02 Oktyabr 2025 08:45
11171
Səhiyyə
A- A+
Sosial həmrəylik və ictimai məsuliyyət aksiyası

Sosial həmrəylik və ictimai məsuliyyət aksiyası


Sumqayıtda Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində  genişmiqyaslı qanvermə aksiyası keçirilib.

Respublika Qan Bankı, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım etmək, cəmiyyətdə donor hərəkatının genişlənməsinə töhfə verməkdir. Aksiya çərçivəsində yüzlərlə şəhər sakini, dövlət qurumlarının əməkdaşları, səhiyyə işçiləri və könüllülər qan veriblər.

Tədbir zamanı həkimlər tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanılıb, qanvermənin əhəmiyyəti ilə bağlı maarifləndirici söhbətlər aparılıb.

Qeyd edək ki, bu cür aksiyaların keçirilməsi humanist dəyərlərin təbliği baxımından olduqca əhəmiyyətlidir və gələcəkdə də davamlı olaraq təşkil ediləcək. Şəhər əhalisinin fəal iştirakı Sumqayıtda sosial həmrəyliyin və ictimai məsuliyyətin yüksək səviyyədə olduğunu nümayiş etdirir.

Aksiyada iştirak edən vətəndaşlar  belə təşəbbüslərin həm sağlamlıq, həm də humanizm baxımından vacib olduğunu vurğulayaraq qan verməyin hər bir insan üçün mənəvi borc olduğunu qeyd ediblər.


A.ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhid atası: Tarix yazan oğulların adını harasa yazmağa ehtiyac yoxdur 

14:55
06 Sentyabr

Sentyabrın 7-si üçün hava proqnozu: bəzi ərazilərə leysan və dolu düşəcək  

14:51
06 Sentyabr

Pərvin Kərimzadə: Şəhidlərin xatirəsi qorunmalı, tarixi irsimiz yaşadılmalıdır  

14:24
06 Sentyabr

Sabah Bakıda hava kəskin dəyişəcək - yağış və güclü külək gözlənilir  

12:50
06 Sentyabr

Deputat: Şuşanın qayaları xatirə dəftəri deyil, qan yaddaşımızın canlı salnaməsidir  

12:40
06 Sentyabr

Tural Gəncəliyev: Tarixi abidələrin qorunması ümumbəşəri məsuliyyətdir  

12:30
06 Sentyabr

Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb  

12:20
06 Sentyabr

Esvatininin Kralı Əlahəzrət III Msvatiyə  

12:10
06 Sentyabr

Tarixi-mədəni və təbii irsi qorumaq hər birimizin məsuliyyətidir ŞƏRH  

12:00
06 Sentyabr

Əlverişsiz hava yollarda vəziyyəti çətinləşdirə bilər - BDYPİ-dən xəbərdarlıq  

11:45
06 Sentyabr

Vətən müharibəsi iştirakçısı: Qarabağın tarixi irsinə hörmətlə yanaşmaq hər birimizin borcudur  

11:30
06 Sentyabr

Ağdam rayonunda mina partlayışı baş verib  

11:15
06 Sentyabr

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

11:00
06 Sentyabr

Qazi: Şuşanın hər daşı, hər qayası xalqımızın keçdiyi ağır və şərəfli yolun canlı şahididir  

10:30
06 Sentyabr

Kreml görüşü 3 saatdan çox çəkib 

10:00
06 Sentyabr

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər  

20:27
05 Sentyabr

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

16:35
05 Sentyabr

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub  

16:30
05 Sentyabr

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

16:25
05 Sentyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

16:23
05 Sentyabr

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!