14 Yanvar 2025 08:05
272
SİYASƏT
A- A+
Sosial islahatların əsas hədəfi: əhalinin rifahının yüksəldilməsi

Sosial islahatların əsas hədəfi: əhalinin rifahının yüksəldilməsi


Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ardıcıl, hərtərəfli islahatlar prosesinin əsasını sosial tədbirlər təşkil edir. Azərbaycan sosial dövlətdir və bunu hökumətin əhalinin rifahının təmin olunması yönündə atdığı addımların xarakteri sübut edir. Dövlət büdcəsində sosial xərclərin ildən-ilə əhəmiyyətli dərəcədə artımı, əhalinin aztəminatlı təbəqəsini hədəfləyən yardım paketləri, uğurla icra olunan layihələr bu siyasətin prioritet göstəriciləridir. 

Hökumətin gerçəkləşdirdiyi sosial siyasət Azərbaycanın əldə etdiyi nailiyyətlərin təməlini formalaşdırır. Rifah halı yetərli olmayan vətəndaş güclü dövlətin qurucusu ola bilməz. Sosial ehtiyaclar duyan əhalisi olan ölkənin qüdrətli iqtisadiyyat qurmaq niyyəti öncədən uğursuzluğa düçardır. Çevik iqtisadiyyatı və möhkəm sosial siyasətlə təminatı olmayan xalqın öz təhlükəsizliyini qoruma cəhdləri də səmərəsiz addımdır. Bu baxımdan Azərbaycan dövlətinin 30 ilə yaxın davam edən işğala, beynəlxalq birliyin biganəliyi və ikili standartlarına sinə gərib suverenliyini, tarixi ədaləti bərpa etməsində, hərbi-siyasi qələbə çalmasında ölkədə reallaşdırılan sosial siyasətin rolu və çəkisi danılmazdır.


Əhalinin rifahı dövlətin daim nəzarətindədir


Dövlətin sosial siyasəti xüsusi proqramların icrasına, əhalinin həyat və maddi gəlir səviyyəsinin dəstəyinə, məşğulluğun təminatına yönəlmiş tədbirlər sistemidir. Sosial siyasət respublikanın fəaliyyətinin müxtəlif spektrlərini, o cümlədən təhsil, səhiyyə, məşğulluq, sosial-əmək münasibətlərini əhatə edir. 

Sosial siyasətdən danışdıqda diqqətin ilk yönəldiyi sahələrdən biri təbii ki, əhalinin pensiya təminatıdır. Pensiya siyasəti yaşlı təbəqə və əhalinin aztəminatlı, güzəştli təbəqəsini əhatə etdiyindən hər zaman xüsusi nəzarətdə olan sferadır. Azərbaycanda 2018-ci ildən etibarən həyata keçirilmiş 4 sosial islahatlar paketi sayəsində milyonlarla vətəndaşın sosial təminatında nəzərəçarpacaq nailiyyətlərə imza atılıb. Rəqəmlərə müraciət edək: 2018-2024-cü illərdə minimum pensiya 2,5, orta aylıq pensiya 2,4, müavinət və təqaüd ödənişləri isə 5 dəfəyə qədər artıb. Qısa müddətə qazanılmış bu nailiyyət Azərbaycanda dövlətin əhalinin sosial rifahına nail olunması üçün həyata keçirdiyi islahatların real nəticələridir. 

Pensiya və müavinətlərın, əməkhaqlarının dinamik yüksəlişi ölkənin gəlirlərinin artımı və dövlət büdcəsinin böyüməsinin nəticəsidir. Azərbaycan dövlətinin sosialyönümlüyünü təsdiqləyən ən mühüm göstərici ondan ibarətdir ki, bu tendensiya müstəqillik illərində yaşanan obyektiv sıxıntılar və mövcud ehtiyaclara rəğmən, hər il davam edib. Əhalinin sosial təminatına belə münasibət onu əks etdirir ki, sosial-iqtisadi vəziyyətdən asılı olmayaraq, dövlətin əhaliyə qayğısı öz prioritetliyini itirməyib. 

