08 İyul 2025 14:55
3600
PARLAMENT
A- A+
Süni torpaq sahələrində əyləncə oyunlarının təşkili və tənzimlənməsi haqqında qanunvericilik dəyişikliyi təsdiqlənib  

Süni torpaq sahələrində əyləncə oyunlarının təşkili və tənzimlənməsi haqqında qanunvericilik dəyişikliyi təsdiqlənib  


Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlarda dəyişiklik təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, sənəd layihəsi parlamentin iyulun 8-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi əsasında mülki, cinayət və inzibati hüquq normalarına, eləcə də əlaqəli qanunvericilik aktlarına dəyişikliklər edilərək süni torpaq sahələrində kazino oyunlarının təşkili və keçirilməsi hüquqi əsaslarla tənzimlənib. Qanunla Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində yaradılan süni torpaq sahələrində lisenziya əsasında kazino fəaliyyətinin həyata keçirilməsi mümkün olub, bu sahədə fəaliyyətin tənzimlənməsi, nəzarət mexanizmləri və müvafiq maliyyə öhdəlikləri müəyyən edilib. Həmçinin Qanunda kazino oyunlarının virtual mühitdə keçirilməsinin qadağan olunması, 21 yaşdan kiçik şəxslərin kazino oyunlarında iştirakının yasaqlanması, eləcə də maliyyə əməliyyatları ilə bağlı xüsusi tələblər yer alıb. Qanun, həmçinin əlaqəli normativ aktlarda müvafiq dəyişikliklər aparmaqla, bu sahənin hüquqi bazasının gücləndirilməsinə xidmət edir və investisiya mühitinin yaxşılaşdırılması məqsədi daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü qeyd edilib

22:47
21 Sentyabr

"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır

21:26
21 Sentyabr

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb

21:22
21 Sentyabr

Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdır

20:39
21 Sentyabr

Xəzərdə zəlzələ olub

19:14
21 Sentyabr

Azərbaycan şahmatçıları Olimpiadada VI turu qələbə və məğlubiyyətlə başa vurublar

19:01
21 Sentyabr

Dünyanın ilk süni intellekt aktrisası canlı yayım zamanı texniki nasazlıq yaşayıb

18:57
21 Sentyabr

Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:32
21 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

18:23
21 Sentyabr

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

18:11
21 Sentyabr

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub

17:37
21 Sentyabr

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

17:09
21 Sentyabr

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

16:54
21 Sentyabr

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

16:36
21 Sentyabr

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

16:27
21 Sentyabr

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub

16:14
21 Sentyabr

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

16:09
21 Sentyabr

BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır  

16:08
21 Sentyabr

Fransada silahlı insident: Ölən və yaralanan var

15:58
21 Sentyabr

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

15:53
21 Sentyabr

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

15:39
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!