07 Avqust 2026 13:39
832
DÜNYA
A- A+
Tailandda 14 yaşlı şagird 8 adamı qətlə yetirəndən sonra intihar edib

Tailandda 14 yaşlı şagird 8 adamı qətlə yetirəndən sonra intihar edib


O, evdə nənə-babasını, məktəbdə isə müəlimləri və şagirdləri öldürüb

 

Tailandda məktəbdə baş verən atışmada azı 8 nəfər ölüb, 15 nəfər yaralanıb. Polis bildirib ki, 9-cu sinif şagirdi məktəbə hücumu başlamazdan əvvəl evdə nənə və babasını öldürüb.

Son məlumata görə, ölənlərin sayı 9-dur: 14 yaşlı qatilin özü, nənə və babası, 3 müəllim və 3 şagird. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Şagirdlər və məktəb işçiləri təxliyə ediliblər. Faciə yerli vaxtla təxminən saat 10:00 radələrində (Bakı vaxtı ilə təxminən saat 07:00) Banqkok şəhərinin şimalındakı Nonthaburi əyalətinin Banq Kruai rayonunda baş verib. Əyalətin polis rəisi Decrapi Konqdi BBC-yə bildirib ki, hadisəni törədən azyaşlı qatil tapançadan istifadə edib. 9 mm-lik tapança öldürdüyü babasına məxsus olub.

Yerli gündəlik "Khaosod" qəzeti və internet nəşri yazır ki, hadisəni törədən yeniyetmə  digər şagirdlər tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalırmış.

Tailandın Baş naziri Anuthin Chanvirakun məktəbdəki atışma qurbanlarının ailələrinə başsağlığı verib. "Bu, həqiqətən də dəhşətdir, bu, baş verməməli idi. Ölkəmizdə belə bir faciə necə baş verə bilərdi?" - deyə o bildirib və əlavə edib ki, hökumətin vətəndaşlara odlu silah saxlamağa icazə verməməsinin səbəbi məhz budur.

Hadisənin baş verdiyi Thepsirin məktəbi XIX əsrin sonlarından bəri fəaliyyət göstərən və ölkə daxilində filialları olan oğlanlar üçün nüfuzlu liseydir. Diplomatlar, idmançılar və hətta bir neçə baş nazir bu məktəblərdə təhsil alıblar.

Tailandda sərt silah qanunları mövcuddur və qanunsuz odlu silah saxlama 10 ilə qədər həbslə cəzalandırılır. Bununla belə, Tailand Cənub-Şərqi Asiyada mülki əhalidə ən çox  silahın olduğu ölkələrdən biridir.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

19:33
09 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

17:58
09 Avqust

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

17:45
09 Avqust

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

17:39
09 Avqust

 Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

17:31
09 Avqust

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

17:24
09 Avqust

İDMAN Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

16:41
09 Avqust

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

16:22
09 Avqust

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

15:06
09 Avqust

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

14:53
09 Avqust

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

14:43
09 Avqust

Avqustun 10-da hava necə olacaq?

14:41
09 Avqust

Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi

13:40
09 Avqust

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

12:13
09 Avqust

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

12:01
09 Avqust

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

11:57
09 Avqust

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

11:51
09 Avqust

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

11:44
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!