Hazırkı sosial rifah halı yüksək olan, çevik iqtisadiyyata malik, dayanıqlı ictimai sabitliyin hökm sürdüyü Azərbaycanda bu nailiyyətlərə qısa müddətdə nail olunmayıb. Dünyada özünəməxsus siyasi nüfuzu və imici olan, sabit və etibarlı iqtisadi tərəfdaş kimi tanınan, təsir imkanları yaşadığımız coğrafiyanın hüdudlarını aşmış respublikamızda sosial rifah və dövlət quruculuğu paralel sürən proseslərdir. Hamıya məlumdur ki, möhkəm dövlətin və sabit siyasi sistemin bərqərar olması yolu rəvan keçməyib. Ərazimizin beşdəbiri uzun müddət işğal altında olub, əhalimizin təqribən 1 milyonu onillər boyu əzablı qaçqın və məcburi köçkün həyatı yaşayıb, müstəqilliyimizi gözü götürməyən qüvvələr torpaqlarımızın qəsbi ilə kifayətlənməyərək təhlükəsizliyimizə qarşı yönəlmiş cəhdlərinə ara verməyiblər. Bütün bu sınaqlardan çıxmış dövlət ən çətin anlarda belə, xalqın sosial təminatı və rifah halını unutmayıb. Yanvarın 7-də yerli telekanallara müsahibəsində yeni sosial islahat paketinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bir daha bildirmişdir ki, Azərbaycan həm sosial sahədə, həm də iqtisadi inkişafda tarazlı yanaşma sərgiləyir. Qarabağın və Şərqi Zəngəzurun bərpası kimi strateji əhəmiyyətli vəzifələri həyata keçirən ölkənin vətəndaşlarının rifahına bu qədər diqqət yetirilməsi dövlət siyasətinin mahiyyətini nümayiş etdirir. Hökumətin əhalinin rifahı məsələsinə yanaşması ölkə rəhbərinin səsləndirdiyi bu tezisi əks etdirir: "Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar".


Növbəti sosial islahatlar mərhələsi


2025-ci ildən etibarən beşinci sosial islahatlar paketinin icrası dövlətin sosialyönümlü siyasətinin növbəti mərhələsidir. Təbii ki, dövlətin maliyyə imkanları artdıqca sosial xarakterli hədəflərin müxtəlifliyi özünü icra olunan islahatlar paketində büruzə verir. Bu baxımdan Prezident İlham Əliyevin 2024-cü il 23 dekabr tarixli sərəncamı icrasına başlanılmış yeni paket üçün baza rolunda çıxış edir. Belə ki, 2025-ci ilin yanvarından başlayaraq minimum əməkhaqqı 345 manatdan 16 faiz artırılaraq 400 manata çatdırılıb. Minimum pensiyanın məbləği isə 280 manatdan 14,3 faiz artım hesabına 320 manata qaldırılacaq. Bu o deməkdir ki, 2018-ci ildən götürmüş olsaq, minimum əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. Cəmi 4 ildə qazanılmış bu uğur əhalinin sosial rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinin mühüm göstəricilərindən biridir. 2018-2024-cü illərdə dövlətin sosial paketlərinin həyata keçirilməsinə 7 milyard manatdan çox vəsaitin yönəldilməsi də sosialyönümlü siyasətin daha bir aşkar göstəricisidir. 

Prezident tərəfindən 2024-cü ilin sonunda imzalanmış sözügedən sərəncama əsasən, bu dinamika 2025-ci ildə də davam edəcək. Maliyyələşmə mənbəyi dövlət büdcəsi olan bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının 2025-ci ilin yanvarından etibarən orta hesabla 15 faiz artırılması bu istiqamətdə atılan mühüm addımlardan biridir. Sosial təminat sisteminin daha da gücləndirilməsi məqsədlərindən bəhs ediriksə, 2025-ci il üçün təsdiq edilən qanunlarla yaşayış minimumu və ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılması faktını da unutmamalıyıq. 


Beşinci sosial islahatlar paketi nələri vəd edir?


