01 İyul 2025 09:15
4853
Səhiyyə
A- A+
Streslə gələn təhlükə

Streslə gələn təhlükə


"Qəlb qırıqlığı" ifadəsi, demək olar ki, hər birimizə tanışdır. Çoxlarımız bu ifadənin məcazi  mənada işləndiyini düşünürük. Əslində isə, nə qədər romantik səslənsə də, tibdə "sınıq qəlb sindromu" adlandırılan vəziyyət ciddi sağlamlıq problemidir.

Yapon aliminin adını daşıyan "takotsubo kardiomiyopatiya", xalq arasında "sınıq qəlb sindromu" kimi tanınan xəstəliyin yaranma səbəbi qəfil güclü fiziki və emosional stres, kədərdir. Sevdiyin birinin vəfat etməsi, boşanma, qəza, iflas, ayrılıq, təbii fəlakət, müharibə kimi böyük travmalardan sonra yaranan bu sindrom ürək əzələsini müvəqqəti olaraq zəiflədir. Orqanizmin kortizol və adrenalin hormonlarının bol ifrazı ürəyin fəaliyyətini pozur.


Əlamətləri infarkta bənzəyir


 "Takotsubo kardiomiopatiya"sı ürəyin əsas nasos kamerasının formasını dəyişdikdə baş verir. Bu zaman ürək qan pompalama funksiyasını yerinə yetirməkdə çətinlik çəkir, nəticədə ürəyin bir hissəsi fəaliyyətini davam etdirərkən digər hissəsində axsamalar baş verir, qan dövranı pozulur. Normal koronar damar quruluşuna sahib şəxslərdə travmalar və ya mənfi emosional vəziyyətlərdən sonra ürək önündəki damarda ani spazm və ciddi daralma baş verə bilər. Bu vəziyyət həmin bölgədə ürək toxumasının ödəm yaratmasına səbəb olur.

"Sınıq qəlb sindromu" təkcə emosional stres deyil, həm də cərrahiyyə və ya insult kimi fiziki stres nəticəsində yarana bilir. Adətən keçici xarakter daşıyan bu sindrom vaxtında müalicə edilmədikdə digər xəstəlikləri tətikləyə və həyati risk yarada bilər. Ritm pozuntusu, sol qolda keyimə və ağrı, panik hissi, diqqət çatışmazlığı, şiddətli baş ağrısı, stres və halsızlıq, nəfəs darlığı, sinədə təzyiq hissi, huşunu itirmə narahatlığın əsas əlamətləridir. Bu simptomların əksəriyyəti infarkt əlamətlərinə bənzəyir. Lakin elektrokardioqramma nəticələri infarkt keçirmiş xəstələrlə müqayisədə fərqlidir. Qan analizlərində infarktda olduğu kimi ürək zədəsi əlamətləri müşahidə olunmur, ürəyi qidalandıran damarlarda tıxanma əlaməti yoxdur. Ancaq müalicə edilmədikdə və ya gecikdirildikdə həyati təhlükə yarada bilər. "Sınıq qəlb sindromu"nda sağalma müddəti infarkt olan xəstələrlə müqayisədə xeyli qısadır. 


"Sınıq qəlb sindromu" kişilər üçün daha təhlükəlidir


Mütəxəssislər bildirirlər ki, "Sınıq qəlb sindromu" kişilərə nisbətən qadınlarda, xüsusən 50 yaşdan yuxarı qadınlarda daha çox müşahidə olunur. Belə ki, ABŞ-nin Arizona Universitetinin alimləri 2016-2020-ci illər arasında "takotsubo kardiomiopatiya" səbəbiylə xəstəxanaya yerləşdirilən, təxminən 200 min orta yaşlı amerikalının məlumatlarını araşdırıblar. Məlum olub ki, bu şikayətlə xəstəxanaya müraciət edənlərin 83 faizi qadınlardır. Onların əksəriyyətinin Qafqaz və ya Asiya əsilli qadınlar olduğu müəyyən edilib. Bunun əsas səbəbinin hormonal dəyişikliklər və stresə olan fərqli fizioloji reaksiyalar olduğu bildirilib.

