14 Dekabr 2024 08:00
1932
İQTİSADİYYAT
A- A+
Sürətli dirçəliş, dinamik inkişaf

Sürətli dirçəliş, dinamik inkişaf


Azərbaycan yeni ili sosial-iqtisadi sahələrdə qazandığı uğurlarla qarşılayır


2024-cü ilin tarixə qovuşmasına az qalır. Azərbaycanda bu il önəmli hadisələrlə zəngin oldu. Dünyanın ən böyük beynəlxalq tədbirlərinə məhz bu il evsahibliyi etdik, onlarla ölkədən təşrif buyurmuş on minlərlə qonağa "xoş gəlmisiniz" dedik. Yurdumuzun gözəlliyi, tikib-qurduqlarımızın əzəməti, xalqımızın qonaqpərvərliyi və səmimiyyəti ilə dünyanı bir daha tanış etdik, hətta heyrətləndirdik desək, yanılmarıq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu il də qurub-yaratmaqda davam etdik. Şəhər və kəndlərimizin hər birində sosial-iqtisadi həyatın bütün sahələrində ürəkaçan yeniliklər baş verdi. O cümlədən Qarabağda və Şərqi Zəngəzurdakı bərpa-quruculuq işləri geniş vüsət aldı. Şuşada sutəmizləyici qurğular kompleksi, Zəngilanda "Ağalı hotel"i, Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunel, Cəbrayılda "Xudafərin" və "Qız qalası" hidroqovşaqları və s. istifadəyə verildi. İşğaldan azad edilmiş ərazilərimizin işığı daha da artdı. Laçın rayonunda "Zabux" "Qaraqışlaq", Zəngilanda "Zəngilan", "Sayıflı" su-elektrik stansiyaları işə salındı.

İqtisadi coğrafiyamız digər yaşayış məntəqələrində tikilən yeni obyektlərlə də zənginləşdi. Paytaxtımızda Dövlət Sərhəd Xidmətinin hərbi hospital kompleksi, "Crescent Mall" ticarət mərkəzi, Gəncədə İdman Sarayı, Abşeronda Palçıq Vulkanları Turizm Kompleksi, Lənkəranda regional "ASAN xidmət" mərkəzi, Qəbələdə rayon mərkəzi xəstəxanasının binası, ümumiyyətlə, ölkədə onlarla digər sosial-iqtisadi obyekt fəaliyyətə başladı.

Dövlət Statistika Komitəsinin ötən 11 ayın göstəricilərinə aid açıqladığı rəqəmlər ilin hər sahədə uğurla yekunlaşacağından xəbər verir. Elə əsas kapitala yönəldilmiş vəsaiti misal gətirək: yanvar-noyabr aylarında əsas kapitala 15 milyard 910,3 milyon manat investisiya yönəldilib. İstifadə edilmiş investisiyanın 51,2 faizi məhsul istehsalına, 35,3 faizi xidmət sahələrinə, 13,5 faizi yaşayış evlərinin tikintisinə sərf olunub.

Ölkənin sosial-iqtisadi inkişafının əsas göstəricisi olan ümumi daxili məhsul (ÜDM) istehsalı keçən ilin eyni dövrünə nisbətən 4,1 faiz artıb. Belə ki, 11 ayda 113 milyard 282,4 milyon manatlıq ÜDM istehsal olunub. Neft-qaz sektorunda əlavə dəyər 0,4, qeyri-neft-qaz sektorunda 6,4 faiz artıb. ÜDM istehsalının 37,1 faizi sənaye, 10 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 6,1 faizini kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 10 faizini təşkil edib.

Bu il aqrar sahədə bol məhsul yetişdirilib. Noyabrın 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3 milyon 195,9 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz çox dənli və dənli-paxlalı bitkilər yığılıb. Tərəvəz, meyvə və giləmeyvə, bostan bitkiləri, şəkər çuğunduru, günəbaxan yetişdirənlər də keçən il olduğundan çox məhsul götürüblər. 

İl ərzində xarici iqtisadi əlaqələrimiz də xeyli genişlənib. İlin ilk üç rübünə nəzər salanda Azərbaycanın 171 ölkədəki tərəfdaşı ilə ticarət əməliyyatı həyata keçirdiyi, 118 ölkəyə məhsul ixrac olunduğu, 161 ölkədən isə mal idxal edildiyi məlum olur. Yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 34 milyard 173,9 milyon dollar, o cümlədən ixracın dəyəri  19 milyard 530,7 milyon dollar, idxalın dəyəri 14 milyard 643,2 milyon dollar təşkil edib. Nəticədə 4 milyard 887,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, plastik kütlə və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, pambıq lifi və ipliyinin, alüminiumun, qara metalın, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı üstünlük təşkil edib.