Bu ilin əvvəlindən etibarən həyata keçirilməyə başlanan yeni sosial islahatlar paketinin əsas hədəfi sosial rifah, aztəminatlı əhalinin sosial vəziyyətinin yüksəlməsinə nail olmaqdır. Yeni paket ölkə üzrə 3 milyon vətəndaşı əhatə edəcək. Pensiyaların indeksləşdirilərək artımını nəzərdə tutan beşinci paketə görə, vətəndaşların əməkhaqqı, pensiya, müavinət və təqaüdlərinin artırılması üçün əlavə 1,4 milyard manat ayrılıb. Əhalisinin 10 milyon nəfər olduğu ölkədə 3 milyon vətəndaş üçün nəzərdə tutulmuş sosial islahatlar paketi hökumətin insanların rifah halının yüksəlməsi istiqamətində reallaşdırdığı addımların daha bir nümunəsidir. 

2018-ci ildən bəri sosial ödənişlərin artırılması məqsədilə ayrılan əlavə illik vəsaitin məbləği 7,6 milyard manatdır. Mütəmadi artım statistikası hökumətin iqtisadi və sosial siyasətdə balanslı və uzunmüddətli strategiyaya üstünlük verməsinin göstəricisidir. Dövlət bir tərəfdən sosial dəstək siyasətini izlənən iqtisadi inkişaf göstəricilərinə yaxın tutmağa çalışır, digər tərəfdən əhalinin dünyada baş verən bahalaşma tendensiyalarından doğan obyektiv təzahürlərdən ciddi zərər görməməsinə çalışır. Bu baxımdan, 2025-ci ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması nəzərdə tutulub və bu artım minimum pensiyanın artırılmasının təmin edilməsi ilə yanaşı, pensiyaçıların rifahını da yaxşılaşdıracaq.

Pensiyaların indeksləşdirilməsinin nəticələri özünü son illərin statistikasında da büruzə verir. 2023-cü ildə pensiyaların artımı 14,7, 2024-cü ildə isə 11,2 faiz təşkil edib. Orta aylıq əməkhaqqında davamlı və ciddi artımlar pensiyaların indeksləşdirilərək artırılması göstəricisinin daha da yüksək olmasına imkan yaradıb. 2023-cü ilin əvvəlindən pensiya artımı sahəsində vahid indeksasiya metoduna keçilib. Həmin üsul hər ilin əvvəlində vahid yanaşma ilə bütün kateqoriyalardan olan pensiyaçıların (1,1 milyon pensiyaçının) təqaüdlərinin indeksləşdirilərək artırılmasına imkan verir. Bu yanaşma həmin sferadan olan insanların haqlarının qorunması və daha ədalətli şəkildə artımın həyata keçirilməsi üçün çox mühüm bir addımdır. 

Pensiyalar üzrə ayrılan illik vəsait 2018-ci ildən bəri 2 dəfə artıb. Aparılan səmərəli islahatlar nəticəsində 2025-ci ildə əmək pensiyalarının ödənilməsi üçün 7 milyard 210 milyon 530 min manat vəsait ayrılması nəzərdə tutulub. Müqayisə etmiş olsaq, bu, keçən il müvafiq xərclərə ayrılan vəsaitdən 710 milyon manat və ya 11 faiz çoxdur. Dövlətin bu tədbiri ilk növbədə təqaüdçülərin ehtiyaclarını qarşılamağa və nəticə etibarilə bu kontingenti iqtisadi təsirlərdən qorumağa hesablanıb. 

Əhalinin pensiya alan qisminin rifahından danışarkən rəqəmlərlə yanaşı, təminat vasitələri sistemini də unutmamalıyıq. Azərbaycanda bu istiqamətdə tətbiq olunan mütərəqqi üsullar təqaüdçülərin bürokratik maneələrdən mühafizə edilməsi ilə bərabər, həm də şəffaflığı təmin edən yenilikdir. Pensiyaların indeksləşdirilmə yolu ilə artırılması elektron sistem vasitəsilə həyata keçirilir. Bu avtomatik metod pensiyaçıların işini asanlaşdırmağa xidmət edir, çünki yalnız heç bir sənəd təqdimatına, müraciətə ehtiyac duyulmadan təqaüdlərin artırılması prosesi ilə yanaşı, eyni zamanda prosesin sürətli və şəffaf icrası təmin olunur. 

