13 Dekabr 2025 17:59
391
CƏMİYYƏT
A- A+
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, Şuranın sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər və il ərzində görülmüş işlər barədə ətraflı məlumat verib. O, həmçinin Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki proqram xarakterli çıxışına toxunaraq, həmin çıxışın elmi ictimaiyyət və bütövlükdə cəmiyyət üçün mühüm strateji yol xəritəsi olduğunu vurğulayıb.

Ə.Əmiraslanov dekabrın 10-da Ankarada Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə Prezident Millət Kitabxanasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş mərasim və yazıçı-publisist Sabir Şahtaxtının “Duman çəkiləndə” romanının təqdimatı barədə də məlumat verib. Şura sədri qeyd edib ki, hər iki ölkənin rəsmi şəxsləri və ictimai xadimlərinin iştirak etdiyi tədbirdə Heydər Əliyevin zəngin dövlətçilik irsi, Azərbaycan–Türkiyə qardaşlığının möhkəmlənməsindəki müstəsna rolu, eləcə də Vətən müharibəsində qazanılan Qələbənin Türk dünyası üçün tarixi əhəmiyyəti geniş şəkildə vurğulanıb.

Hesabat yığıncağında pedaqogika üzrə elmlər doktoru, professor, İcmanın Binəqədi rayonu üzrə nümayəndəsi Həsən Bayramov çıxış edərək İrəvan Müəllimlər Seminariyasına həsr olunmuş monoqrafiyası, müxtəlif saytlarda dərc olunmuş məqalələri və iştirak etdiyi tədbirlər barədə məlumat verib. O, icmaların və nümayəndəliklərin fəaliyyətinin daha effektiv təbliği məqsədilə admin ştatlarının yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Əməkdar jurnalist, professor Etibar Babayev Türkiyədə Anadolu türkcəsində nəşr olunmuş “Xatirələr işığında Heydər Əliyev” adlı kitabı haqqında danışaraq, nəşrin Ümummilli Liderin irsinin beynəlxalq müstəvidə tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Bütün çıxışçılar Şuranın il ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncağın sonunda yenidən söz alan Əhliman Əmiraslanov İcmanın fəaliyyətinin bütün istiqamətlər üzrə ölkə başçısının Qərbi Azərbaycan məsələsi ilə bağlı müəyyən etdiyi strateji yol xəritəsinə uyğun qurulduğunu bildirib. O, icma rəhbərliyinin və üzvlərinin yorulmaz fəaliyyətinin əsas məqsədinin öz ata-baba yurdlarına qayıdış hüququnun təmin olunması olduğunu vurğulayıb. Şura sədri Qərbi Azərbaycan İcmasının mətbuat xidmətinin və Qərbi Azərbaycan Televiziyasının fəaliyyətini yüksək qiymətləndirərək, ağsaqqalları televiziya ilə əməkdaşlığı daha da gücləndirməyə çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:58
25 Yanvar

Otuz illik həsrətin şirin bəhrəsi: Kəlbəcərdə qədim arıçılıq ənənələri yenidən dirçəlir

15:06
25 Yanvar

FHN Füzulidə buz bağlamış yollarda köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edib

13:04
25 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

12:41
25 Yanvar

ABŞ gərginliyin azaldılması yolu ilə Rusiya ilə Avropa arasında etimadı gücləndirməyi planlaşdırır  

11:24
25 Yanvar

Tramp: Çinlə razılaşma əldə olunarsa, ABŞ Kanadaya 100 faiz tarif tətbiq edəcək  

11:10
25 Yanvar

Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur

11:01
25 Yanvar

Uitkoff gələn həftə BƏƏ-də danışıqların davam etdiriləcəyini təsdiqləyib  

10:59
25 Yanvar

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

10:56
25 Yanvar

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib  

10:27
25 Yanvar

Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində xarici şirkətlərlə müqavilələr imzalanıb  

23:11
24 Yanvar

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırır  

22:08
24 Yanvar

Laçının sağlamlıq keşikçiləri: doğma yurda qayıdışla başlayan məsuliyyətli xidmət  

20:00
24 Yanvar

Zelenski Əbu-Dabi danışıqlarını konstruktiv adlandırıb  

19:23
24 Yanvar

Misli Premyer Liqası: "Kəpəz" "Qarabağ"ı məğlub edib

18:56
24 Yanvar

“Həm evimiz var, həm işimiz” - Kəlbəcər sakininin qayıdış sevinci 

18:47
24 Yanvar

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

18:09
24 Yanvar

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib  

17:57
24 Yanvar

Danimarkanın Baş naziri Trampın NATO-nun Əfqanıstan missiyası barədə sözlərini pisləyib  

17:32
24 Yanvar

Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib

16:10
24 Yanvar

Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib

16:01
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!