11 Sentyabr 2026 13:27
1927
Səhiyyə
A- A+
Xroniki stress ürək tutmasına səbəb ola bilər: kardioloqdan mühüm xəbərdarlıq

Xroniki stress ürək tutmasına səbəb ola bilər: kardioloqdan mühüm xəbərdarlıq


Stress orqanizmin təhlükəyə və ya yüksək gərginliyə verdiyi təbii reaksiyadır və qısamüddətli olduqda böyük risk daşımır. Lakin gərginlik xroniki formaya keçdikdə ürək-damar sisteminə ciddi zərər vuraraq ürək tutmasına (infarkta) yol aça bilər.

Rusiyalı tibb elmləri namizədi, kardioloq Yevgeni Kokin bildirib ki, kəskin stressdən sonra orqanizm normaya qayıdır. Lakin təşviş və gərginlik daimi fon rejiminə keçərsə, üstəlik buna tütün istifadəsi, yuxusuzluq, hərəkətsizlik və həddindən artıq yemək kimi amillər də qoşularsa, sağlamlıq üçün təhlükəli vəziyyət yaranır.

Mütəxəssis ciddi simptomları müvəqqəti yorğunluqla səhv salmamaqla bağlı xəbərdarlıq edir. 

Aşağıdakı əlamətlər müşahidə olunduqda mütləq həkimə müraciət edilməlidir:

- Tez-tez təkrarlanan ürəkdöyünmə və ya ürək döyüntüsündə fasilələr;

- Təzyiqin yüksəlməsi və təngnəfəslik;

- Fiziki yüklənmələrə dözümlülüyün aşağı düşməsi;

- Sinədə diskomfort və ya ağrı.

Kardioloq vurğulayıb ki, sinədə qəfil güclü ağrı və ya sıxılma hissi, kəskin təngnəfəslik, soyuq tər, huşun itməsi və ya kəskin zəiflik zamanı “sadəcə stressdir” deyib gözləmək olmaz - bu halda təcili tibbi yardım çağırılmalıdır.

Ürəyi stressdən necə qorumalı?

Problemin profilaktikası üçün kardioloq sağlam həyat tərzinin əsas şərtlərini də açıqlayıb: müntəzəm idman etmək, zərərli vərdişlərdən (tütün və alkoqoldan) imtina etmək, kifayət qədər yatmaq və qan təzyiqini nəzarətdə saxlamaq vacibdir. Həmçinin xroniki stress və təşviş halını diqqətsiz qoymamaq, stresslə mübarizə texnikalarını öyrənmək və ehtiyac olduqda psixoloqa müraciət etmək məsləhət görülür.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sülhün səsi ədalətdir

19:53
09 Oktyabr

Qaraciyər piylənməsinə qarşı təbii vasitə aşkar edilib

19:46
09 Oktyabr

Şərqi Avropanın ən qədim Aşel dövrü daş alətləri Rusiyada aşkar edilib  

19:31
09 Oktyabr

Azərbaycanın “yaşıl enerji” layihələrinə 1,1 milyon dollarlıq dəstək

19:23
09 Oktyabr

Masallı şəhərində Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anılıb  

19:13
09 Oktyabr

Şəhid komandir

19:06
09 Oktyabr

Süni intellekt detektoru təqdim edilib

18:45
09 Oktyabr

Masallı şəhər 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

18:33
09 Oktyabr

Sumqayıtın təmizliyi vacib şərtdir  

18:28
09 Oktyabr

Azərbaycanın tranzit yolunda canlanma: Astarada yük axını sürətlənir

18:22
09 Oktyabr

Skandinaviyada qədim evlərdə insan qalıqları və zorakılıq izləri aşkarlanıb  

18:15
09 Oktyabr

Britaniya dənizçilərinin qeyri-adi müdafiə üsulu - nüvə sualtı qayıqlarına qarşı yanğınsöndürmə şlanqları

17:52
09 Oktyabr

Vətən müharibəsi şəhidi Alışanlı Amalın xatirəsi anılıb

17:36
09 Oktyabr

Bakıda qatarların yolu insanlarla doludur

17:21
09 Oktyabr

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik  

17:13
09 Oktyabr

Astaranın Dəstor kəndində səyyar qəbul və görüş  

17:12
09 Oktyabr

 Gəncədə voleybol festivalı keçirilmişdir

17:09
09 Oktyabr

Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  

16:59
09 Oktyabr

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

16:56
09 Oktyabr

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!