"Sınıq qəlb sindromu"na qadınlarda daha çox rast gəlinsə də, çox təəssüf ki, o, kişilər üçün daha təhlükəli, hətta ölümcüldür. "Æournal of American Heart Association" elmi jurnalında dərc olunan araşdırmanın aparıcı müəllifi doktor Məhəmməd Movahed bildirib ki, kişilərin bu sindromdan ölmə ehtimalı qadınlardan iki dəfə çoxdur. Dəqiq səbəb hələ məlum olmasa da, mütəxəssisin fikrincə, bu vəziyyətin arxasında duran səbəblərdən biri fiziki streslə bağlıdır. Qadınlarda emosional travmalar daha çox olduğu halda, kişilərdə cərrahiyyə əməliyyatı və ya ciddi fiziki zədələr daha çox olur. O həmçinin kişilərə streslə mübarizə aparmaq üçün kifayət qədər sosial dəstəyin olmamasının bu fərqlilikdə rol oynaya biləcəyini bildirib.

Tədqiqat həm də yaşla bağlı təəccüblü tendensiya ortaya qoyub. Tədqiqatçılar 31-45 yaş qrupu ilə müqayisədə 46-60 yaş qrupunda bu sindromun qəfil artdığını aşkar ediblər. Bu yaş qrupunda olan fərdlərdə, gənclərə nisbətən vəziyyəti inkişaf etdirmək ehtimalı 2,6-3,25 dəfə çoxdur. Alimlərin fikrincə, bu artımın səbəbləri arasında stres səviyyəsi, hormonal dəyişikliklər, alkoqol, siqaret, yüksək təzyiq, xolesterin və digər sağlamlıq problemləri var.


Erkən mərhələdə aşkarlanarsa, xəstə üç ay ərzində sağalır


Kədər və stres kimi mənfi emosiyalarla yanaşı, həddindən artıq sevinc və həyəcan kimi intensiv emosional vəziyyətlər də sindromun yaranmasına səbəb ola bilər. Ani və sürətli dəyişən emosional vəziyyətlərin ürəkdə yaratdığı problemlər  onun yalnız fiziki zədələrlə deyil, psixoloji faktorlarla da zərər görə biləcəyini göstərir. Vaxtında diaqnoz qoyulmadıqda "sınıq qəlb sindromu"qəfil ölümlərə səbəb ola bilər. Lakin erkən mərhələdə aşkarlanarsa, xəstə üç ay ərzində sağalır.

Xəstəyə "sınıq qəlb sindromu" diaqnozu qoyularsa, adətən, dəstəkləyici müalicə tətbiq olunur. Müalicə pasiyentin vəziyyətinə görə dəyişsə də, adətən, sindromun təkrarlanma ehtimalından qorunmaq məqsədi daşıyan dərmanların tətbiqi ilə kəskin simptomların aradan qaldırılmasını nəzərdə tutur. Qan dövranının normallaşması üçün dərmanlarla yanaşı, stres, kədər, panik və həddindən artıq həyəcan kimi ani nəbz yüksəldən vəziyyətlərdən çəkinmək lazımdır. Bəzi hallarda peşəkar psixoloji dəstək almaq da müalicə prosesinə müsbət təsir göstərir.

Xüsusilə ilk 1-5 gündə ani başlayan döş qəfəsində ağrı, nəfəs darlığı, ürək döyüntüsü, baş gicəllənməsi və huşunu itirmə kimi əsas simptomlarla psixoloji və ya fiziki gərginlik yaşayanlar gecikmədən kardioloqa müraciət etməlidirlər. Ən önəmlisi isə bu sindromun gələcəkdə təkrarlanma riskinin azaldılması üçün həyat tərzi dəyişdirilməlidir. Stresin azaldılması, psixoloji dayanıqlılığın artırılması və müntəzəm tibbi nəzarət vacibdir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!