Sosial siyasətin başlıca hədəfi əhalinin həyat səviyyəsinin ardıcıl yüksəlməsinə nail olmaqla sosial bərabərsizliyin aradan qaldırılmasıdır. Əhalinin gəlirlərinin yüksək diferensiallaşması, yoxsulluğun həddinin təhlükəli göstəriciləri, orta yaşayış minimumunun aşağı səviyyəsi kimi amillərin hökm sürdüyü cəmiyyətlərdə sosial siyasətdən danışmaq əbəsdir. Azərbaycanda sosial sahədə hər il sabit artım göstəriciləri nümayiş olunur. Yoxsulluğun həddi bu gün ölkə üzrə aşağı həddədir. Gəlirlərin diferensiallaşması və sosial bərabərsizlik kimi neqativ hallar Azərbaycan cəmiyyəti üçün aktual müzakirə mövzusu deyil. Bütün bunlar hökumətin sosialyönümlü siyasətinin işləkliyi və pozitiv nəticəyə yönəlməsinin  nəticəsidir. Yenə də rəqəmlərə müraciət edək: 2021-ci ildə dövlət büdcəsində sosialyönümlü xərclər 10,3 milyard manat təşkil edirdisə, 2024-cü il üçün bu məbləğ 15,5 milyard manata çatdırılıb. 2025-ci ilin büdcəsində isə həmin məqsədə 16,9 milyard manat ayrılması nəzərdə tutulub. Bu, qısa müddətdə sosial xərclərin 6,6 milyard manat və ya 1,6 dəfə artdığını göstərir. İcrasına başlanılmış beşinci sosial islahatlar paketi bu pozitiv tendensiyanın davam etdiyindən və qarşıdakı illərdə də əhalinin sosial rifah halına hesablanmış tədbirlərin ardıcıl xarakter daşıyacağından xəbər verir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vladimir Putinlə Suriyanın yeni lideri arasında telefon danışığı baş tutub  

23:06
12 Fevral

Zelenski Trampla telefon danışığının detallarını açıqladı  

23:05
12 Fevral

BMT Ukrayna münaqişəsinin həllində iştirak etməyə hazırdır

23:03
12 Fevral

Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı olub  

23:02
12 Fevral

ABŞ və Rusiya prezidentləri şəxsən görüşmək barədə razılığa gəliblər  

23:00
12 Fevral

Putinlə Tramp arasında telefon danışığı olub

22:59
12 Fevral

Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinin 56,9 faizi yerli yığımlar hesabına təmin edilib  

22:57
12 Fevral

Psixologiya Elmi-Tədqiqat İnstitutunun növbəti məqaləsi “Technium Sosial Elmlər Jurnalı”nda dərc edilib  

22:55
12 Fevral

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

20:52
12 Fevral

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

20:50
12 Fevral

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1,3 milyard dolları keçib  

20:49
12 Fevral

Azərbaycan ilə Gürcüstan arasında tibbi turizm və demoqrafik problemlərin həlli məsələləri müzakirə olunub  

20:47
12 Fevral

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı dəqiqləşib

20:46
12 Fevral

Britaniya Ukraynaya 150 milyon funt sterlinq dəyərində hərbi yardım paketi elan edib  

20:45
12 Fevral

Türkiyəli ekspert: İrəvanın destruktiv siyasəti Ermənistanı regional əməkdaşlıqdan təcrid edəcək

20:44
12 Fevral

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib  

20:42
12 Fevral

İslamabadda Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılışı olub

20:41
12 Fevral

Fevralın 28-i “planetlərin böyük paradı” müşahidə olunacaq

19:08
12 Fevral

Antarktikanın əlçatmaz ərazilərində mikroplastik hissəciklər tapılıb

19:05
12 Fevral

“Youtube”da dublyaj funksiyası istifadəyə veriləcək  

19:04
12 Fevral

 Ötən ay Azərbaycanda qeyri-neft ixracı artıb

19:03
12 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!