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Burkina-Faso nümayəndəsi Pamtam Vendpanqa Omar deyib. 

O, hazırda dünyanın ən böyük problemlərindən birinin nizamsız məskunlaşma olduğunu vurğulayıb: "Bu məsələ artıq kritik həddə çatıb və özbaşına salınmış yaşayış məntəqələrinə nəzarət etmək çətinləşib. Lakin həm sakinlərin, həm də aidiyyəti qurumların birgə iştirakı ilə bu cür plansız ərazilər üçün ən doğru həll yollarını tapmaq mümkündür".

Nümayəndə onu da vurğulayıb ki, plansız məskunlaşma şəhərlərin sağlam və nizamlı gələcəyinə birbaşa zərbə vurur.


Anita ÇİNNALA: "WUF13 faydalı təcrübələrin paylaşılması üçün unikal məkandır"

"Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ölkələr arasında tərəfdaşlığın gücləndirilməsi və faydalı təcrübələrin paylaşılması üçün unikal məkandır". 

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Hindistan təmsilçisi Anita Çinnala deyib.

Forum çərçivəsində keçirilən panellərin onun üçün böyük əhəmiyyət kəsb etdiyini deyən qonaq bəzi vacib məqamlara toxunub: "Müzakirələrdə xüsusilə qadınların cəmiyyətdəki rolu və sosial rifah mövzuları ön plana çıxır. Bundan əlavə, ekoloji böhran, tullantıların idarə edilməsi və su ehtiyatlarından səmərəli istifadə müasir şəhərsalmanın əsas hədəfləridir. Azərbaycanın belə nəhəng bir tədbiri yüksək səviyyədə təşkil etməsi alqışa layiqdir".


Piter Deon ANDERSON: "Bakıya fərqli yanaşmaları öyrənmək üçün gəlmişik"


"Bakıya fərqli yanaşmaları öyrənmək və öz ideyalarımızı bölüşmək üçün gəlmişik. İnanırıq ki, bu müzakirələr gələcəkdə şəhərlərin tərəqqisinə və sakinlərin rifahına yönəlmiş yeni maliyyə mexanizmlərinin yaranmasına rəvac verəcək".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Esvatinidən olan iştirakçısı Piter Deon Anderson deyib.

O, Bakı forumunun qlobal miqyasda şəhərsalma sahəsindəki ən uğurlu təcrübələrin bir araya gətirilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

P.Anderson dayanıqlı gələcəyin maddi təminatdan asılı olduğunu xüsusi vurğulayıb: "Şəhər mühitinin müasirləşdirilməsi və qorunub saxlanılması üçün pul vəsaitlərinin cəlb olunması ən mühüm şərtdir. Lazımi maliyyələşmə olmadan şəhərlərin dayanıqlı bərpasını təmin etmək qeyri-mümkündür".


Asya Abdel YAQİ: "Məqsədimiz kağız üzərindəki planları real layihələrə çevirməkdir"



"Bakının evsahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumu (WUF13) insan haqları və şəhərlərin ekoloji tərəqqisi istiqamətində qlobal addımların uzlaşdırılması üçün əvəzsiz məkandır". 

 Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında İordaniya Senatının üzvü, "Mən insanam" adlı əlilliyi olan şəxslərin birliyinin rəhbəri Asya Abdel Yaqi bildirib.

Senator xüsusilə münaqişələrdən və ekoloji böhranlardan zərər çəkən bölgələr üçün belə müzakirələrin mühüm əhəmiyyət daşıdığını vurğulayıb: "Forum fərqli ölkələrin praktiki təcrübələrini öyrənmək üçün zəngin məlumat mənbəyidir".

Şəhərlərin qurulmasında hamı üçün bərabər imkanların yaradılmasının vacibliyinə toxunan A.A.Yaqi qəbul edilən qərarların icrasına diqqət çəkib: "Hazırlanan strategiyalar, sadəcə, sənəd mətni olaraq qalmamalı, real həyatda tətbiqini tapmalıdır. Əsas hədəf hər bir fərdin sağlam və rahat bir mühitdə yaşamasını təmin etməkdir".


Təhminə VERDİYEVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal iqlim dəyişikliyi təbiətin ritmini pozur

08:50
20 May

Ermənistanda seçki rəqabəti: ritorika sərtləşir

08:45
20 May

Sərvətdən sənətə

08:40
20 May

Dünyanın şəhərsalma gündəliyi Bakıda müzakirə olunur

08:35
20 May

Qədim şəhərsalma ənənələrindən müasir urbanizasiyaya

08:30
20 May

Azərbaycan təcrübəsini bölüşməyə hazırdır

08:27
20 May

Azərbaycanın formalaşdırdığı nümunəvi və unikal təcrübə

08:25
20 May

Azərbaycanın WUF13-ü yüksək səviyyədə təşkil etməsi alqışa layiqdir

08:20
20 May

Prezident İlham Əliyev Azərbaycanın universal həll modellərini təqdim etdi

08:15
20 May

Azərbaycan WUF13-lə yenidən dünyanın mərkəzinə çevrilib 

08:10
20 May

Tarixini qoruyan, gələcəyini quran Azərbaycan

08:05
20 May

Azərbaycanın inkişaf və quruculuq modeli dünya üçün örnəkdir

08:00
20 May

"Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:03
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:02
20 May

"Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə 

02:02
20 May

S.X.Rüstəmxanlının "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:01
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:01
20 May

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:00
20 May

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 394-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:00
20 May

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

01:58
20 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

01:56
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!