İxracdan söz düşmüşkən onu da qeyd edək ki, bu il Azərbaycan təbii qazının alıcıları da çoxalıb. Elə bu ayın 1-dən SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Slovakiyanın ən böyük dövlət enerji təchizatçısı olan SPP şirkətinə qaz təchizatına başlayıb. Qaz təchizatı SOCAR və SPP arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilir və daha uzunmüddətli enerji tərəfdaşlığının inkişaf etdirilməsi hədəflənir.

Beləliklə, indi Azərbaycandan 12 ölkə - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və  Slovakiya mavi yanacaq alır. Ümumiyyətlə, bu ilin 11 ayında ölkəmizdən qaz ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb.

Azərbaycana idxal olunan məhsullar arasında isə bunlar üstünlük təşkil edib: maşınlar, mexanizmlər, elektrotexniki avadanlıq və cihazlar, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, ərzaq və kimya sənayesi  məhsulları, içkilər və tütün məmulatları, plastik kütlə və s.

Ölkə daxilində ilin əvvəlindən ötən 11 ay ərzində istehlakçılara pərakəndə ticarət  şəbəkəsindən 53 milyard 867,7 milyon manatlıq, o cümlədən 29 milyard 534,8 milyon manatlıq ərzaq məhsulları,  içkilər və tütün məmulatları, 24 milyard 332,9 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb. 2023-cü ilin eyni dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz artıb.

Cari il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 773,3 min nəfər olub. Onlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət, 891,6 min nəfəri qeyri-dövlət sektorlarında fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,4 faizi təhsil, 12,8 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 15,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 993,2 manata çatıb. Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Prezident İlham Əliyev üzümüzə gələn il pensiyaların və minimum əməkhaqlarının artırılacağını bildirib. Əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması gələn ilin dövlət büdcəsində də öz əksini tapıb.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Los-Ancelesdə meşə yanğınları səbəbindən 92 min insan təxliyə edilib

13:27
14 Yanvar

Kaliforniyada meşə yanğınlarının vurduğu zərər 275 milyard dollara çatıb

13:21
14 Yanvar

Yeni Azərbaycan Partiyası müşavirə keçirib

13:14
14 Yanvar

Ötən il 19 qadın əməkdaş prokurorluq orqanlarında işə qəbul olunub

13:05
14 Yanvar

Son beş ildə 23 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib

13:03
14 Yanvar

Xankəndinin nurlu gecələrindən FOTOLAR

13:01
14 Yanvar

Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edib YENİLƏNİB - 2

13:00
14 Yanvar

Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin yeni siyahısı təsdiqlənib  

12:48
14 Yanvar

“Neftçi” fransalı futbolçu ilə vidalaşıb

12:47
14 Yanvar

Bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan regional seminar-müşavirələrə başlanılıb 

12:45
14 Yanvar

Səhiyyə Nazirliyi plastik cərrahlara müraciət edib

12:33
14 Yanvar

Baş prokuror: Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpa edilməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir  

12:05
14 Yanvar

Ceyhun Kərəmov: Ağdam, Qubadlı və Zəngilanda peşə təhsili müəssisələrinin layihələndirilməsi ilin ortasında tamamlanacaq  

12:03
14 Yanvar

Gəncə hava limanına yönləndirilən sərnişinlər üçün ehtiyat uçuş heyəti göndərilib - YENİLƏNİB

12:02
14 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

12:01
14 Yanvar

Ceyhun Kərəmov: Peşə təhsili iqtisadiyyat üçün ixtisaslı kadrların hazırlanmasına yönəlib

11:25
14 Yanvar

Qazaxıstan polisi girovların azad edilməsi əməliyyatı keçirib

10:47
14 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dolları ötüb

10:26
14 Yanvar

DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub

10:23
14 Yanvar

Alimlər insanın qocalma prosesinin iki əsas mərhələsini müəyyən ediblər - TƏDQİQAT

09:39
14 Yanvar

Türkiyə iqtisadiyyatına 11 ayda 9,6 milyard dollar birbaşa investisiya qoyulub

09:35
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!